Pərviz Mahmud
Pərviz Mahmud (1910[1], Tehran – 1996[2]) — Azərbaycan əsilli iranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur.[3][4]
Pərviz Mahmud | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1910[1] |
Doğum yeri | Tehran |
Vəfat tarixi | 1996[2] |
Vəfat yeri | ABŞ |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Mahmud Mahmud |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar |
Təhsili |
Brüssels Kraliyyət Konservatoriyası İndiana Universiteti |
Həyatı
Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir.
Təhsili
Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır.
ABŞ-yə miqrasiyası
1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır. Onun buradakı dissertasiya mövzusu İran musiqisinin nəzəriyyəsi və onun qərb musiqisinin praktikası ilə əlaqəsi olmuşdur.[5]
Fəaliyyəti
Tehran Konservatoriyasında uzun müddət professor vəzifəsində çalışmışdır. Sonralar isə konservatoriyanın direktoru təyin edilmişdir. Pərviz Mahmud 1946-cı ildə Tehran Simfoniya Orkestrasının əsasını qoymuşdur.
1958-ci ildə ABŞ-də İovada yerləşən Dubuque Universitetinin orkestrasının direktoru olmuşdur. Bu orkestra 1963-cü ildə Dubuque Simfoniya Orkestrası adlandırılmışdır.
1985-ci ilə qədər dirijor kimi fəaliyyət göstərmişdir.
Əsərləri
- "Concerto for Violin & Orchestra
- "String Quartet in E minor"[6]
- "Persian Suite" for orchestra
- "Kurdish Fantasy" for piano and orchestra
- "Mehregan Suite" for orchestra
İstinadlar
- Parviz Mahmoud // https://classical-music-online.net/en/composer/Mahmoud/35782.
- Parviz Mahmoud // SNAC (ing.). 2010.
- Safai, Ebrahim Safai. History of Tehran Conservatory of Music. Tehran: Ministry of Culture and Art Publications. 1977.
- "Parviz Mahmoud" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
- Sepanta Sassan. An Outlook to Persian Music. Tehran: Mashal Publications. 1990.
- Pejman Akbarzadeh. Persian Musicians. Şiraz: Nadid Publications. 2000.