Paşa Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət.[2]
PASHA Holding MMC | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye |
|
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Struktur | |
İşçi sayı |
▲ 9500+ Qrup daxili (2020) ▲ 100+ MMC daxili (2020) |
Rəhbərlik | |
Rəhbərlik | Cəlal Qasımov (Baş İcraçı Direktor) |
pasha-holding.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.
Bankçılıq
Kapital Bank
Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
"Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir. [3]
PAŞA Bank Azərbaycan
"PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya "PAŞA Bank" ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir. 2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əməkhaqqı kartı sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir. Bank əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, fərdi olaraq kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, istehsalat, tikinti və ticarət kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmətlər göstərərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.
"PAŞA Bank" kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankı olmaqla yanaşı, həm də aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2020-ci il tarixinə olan məlumata əsasən, Bankın aktivlərinin həcmi 5.5 milyard AZN, kapitalı isə 559 milyon AZN təşkil edir.[4]
PAŞA Bank Gürcüstan
"PAŞA Bank Gürcüstan" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank Gürcüstan) iri, orta və kiçik ölçülü müəssisələrə korporativ və investisiya bankçılığı xidmətləri təqdim edir.
PAŞA Bank Gürcüstan "PAŞA Holding" MMC-nin tərkibinə daxil olan regional bankı təmsil edir.
PAŞA Bank 2013-cü ildən etibarən Gürcüstanda fəaliyyət göstərir. 31 dekabr 2020-ci il tarixinə bankın ümumi aktivləri 473 milyon GEL təşkil edib.
Gürcüstanda fəaliyyət göstərdiyi qısa müddət ərzində, yüksək keyfiyyətli xidməti və xüsusi işgüzar yanaşması sayəsində bank öz müştəriləri üçün yüksək etibarlı maliyyə təşkilatına və tərəfdaşına çevrilib. PAŞA Bank Gürcüstan müştərilərin maraqlarını korporativ strategiyanın əsası olaraq görür və hər bir müştərinin dayanıqlı inkişafına töhfə verməklə, birlikdə yeni zirvələri fəth etməyi hədəfləyir.
PAŞA Bank Gürcüstan həm yerli, həm də regional səviyyədə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, əlavə dəyər verən layihələri maliyyələşdirməklə Gürcüstanın və ümumilikdə regionun iqtisadiyyatının inkişafına töhfə verməyə çalışır. Bank etik, etibarlı və dayanıqlı bir şəkildə işləməyi əsas tutan uzun müddətli fəlsəfəsinə sadiq qalır.
2019-cu ilin avqust ayından etibarən "PAŞA Bank Gürcüstan", sub-brendi olan Re|Bank vasitəsi ilə riteyl müştərilərə də xidmət göstərir. Bank, gizli ödənişlər olmadan bütün maraqlı tərəflər üçün qazanclı maliyyə həlləri təqdim etməyə çalışır. Re|Bank, insanların bank vərdişlərində dəyişikliklər etmək və gündəlik həyatlarını daha da sevincli etmək niyyətindədir.[5]
PAŞA Bank Türkiyə
"PAŞA Yatırım Bankası" A. Ş. (PAŞA Bank Türkiyə), 25 dekabr 1987-ci ildə Yatırım Bank A. Ş adı ilə İstanbulda yaradılıb.
PAŞA Bank Türkiyə korporativ və investisiya bankçılığı olmaqla iki əsas sahədə fəaliyyət göstərir.
2015-ci ilədək Bank müxtəlif qruplar tərəfindən idarə olunub. 2015-ci ilin dekabr ayında səhmlərinin 99,92%-i baş ofisi Bakıda yerləşən regionun maliyyə təşkilatı "PAŞA Bank" ASC-yə ötürülüb. 2019-cu ilin dekabr ayından etibarən Bank səhmdarlarının tərkibi dəyişmiş və səhmlərin 51% "PAŞA Bank" ASC, 49%-i isə "PAŞA Holding" MMC tərəfindən alınıb.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank Türkiyə"nin Milli Uzunmüddətli Reytinqini A-(tur) səviyyəsinə yüksəldərək, bankın strategiyasının doğruluğunu təsdiqləyib. "PAŞA Bank Türkiyə", Türkiyədə 2020-ci il ərzində kredit reytinqini artıran yeganə bank olub. "JCR Eurasia Rating", "PAŞA Bank"-ın Korporativ İdarəetmənin Əsasları reytinqini yenidən nəzərdən keçirərək, 9.11-dən 9.20-ə kimi yüksəldib, reytinq üzrə proqnozunu isə "Sabit" olaraq təyin edib.
