Pərvin Etisaminin evi
Pərvin Etisaminin evi - İranda fəaliyyət göstərmiş azərbaycanlı şairə Pərvin Etisaminin yaşadığı ev.
Pərvin Etisaminin evi | |
---|---|
38°04′43″ şm. e. 46°18′39″ ş. u. | |
Ölkə | |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz |
Aidiyyatı | Qacarlar dövləti |
Tikilmə tarixi | XIX əsr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Təbrizdə yerləşən bu qədim ev Pərvin Etisaminin şəxsi evi olub. Ev XIX əsrdə Qacarlar dövründə tikilib. Digər hissəsinin tikilməsi isə Pəhləvilər dövrünə təsadüf edir. Hazırda evin yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı xiyabanında yerləşir[2][3]. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkanları qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. 28 mart 2006-cı ildən etibarən ev İranın milli mədəni irsi siyahısına salınıb.
Şəkillər
- Həyətə giriş
- Evin girişi
- Evin divarında Pərvin Etisaminin şəkili
- Pilləkanları qalxan halda qoyulmuş heykəli
- Həyətin ümumi görüntüsü
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.