Pərviz Həsənov (rejissor)
Pərviz Həsənov (tam adı: Həsənov Pərviz Çingiz oğlu; 21 iyul 1984, Bakı) — azərbaycanlı rejissor.
Pərviz Həsənov | |
---|---|
Pərviz Çingiz oğlu Həsənov | |
Doğum tarixi | 21 iyul 1984 (39 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Çingiz Həsənov |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 2005- hal hazıradək |
Təhsili |
Həyatı
Həsənov Pərviz Çingiz oğlu 21 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 20 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakultəsinə daxil olub. 2006-cı ildə həmin universitetin kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2002-2005-cı illərdə Opera və Balet teatrı, Rəşid Behbudov adına Mahnı teatrı, Akademik Milli Dram Teatrlarında rejissor assistenti kimi çalışıb. 2005-ci ildə Azərbaycan televiziyasının “Səhər” redaksiyasında rejissor assistenti vəzifəsində çalışıb. 2006-cı ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında Rejissor vəzifəsində işləyir. Ailəlidir. İki övladı var.
Filmoqrafiya
- Poladdan yoğrulanlar ( sənədli film, 2005) rejissor assistenti, AZTV
- Şəhidlik zirvəsi(sənədli film, 2005) rejissor assistenti, AZTV
- Biz qayıdacağıq (tammetrajlı bədii film, 2006) rejissor assistenti, Azərbaycanfilm
- Kuklalar (tammetrajlı bədii film, 2007) rejissor assistenti, Azərbaycanfilm
- Ölüm növbəsi (tammetrajlı bədii film, 2008) rejissor assistenti, Azərbaycanfilm
- Vəkil hanı (tammetrajlı bədii film, 2009) rejissor assistenti, Azərbaycanfilm
- İlahi məxluq (tammetrajlı bədii film, 2009) rejissor assistenti, Azərbaycanfilm
- Qisas almadan ölmə(tammetrajlı bədii film, 2010) rejissor assistenti, Azərbaycanfilm
- Çölçü (tammetrajlı bədii film,2011) rejissor assistenti, Azərbaycanfilm
- Su başında durmuşuz Çinarla mən (sənədli film,2012) ikinci rejissor, Azərbaycanfilm
- Gecə vaxtı hadisə (qısametrajlı bədii film,2012) ikinci rejissor, Amerika kino məktəbi üçün diplom işi
- Nizami (sənədli film,2012) rejissor assistenti, Azərbaycanfilm
- Axınla üzü aşağı (tammetrajlı bədii film,2013) rejissor assistenti, Azərbaycanfilm
- Zirvələrdə dalğalanan bayraq (sənədli film,2014) rejissor asisstenti, Azərbaycanfilm
- Alban abidələri (sənədli film,2014) rejissor assistenti, Baku Media Center
- İnikas (qısametrajlı bədii film,2014) ikinci rejissor, Azərbaycanfilm
- Siqnal (qısametrajlı bədii film, 2015) ikinci rejissor, Mozalan studiyası
- 100 kağız (film, 2015) ikinci rejissor
- Parking (qısametrajlı bədii film,2015) ikinci rejissor, Mozalan studiyası
- Qırmızı bağ (tammetrajlı bədii film,2015) ikinci rejissor, Azərbaycanfilm
- Bir ovuc sonsuzluq (tammetrajlı bədii filmi, 2015) ikinci rejissor, Cineba film
- Üçüncü günün adamı (tammetrajlı bədii filmi, 2017) ikinci rejissor Azərbaycanfilm
- Yoxdu belə söhbət (tammetrajlı bədii film, 2017) ikinci rejissor, Azərbaycanfilm
- Qaragöz (tammetrajlı bədii filmi,2017) ikinci rejissor, O2 Media
- TAKSİ LİZA (tammetrajlı bədii filmi,2018) ikinci rejissor, Dövran Media
- Mat (qısametrajlı bədii film, 2010) ssenari müəllifi və quruluşçu rejissor
- Ovçu (sənədli film,2015) ssenari müəllifi və rejissor, Yaddaş sənədli filmlər studiyası
- Ayaqqabı əməliyyatı (qısametrajlı bədii film,2016) quruluşçu rejissor, Debut studiyası
- İkinci pərdə (ssenari müəllifi, 2017) O2 Media
- Qulyabani (tammetrajlı bədii filmi, 2018) quruluşçu rejissor
- Orfaqrafiya (qısametrajlı bədii film,2018) quruluşçu rejissor, ZenFilm
- Soraq (qısametrajlı bədii film,2018) quruluşçu rejissor, ZenFilm və Azərbaycanfilm kinostudiyası
- Tahirə (sənədli-bədii film,2020) quruluşçu rejissor, ZenFilm
Teleseriallar
Reklam filmləri
- İdeal parfumeriya üçün (reklam filmi, 2016) ikinci rejissor, Picmus production (Azərbaycan–Türkiyə
- Bakcell üçün (reklam filmi, 2016, ikinci rejissor) Picmus production
- Kapital bank (Novruz bayramı üçün reklam filmi, 2017) ikinci rejissor Picmus production (Azərbaycan-Türkiyə)
- Kapital bank (“Ürəklər” reklam filmi, 2019 ikinci rejissor), Baku Media Center
- Bakcell (Novruz bayramı üçün reklam filmi, 2019) ikinci rejissor 2019 Baku Media Center
- Coca Cola (Novruz bayramı üçün reklam filmi, 2019) ikinci rejissor, Picmus production və Kale film (Türkiyə)
- BLACK MOUNT HOTEL GARADAG (tanıtıcı reklam çarxı, 2016) rejissor
- FİVE STAR (reklam filmi, 2017) ssenari müəllifi və rejissor
İstinadlar
Xarici keçidlər
- Ayaqqabı əməliyyatı (Quruluşçu rejissor Pərviz Həsənov)
- Biz qayıdacağıq (rejissor assienti Pərviz Həsənov)
- İkinci pərdə (Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdan)
- "Bəs bu filmləri kimə göstərək?" - Pərviz Həsənov - Müsahibə
- "Qulyabanı" filmi ekranlara çıxacaq
- “İkinci pərdə”: Günahkarlar, yoxsa qurbanlar?