P. S. (film, 1995)
P.S. | |
---|---|
Janr |
dram fantastika |
Rejissor | Elçin Musaoğlu |
Əsərin müəllifi | Rəbiyyə Səyyadi |
Ssenari müəllifləri |
Vəli Səyyadi Elçin Musaoğlu |
Baş rolda | Fərhad İsrafilov — Böyükağa |
Operator | Əlövsət Aslanov |
Rəssam | Vəli Səyyadi |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1995 |
Rəng | rəngli |
Məzmun
Filmdə baş personaj "Videofilm" studiyasının operatoru Süleymandır. Süleyman yaradıcı insan olduğundan daim öz yeni qəhrəmanlarının axtarışındadır. Onun yanına tez-tez mələklər gəlir, Süleymana yeni həyata başlamaq üçün məsləhətlər verirlər. Ancaq o mələklərin tövsiyələrindən bəhrələnə bilmir. Süleymanın ətrafında baş verən qəribə hadisələr onu daha maraqlandırmır. Onun düşüncələri çoxsaylı labirintlər çərçivəsinə qapanıb. Və özü də bilmir ki, bu cür vəziyyətə nə vaxtdan düşüb — 1 il, 1 ay yoxsa 1 gün.[1]
Film haqqında
Rəbiyyə Səyyadinin "Eyya adası" hekayəsinin motivləri əsasında çəkilmişdir
Qədim yunan yazıçısı Homerin "Odisseya" poemasından bir neçə qəhrəman personaj kimi filmə daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyən
- Əsərin müəllifi: Rəbiyyə Səyyadi
- Ssenari müəllifi: Vəli Səyyadi, Elçin Musaoğlu
- Quruluşçu rejissor: Elçin Musaoğlu
- Quruluşçu operator: Əlövsət Aslanov
- Quruluşçu rəssam: Vəli Səyyadi
- Səs rejissoru: Firudin Hüseynov
- Montaj edən: İlham İsayev
- Filmin direktoru: Sahib Heybətov
Rolda
- Fərhad İsrafilov — Böyükağa
İstinadlar
- "Bizim filmlərimiz". AzTv. 2007-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.