PTRD
PTRD (rus. Противотанковое ружьё Дегтярёва, Protivotankovoye Rujyo Degtyaryova, ПТРД) — 14,5 mm kalibrli Sovet istehsalı olan tank əleyhinə tüfəng.
PTRD | |
---|---|
Tipi | tank əleyhinə tüfəng |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1941-1960-cı illər |
İstismara başlanması | 1941 |
İstismar edənlər |
SSRİ Şimali Koreya ÇXR |
İstifadə edilən döyüşlər |
İkinci Dünya müharibəsi Koreya müharibəsi Çin vətəndaş müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Vasili Deqtyaryov |
Konstruksiya tarixi | 1941 |
İstehsal illəri | 1941-1945 |
Xüsusiyyətləri | |
Ağırlığı | 17.3 kq |
Uzunluğu | 2020 sm |
Lülənin uzunluğu | 1350 sm (lülə uzunluğu) |
Ekipaj | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
PTRD, yarı avtomatik həmkarı PTRS ilə birlikdə İkinci Dünya müharibəsi illərində Qırmızı Ordunun yeganə yüngül tank əleyhinə silah idi. Silahdan istifadə edən əsgərlər yüngül zirehli tırtıllar və qapılar kimi tankların zəif nöqtələrinə vurmağa çalışmışdırlar. Bununla birlikdə, silah əsasən yüngül tanklar, yüngül zirehli nəqliyyat vasitələri və yük maşınları kimi zirehli olmayan avtomobillərdə effektiv idi. PTRD, İkinci Dünya Müharibəsindən sonra RPG kimi tank əleyhinə raket buraxıcıları ilə əvəz olundu.
PTRD İkinci Dünya müharibəsindən sonra Koreya müharibəsində Şimali Koreya və Çin qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir.
İstifadə etmiş olduğu sursatın kalibri 14.5×114 mm, effektivliyi bir atışlıq olan, güllənin lülədən çıxma sürəti 1,114 m/s, effektiv mənzili 300 m, maksimum mənzili 1000 m[2] olmuşdur.
İstinadlar
- Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 131. ISBN 978-1-58663-299-1
- Manual on Small Arms (NSD-42) Military Publishing House Moscow 1942