"PAŞA Bank Türkiyə" fəaliyyətini İstanbulda yerləşən baş ofisindən idarə edir.
PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə vermək və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etmək məqsədilə korporativ və investisiya bankçılığı məhsulları vasitəsilə sahibkarlara xidmət göstərir. [6]
Sığorta
PAŞA Sığorta
"PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Sığorta və ya "PAŞA Sığorta" ASC) Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarının tanınmış lideridir.
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Sabit" səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini "ISO 10001: 2018" beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.[7]
PAŞA Həyat
"PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Həyat Sığorta və ya "PAŞA Həyat Sığorta" ASC) 24.11.2010-cu il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinin dövlət qeydiyyatı əsasında fəaliyyət göstərir.
Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman "PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalı 7 milyon AZN təşkil etdiyi halda, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5.75 dəfə artırılaraq, 40.25 milyon AZN-ə çatdırılıb.
PAŞA Həyat ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2020-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 405 mln. AZN təşkil edir.
"PAŞA Həyat Sığorta" ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda müştərilərinə Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları təqdim edir. PAŞA Həyat şirkəti daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim edir, yeni məhsulların yaradılması üzərində çalışır və bununla yanaşı, ölkədə Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.
Şirkət yeni məhsullarla bütün sığorta istəklərinə və tələblərinə cavab verən diversifikasiyalı bazar yaradır və biznes üçün geniş üfüqlər açır.
"PAŞA Həyat Sığorta" ASC İcbari Sığorta Bürosunun üzvüdür. [8]
Səyahət və Turizm
PAŞA Travel
2003-cü ildən başlayaraq müştərilərinə xidmət göstərən "PAŞA Travel" Məhdud Məsuliyyətli Cəmiyyət ("PAŞA Travel") "PAŞA Holding" MMC-nin tərkibinə daxildir.
"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır. Eyni zamanda Şirkət, Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) və səyahət üzrə dizaynerlər şəbəkəsinin (Traveller Made) üzvüdür.
"PAŞA Travel" geniş şəbəkəsi ilə Azərbaycana biznes və istirahət məqsədilə səyahət edənlərə misilsiz keyfiyyətdə kompleks yanaşma təklif etməklə peşəkar şirkət nüfuzunu qazanıb.[9]
Abşeron Otel Qrup
"PAŞA Holding" MMC-nin törəmə şirkəti olan "Abşeron Otel Qrup" Məhdud Məsuliyyətli Cəmiyyət otellərin idarə edilməsi ilə məşğul olan gənc şirkətdir.
2013-cü ildə yaranan və otel biznesi sahəsində strateji oyunçu olmağı hədəfləyən Qrupun ortamüddətli məqsədi dünya səviyyəli otel və kurort portfelinin yaradılması yolu ilə yerli və regional bazarlarda lider mövqelər qazanmaqdır.
Bu portfel Bakı ilə yanaşı, digər şəhərlərdə də orta və lüks kateqoriyalı otel və digər müxtəlif obyektləri əhatə edir.
"Abşeron Otel Qrup" Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel şəbəkəsi şirkətləri tərəfindən idarə edilən 3 lüks otel – "Four Seasons", "JW Marriott Absheron" və The Ritz-Carlton Bakuun sahibidir.
Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər otel layihələri bunlardır:
- Baku Marriott Hotel Boulevard
- Sheraton Baku Intourist
- Courtyard Baku
- Pik Palace, Shahdag, Autograph Collection
- Park Chalet, Shahdag, Autograph Collection
- Bilgah Beach Hotel
- The Merchant Baku
- Dinamo Hotel Baku, SLH (Small Luxury Hotels of the World) üzvüdür
- Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyyə, L. V. X. (Preferred Hotels & Resorts) üzvüdür
Bundan əlavə, Absheron Hotel Group-un Bakı şəhərində və Tiflisdə inşaatı davam edən, və yaxın 18 ay ərzində istifadəyə verilməsi planlaşdırılan daha bir aktivi var.[10]
Ticarət
Paşa Malls
Mənbə[11] 2008-ci ildə fəaliyyətə başlamış PAŞA Malls ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşir.
