Paşa Məmmədov
Məmmədov Paşa Xəyyam oğlu (9 fevral 1977, Moskva) — Azərbaycanlı siyasətçi , diplomat, politoloq, Ukrayna Qafqaz xalqları Konqresinin rəhbəri.[1]
Paşa Məmmədov | |
---|---|
Paşa Xəyyam oğlu Məmmədov | |
Doğum tarixi | 9 fevral 1977 (47 yaş) |
Doğum yeri | |
Atası | Xəyyam Məmmədov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Siyasətçi |
Həyatı və fəaliyyəti
Paşa Məmmədov 9 fevral 1977-ci ildə Moskvada ziyalı azərbaycanlı ailəsində anadan olub.
Təhsili
Bakıda Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, ABŞ-nin Kaliforniya ştatında Dilçilik Kollecini (LSI, ESL), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş və magistr təhsili almışdır. Misir Ərəb Respublikasında Diplomatik kurslar keçmişdir.
İş fəaliyyəti
1999–2002-ci illərdə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətində baş hüquqşunas, 2003–2009-cu illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır, 2005-ci ildə XİN Həmkarlar Komitəsi Sədrinin birinci müavini təyin edilmişdir. 2009–2010-cu illərdə Azərbaycanın Dubay şəhərində vitse-konsulu vəzivəsində çalışmışdır. 2011–2012 "P&O Production" Şotlandiya şirkətinin baş meneceri, 2012-ci ildən "Fashion Avenue" Ukrayna şirkətinin direktoru olmuşdur. 2014–2015-ci illərdə Ukrayna XİN Radası yanında ekspert olmuşdur,[2] 2014-cü ildən bəri "Ukrayna Qafqaz Xalqları Konqresinin" rəhbəridir.
Hazırda Ukraynada yaşayır, Yaxın Şərq korporasiyalarının şərqi Avropa üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir. Azərbaycan (və Türk), Rus, İngilis, Ərəb və Ukrayna dillərini bilir
Tanınmış həkim Xəyyam Məmmədovun oğludur.
Qeydlər
- Azərbaycan Prezidentinin 2003-cü ildə keçirilən andiçmə mərasiminin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsinə görə təşəkkür elan edilmiş
- 2006-cı il İKT üzv dövlətlərinin 33-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkil edilməsi və keçirilməsinə görə təşəkkür elan edilmişdir
- 2007-ci il GUAM Bakı Sammitinin yüksək səviyyədə hazırlanmasına görə təşəkkür elan edilmişdir
- 2008-ci il Müqəddəs Taxt-tacın (Vatikanın) Dövlət katibi kardinal Tarçizio Bertonenin səfəri və Roma Papası ХVI Benediktin adından Bakıda kotolik Kilsəsinin açılış mərasiminin hazırlanmasında və həyata keçirilməsində fəal iştirakı qeyd olunmuşdur
- 2008-ci ildə Gürcüstanda baş vermiş "Avqust Münaqişəsi"- nin sülh yolu ilə həll olunması, Azərbaycan dövlət nümayəndə heyətinin üzvü təyin olunmuşdur.
- 2008-ci il "Bakı Enerji Sammitinin" təşkil olunması və müvəffəqiyyətlə keçirilməsinə görə təşəkkür elan edilmişdir
- Azərbaycan Prezidentinin 2008-ci ildə keçirilən andiçmə mərasiminin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsində iştirak edilmişdir.
- 2015-ci ildə Azərbaycanda keçirilmiş Parlament seçkilərində 112 saylı Qax seçki dairəsindən namizədliyi qeydə alınmış və namizəd olduğu dairədə aktiv seçki kompaniyası aparmışdır. Seçki qərargahının rəhbəri vəzifəsinə Azərbaycan diaporun vitse-prezidenti Rüfət Əliyev seçilmişdir. Kompaniya avropa standartlarına uyğun keçirilmişdir. Keçirilən virtual sorğular nəticələrində böyük fərqlə öndə olmasına baxmayaraq, Qax rayonu İcra Hakimiyyəti və DSK tərəfindən məhkəməyə verilmiş və namizədliyinin ləğvinə nail olunmuşdur. Məhkəmənin bu qərarı ilə razı olmayaraq Paşa Məmmədov bütün hüquqi instansiyalara müraciət etsə də, qərarın ləğvinə nail ola bilməmişdir.[3][4][5]
Fərqli zamanlarda üç dəfə erməni lobbisi tərəfindən hücuma məruz qalmış və bir dəfə sui-qəsdə cəhd olunmuşdur.[6][7] Erməni terror təşkilatı olan Asala Paşa Məmmədovun ölümünə 20 000 dollar mükafat təyin edib.
Xarici keçidlər
- Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukraynada yeni yaradılan Qafqaz xalqları Konqresinin rəhbəri seçilib Arxivləşdirilib 2014-04-06 at the Wayback Machine
- Paşa Məmmədov Ukraynada Konqres rəhbəri seçildi (VİDEO) Arxivləşdirilib 2014-04-05 at the Wayback Machine
- Майдан, азербайджанцы, кавказцы
- Пикет Рады Азербайджан Кавказ за Украину
- Паша Илисуйский сорвал план украинских армян
- Илисуйский — руководитель Конгресса народов Кавказа в Украине
- БЫВШИЙ ВИЦЕ-КОНСУЛ АЗЕРБАЙДЖАНА В ДУБАЕ СОБРАЛ В УКРАИНЕ ДИАСПОРЫ НАРОДОВ КАВКАЗА Arxivləşdirilib 2014-05-22 at the Wayback Machine
- Paşa İlisuyskiy Ukrayna Azərbaycanlısı! LİDER TV
İstinadlar
- "Paşa Məmmədov Ukraynada Konqres rəhbəri seçildi". 2014-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "Azərbaycanlıya Ukraynada vəzifə verildi". 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "Deputatlığa qeydə alınmış namizədlərin siyahısı". 2015-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
- "Azərbaycanın Ukraynadakı diaspor rəhbəri deputatlığa namizəd oldu". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
- Deputatlığa keçmiş namizəd seçicilərinə müraciət edib
- "Keçmiş konsul: "Ermənilər Dubay ssenarisinə uyğun qəsdi Kiyevdə də etmək istəyirlər"". 2015-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "«НА МОЙ ТЕЛЕФОН НАЧАЛИ ПОСТУПАТЬ ЗВОНКИ С УГРОЗАМИ С НОМЕРОВ С КОДОМ АРМЕНИИ»". 2014-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.