PTRS
PTRS (ru: Противотанковое Ружьё Симонова, Protivotankovoye Rujyo Simonova, ПТРС), 14,5 mm kalibrli Sovet istehsalı olan tank əleyhinə tüfəngdir. PTRD-nin yarı avtomatik ekvivalentidir.
PTRS | |
---|---|
Tipi | Tank əleyhinə tüfəng |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1941 - aktiv şəkildə bəzi ölkələrdə istifadəsi davam etdirilir |
İstismara başlanması | 1941 |
İstismar edənlər |
SSRİ Şimali Koreya Çin Sudan |
İstifadə edilən döyüşlər |
İkinci dünya müharibəsi Koreya müharibəsi Çin vətəndaş müharibəsi Suriya vətəndaş müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Sergey Simonov |
Konstruksiya tarixi | 1938 |
İstehsal illəri | 1941-1945 |
Xüsusiyyətləri | |
Ağırlığı | 20.3 kq |
Uzunluğu | 2100 sm |
Bıçağın uzunluğu | 1219 sm (lülə uzunluğu) |
Vikianbarda əlaqəli mediafayllar |
PTRS, İkinci Dünya Müharibəsi dövründə istehsal edilmiş və Şərq cəbhəsində Qırmızı Ordu tərəfindən geniş istifadə edilmişdi. Silahın çox ağır olmasına və lüləsinin asanlıqla görünməsinə baxmayaraq, istehsalı asan və ucuz idi. Silah köhnə Alman tanklarına qarşı yüksək effektivliyə malik idi, lakin daha qalın zirehlərlə təmin edilmiş Nasist Almaniyasının ağır tankları bu silahın atışlarına qarşı davamlı olduğu üçün daha çox nəqliyyat vasitələrini və digər zirehli hədəfləri məhv etməkdə istifadə edilirdilər.
İkinci Dünya Müharibəsi əsnasında Almanlar ələ keçirdikləri PTRS-ləri Panzerbüchse 784 (r) (PzB 784 (r)) adlandırmışdırlar.
Silah Koreya müharibəsi zamanı Şimali Koreya qoşunlarına paylanmış və yüngül zirehli tankları, digər nəqliyyat vasitələrini və uzaq məsafələrdə olan hədəfləri məhv etmək üçün istifadə edilmişdir.
Silahın mərmilərinin kalibri 14.5×114 mm, mərminin lülədən çıxma sürəti 1,013 m/s, effektiv mənzili 800 m, maksimum mənzili 1,500 m, doldurma sistemi 5 gülləlik daxili maqazindir.
İstinadlar
- Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 130. ISBN 978-1-58663-299-1