Qrupun portfelinə Bakıda yerləşən ticarət mərkəzi olan – Port Baku Mall; Xəzər dənizinin sahilində terrası olan - Dəniz Mall; Ölkənin ilk müasir ticarət və əyləncə mərkəzlərindən biri - 28 Mall; Ən böyük beynəlxalq və yerli brend miks destinasiyası - Gənclik Mall; Bakının səmaya açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall; Şəhər mərkəzindən kənarda yerləşən, alış-veriş və əyləncə mərkəzi olan - Şüvəlan Park; Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən böyük müasir ticarət və əyləncə mərkəzi - Gəncə Mall daxildir.
Nəqliyyat
İnvestisiya və Brokerlik
PAŞA İnvestments
"PAŞA İnvestments" Məhdud Məsuliyyətli Cəmiyyət ("PAŞA İnvestments" və ya "PAŞA İnvestments" MMC) Azərbaycan, Gürcüstan və Türkiyədə orta kapitallı şirkətlərə böyümə kapitalı investisiyalarını hədəfləyən investisiya şirkətidir.
Fəaliyyətə başladığı vaxtdan etibarən Şirkət etibarlı maliyyə tərəfdaşı kimi nüfuz qazanıb. Hazırda "PAŞA İnvestments" MMC öz sahibkarlarını geniş ekspertiza, maliyyə potensialı və güclü strategiya ilə təmin edir.
Şirkətin təcrübəli komandası öz fəaliyyətində rəhbər tutduğu başlıca missiyası artım potensialı olan şirkətləri aşkar etmək və onların sonrakı inkişafına və genişlənməsinə dəstək olmaqdır.[12]
PAŞA Kapital
"PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti (PAŞA Kapital) 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.
Şirkət 2013-cü ildə "EMEA Finance" jurnalının yekunlarına əsasən "Europe Banking Awards 2013" çərçivəsində "Azərbaycanda ən yaxşı broker" nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, Şirkət "Cbonds Awards CIS 2019" tərəfindən "İlin ən yaxşı investisiya şirkəti" mükafatı ilə təltif olunub.
2020-ci ildə Şirkət ümumi dövriyyəsini 10.9 milyard AZN-ə çatdırmaqla Bakı Fond Birjasında aparılmış əməliyyatların həcminə görə birinci yerdə qərarlaşmışdır.
PAŞA Kapital müştərilərinə aşağıdakı xidmətləri göstərir:
- Broker
- Anderraytinq
- Marja ticarəti
- İnvestisiya məsləhətlərinin verilməsi
- İnvestisiya tədqiqatı və digər yardımçı investisiya xidmətləri
Tikinti
PAŞA İnşaat
"PAŞA İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyət (PAŞA İnşaat) Azərbaycanda kommersiya və yaşayış binalarının beynəlxalq standartlara uyğun tikintisi sahəsində ixtisaslaşan aparıcı şirkətdir.
Şirkət həm mükəmməl arxitektura, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən möhtəşəm layihələrə imza atıb.
Son bir neçə il ərzində Bakının ümumi görünüşünün əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rolu olan şirkətin unikal layihələrinin əksəriyyəti şəhərin məşhur Dənizkənarı Milli Parkında yer tutub.
PAŞA İnşaat tərəfindən təhvil verilən layihələrə "Port Baku Residence", "Four Seasons Hotel Baku", "JW Marriott Absheron Hotel", "Ganjlik Mall", Milli Gimnastika Arenası və digərləri daxildir.[14]
PAŞA Development
"PAŞA Development" MMC 12 iyun 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb.
Şirkət, onun tabeliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir. [15]
Texnologiya
PAŞA Technology
"PAŞA Technology" Məhdud Məsuliyyətli Cəmiyyət ("PAŞA Technology" və ya "PAŞA Technology" MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.
