PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir.
POR PEN | |
---|---|
PEN İnternational | |
Növü | Mədəni |
Fəaliyyəti | Ədəbiyyat |
Şüar | Drammaturqlar, Oçerk yazıçıları və Roman yazıçıları! |
Yaranma tarixi | 5 oktyabr 1921 |
Rəsmi dili | müxtəlif |
Mərkəzi | London |
Sədr | Con Ralston Saul |
Üzvləri | 104 ölkə, 144 klub |
www.pen-international.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir.
Tarixi
PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü.
Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır.
1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur. Hər bir ölkənin PEN mərkəzi var və hər mərkəzin də öz qayda-qanunları var.
Konqress və üzvlük
Beynəlxalq PEN Kongresi isə hər il müəyyən yerdə keçirilir. Konqresin keçirələcəyi ölkə insan haqqlarına hörmət edən demokratik rejimə sahib olmalıdır.
PEN konqreslərində əsas müzakirə obyekti yazıçılarən dövlətdən gördükləri münasibət və həbsdə olan yazıçılardır . Bu səbələ 1960-cı ildə "Writers in Prison Committee" (Həbsdə Olan Yazıçılar Komitəsi) yaradıldı. Xaricdə yaşayn və ölkələri haqqında yaza bilməyən yazıçılar isə 1990-cı illərin sonlarında "Writers in Exile Network"u (Sürgün Yazıçılar Şəbəkəsi) qurdular və bu qrupun əsas məqsədi ölkəsindən qovulan yazıçının hüquqlarını qorumaqdır.
Birliyə üzv olmaq şərtləri İngiltərədəki PEN klubunun şərtlərinə əsaslanır. İrqçi, millətçi, dinçi olmayan, insan hüquqlarına hörmət edən və ən az iki kitabı nəşr olunan istənilən yazıçı PEN üzvü ola bilər.
PEN-in indiki prezidenti Kanadalı yazıçı Con Ralston Saul və köməkçisi türk əsilli ingilis yazıçı Moris Farhidir.
PEN prezidentləri
PEN prezidentləri | |
---|---|
Con Qolsuorsi | 1921–1932 |
Herbert Uells | 1932–1935 |
Jül Romayns | 1936–1939 |
Komitə: Denis Saurat, Fransua Moriak, Tornton Uilder, Hu Şih | 1941–1946 |
Moris Meterlink | 1947–1949 |
Benedetto Krose | 1949–1953 |
Çarlz Lanqbriç Morqan | 1954–1956 |
Andre Çamson | 1957–1959 |
Alberto Moravia | 1960–1962 |
Viktor E.Van Visland | 1963–1965 |
Artur Miller | 1966–1969 |
Pyerr Emmanuel | 1970–1971 |
Henrix Böll | 1972–1973 |
V.S. Pritçett | 1974–1976 |
Mario Varqas Lyosa | 1977–1979 |
Pyer Vatberq | 1979–1986 |
Fransis Kinq | 1986–1989 |
Rene Tavernier | may-noyabr 1989 |
Pyer Vastberq | noyabr 1989 – may 1990 |
Dyörqi Konrad | 1990–1993 |
Ronald Harvud | 1993–1997 |
Homero Aridcis | 1997–2003 |
Jiri Qruşa | 2003–2009 |
Con Ralston Saul | 2009 – h.h. |