PC-7 Team
PC-7 Team – İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Adını Pilatus PC-7 təlim təyyarəsindən almışdır. Pilatus PC-7 Komandanın aviaşou təyyarəsidir.
PC-7 Team | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi |
1987 1989 (çıxışlar) |
(qurulma) - Günümüz
Ölkə | |
Tabedir | İsveçrə Hərbi Hava Qüvvələri |
Rəngləri | ağ, qırmızı |
Təchizatı | Pilatus PC-7 NCPC |
pc7-team.ch | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1987-ci ildə 9 təyyarədən ibarət komanda yaradılmışdır. 29 avqust 1987-ci ildə Dübendorfda komandanın ilk avişousu təqdim olunmuşdur.[1]Bununla belə, 1989-cu il təsis ili hesab olunur, çünki həmin vaxt komanda İsveçrə Hərbi Hava Qüvvələrinin 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində uçmaq üçün yenidən formalaşdırılıb. Təyyarələr narıncı və gümüşü rənglərə boyanmışdı. Monako, İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveç və bir çox digər Avropa ölkələrində uçuşlar həyata keçirir. Komanda hərbi pilotlardan ibarətdir və adətən F/A-18-i idarə edirlər. 2008-ci ildən PC-7 təyyarəsinin modernləşdirilmiş variantı olan Pilatus PC-7 NCPC istifadə olunur. Həmin vaxtdan təyyarələr İsveçrə bayrağının rənglərinə uyğun olaraq qırmızı və ağ rəngə boyanıblar. 2014-cü ildə komandanın 25 illik yubileyində təyyarələrə tüstü generatorları quraşdırılmışdır.
İstinadlar
- "HISTORY OF THE PC-7 TEAM". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.