"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding" MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.
Aşağıdakılar "PAŞA Technology"-nin əsas fəaliyyət sahələridir:
- "PAŞA Holding" MMC-nin törəmə şirkətləri üçün "Uptime Institute" (Fasiləsiz Proseslər İnstitutu) Tier-III Əsas Məlumat Mərkəzi və DRS tərəfindən layihələndirmək, quraşdırmaq və sertifikatlaşdırmaq
- PAŞA Qrup üçün iki tərəfi açıq infrastruktur və son istifadəçi xidmətləri təklif etmək
- Keyfiyyəti, davamlılığı və fəaliyyətin fasiləsizliyini artırmaqla tələbləri əhəmiyyətli şəkildə standartlaşdıraraq Qrup sinerjilərini təqdim etmək
- Uzunmüddətli İT texniki təchizat strategiyasını qurmaq
- İnsan kapitalı formasında daxili ekspertiza və bilik
- Uzun müddətdə Azərbaycanda üstünlük verilən və etibar edilən İT xidmətləri göstərən şirkətə çevrilmək
Ekosistem
Umico
“Umico” brendinin əmtəə nişanı “Competo” MMC-yə məxsusdur.[17] "Competo" Məhdud Məsuliyyətli Cəmiyyət ("Competo" MMC və ya "Competo") Bakıda və Kiyevdə ofisləri olan geniş profilli İT və biznes həlləri şirkətidir.
Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilmişdir. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.
"Competo" şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ İT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.
2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. iOS və Android platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.
Bundan əlavə, "Competo" banklar və pərakəndə şirkətlər üçün innovativ maliyyə xidmətləri və İT xidmətlərinin tətbiqi ilə biznesi inkişaf etdirməyə və qazancı artırmağa yönəlmiş xidmətlər də təklif edir. Müştərilərinin istəklərinə hər zaman həssas münasibət göstərən "Competo" aşağıdakı xidmətləri təklif edir:
- Prodakt-development
- İT-development
- Marketinq və onlayn satışlar
- Çoxkanallı satışlar
- Məlumat təhlili və emalı əsasında sifarişçilərlə əlaqələrin idarə olunması (CRM)
- Məsafədən biznes
2020-cil ilin Noyabr ayında Umico.az saytında və Umico tətbiqində Azərbaycanın ilk Marketpleysi – Umico Market (onlayn alış-veriş üçün platforma) fəaliyyətə başlamışdır. Burada müştərilər evə çatdırılma ilə minlərlə məhsul ala bilirlər. Bundan əlavə, tətbiqində olan Umico Bank vasitəsilə öz bank kartlarını idarəsi, bank köçürmələri, kommunal və digər ödənişləri və hətta ƏDV-nin geri qaytarılması mümkündür. [18]
m10 by PashaPay
“m10” brendinin əmtəə nişanı “PashaPay” MMC-yə məxsusdur. “PashaPay” MMC 29 aprel 2022-ci ildə FinTex şirkəti kimi yaradılıb. Şirkətin Bakı və digər xarici ölkədəki ofisində 500-dən çox əməkdaş çalışır. [19]
PashaPay, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı mövcuddur.
2022-ci ilin iyul ayından "m10 by PashaPay" kimi tanınan tətbiq, Azərbaycanda nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pul kisəsi kimi fəaliyyət göstərir. [20]
Elektron pulqabı olan m10-un üstünlüklərindən biri komissiyasız pul köçürmələridir. Bundan əlavə m10 pulqabı vasitəsi ilə istifadəçilər MilliÖN-də olan kommunal və sairə kimi ödənişləri, mağazalarda QR ödənişləri edə bilərlər. [21]
İstinadlar
- https://pasha-holding.az/en/about-us/pasha-holding-group-in-brief/.
- PAŞA Holding, http://www.pasha-holding.az Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, Giriş tarixi yanvar 2014
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
- "Haqqımızda". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- ""Umico" fəaliyyətini davam etdirir". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- "Arxivlənmiş surət". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
- "Arxivlənmiş surət". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
- "Arxivlənmiş surət". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.