PAŞA Həyat

"PAŞA Həyat" ASC(pashalife) — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir.

PAŞA Həyat Sığorta
PAŞA Həyat Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Sığorta şirkəti
Məhsulu Sığorta məhsulları
Təsis tarixi 24 noyabr 2010
Struktur
Ana şirkət Paşa Holdinq
Rəhbərlik
Rəhbərlik

Niyaz İsmayılov

(İdarə heyətinin sədri)
pasha-life.az

Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir.[1]

Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.

"PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür.

Tarixi

PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.[2]

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.[3]

İdarəetmə

Səhmdarlar

"PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhm paylarının 100 %-i PAŞA Holdinq MMC-yə məxsusdur.

İdarə Heyəti

  • Niyaz İsmayılov — İdarə Heyətinin sədri
  • İbrahim İbrahimov — İdarə Heyətinin sədrinin I müavini
  • Rüstəm Məmmədov — İdarə Heyətinin üzvü
  • Dilarə Babayeva — İdarə Heyətinin üzvü
  • Fərid Abdullayev — İdarə Heyətinin üzvü

Məhsullar

  • Həyatın Yaşam Sığortası
  • İcbari Həyat Sığortası
  • Korporativ Həyat Sığortası
  • Gəlirli Həyat Sığortası
  • “Həyata bağlan” sığortası
  • Kredit Həyat Sığortası

Beynəlxalq nüfuz / tanınma

PAŞA Həyat bir neçə dəfə beynəlxalq və yerli kütləvi informasiya vasitələri (KİV) tərəfindən müxtəlif istiqamətlər, o cümlədən sığorta haqları yığımı və həyata keçirilən ödənişlər və s. üzrə Azərbaycan sığorta bazarının lideri kimi tanınıb:

  • 2014: "Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə" nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs" mükafatı.[4]
  • Rumıniyanın Braşov şəhərində keçirilən “FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafat.[5]
  • 2015: "National Brand of Azerbaijan" mükafatı.[6]
  • 2016: Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti tərəfindən beynəlxalq mükafat.[7]

Həmçinin bax

İstinadlar

  1. "Independent auditor's report 2021" (PDF). 2022-09-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-12.
  2. "PAŞA Həyat Sığorta". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  3. "Şirkət haqqında". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  4. "Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçiriləcəkdir". 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  5. ""PAŞA Həyat" beynəlxalq mükafata layiq görülüb". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  6. ""PAŞA Həyat" "National Brand of Azerbaijan" mükafatına layiq görülüb". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  7. "Britaniyanın nüfuzlu şirkəti "PAŞA Həyat"ı mükafatlandırdı". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.