Pəri-Qala (film)
Pəri-Qala | |
---|---|
Janr |
dram fantastika |
Rejissorlar |
İlqar Safat Mikayıl Mikayılov |
Ssenari müəllifi | İradə Səyya |
Baş rollarda |
Ruslan İsmayılov Sona Mikayılova İdris Rüstəmov Vüsalə Ağamalıyeva |
İstehsalçı | Narimanfilm kinokompaniyası |
İlk baxış tarixi |
14 noyabr 2007, Bakı, İbrus teatrı 12 aprel 2008, Sky Channel |
Filmin digər adı | İkinci doğuluş |
Filmin növü | qısametrajlı bədii film |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Texniki məlumatlar | video, DV |
Rəng | rəngli |
Məzmun
Filmdə hadisələr müasir şəhərdən, sivilizasiyadan uzaq, real və irreal aləmin qovuşduğu ucqar bir məkanda baş verir. Orada mistika və gerçəklik o qədər bir-birinə qarışıb ki, hər cür möcüzə gözləniləndir. Oranın insanları öz yazılmamış qanunları ilə yaşayırlar. Onları pozanlara verilən cəzalar da tamamilə fərqlidir.
Film haqqında
Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq birbaşa səsyazma avadanlığından istifadə olunmuşdur.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmdə Yuxarı Çardaxlar kəndinin sakinləri də çəkilmişlər.
Filmin televiziyada ilk nümayişi 12 aprel 2008-ci ildə SKY CHANNEL 195 ilə gerçəkləşib. Qeyd edək ki, SKY CHANNEL 195 televiziya kanalı gənc istedadların yeni filmlərinin nümayişi üzrə ixtisaslaşıb.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: İradə Səyya
- Quruluşçu rejissor: İlqar Safat, Mikayıl Mikayılov
- Səs rejissoru: Teymur Kərimov
Rollarda
- Ruslan İsmayılov — Abu
- Sona Mikayılova (Sonaxanım Mikayılova kimi)
- İdris Rüstəmov
- Vüsalə Ağamalıyeva
Çəkilişə köməklik edən qurumlar
Çəkilişə kömək edənlər
Mənbə
- "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.