Pəstah

Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir.

Mənbə

  • Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.