Paflaqoniyalı Aleksandr

Paflaqoniyalı Aleksandr və ya Abonotixli Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀβωνοτειχίτης; təq. 105[1], Abonotix[d][2]təq. 170) — Qədim Roma yalançı peyğəmbəri, orakulu.[3] Satirik Lukian onu Qlikon kultunun banisi adlandırır. Lukianın Aleksandr haqqında yazdıqlarının doğruluğu tez-tez şübhə altına alınır, lakin Mark AvreliLusi Verin dövründə zərb edilən, üzərində Aleksandrın təsviri olan sikkələr həmin dövrdə Aleksandrın təsirinin əhəmiyyətliliyindən xəbər verir.[4]

Paflaqoniyalı Aleksandr
Doğum tarixi təq. 105[1]
Doğum yeri
Vəfat tarixi təq. 170
Vəfat səbəbi xora[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlarepikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir.[5] İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".[6]

İstinadlar

  1. von Abonuteichos Alexandros // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. Plancy J. C. Alexandre de Paphlagonie (fr.). // Dictionnaire infernal 6 Plon, 1863.
  3. Alexander the Paphlagonian // 1911 Encyclopædia Britannica . Volume 1. 2020-08-01 tarixində arxivləşdirilib.
  4. "Lucian: Alexander the False Prophet". www.earlychristianwritings.com. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  5. Fergurson, Everett. Backgrounds of Early Christianity (ingilis). Wm. B. Eerdmans Publishing. 2003. səh. 218. ISBN 0-8028-2221-5.
  6. Lukian. Alexander the False Prophet. (məqalə). Loeb Classical Library (ingilis) (1936). Harvard University Press. 180. P. 24–25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.