Pərdi

PərdiAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Pərdi
39°10′58″ şm. e. 48°17′19″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1045 (2009) nəfər
Pərdi xəritədə
Pərdi
Pərdi

Toponimikası

Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir.

Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Göyçay qəzasının Pərdili kəndindan köçmüş ailələr tərəfındən salınmış və Pardililər adlandırılmışdır. 1917-ci ildə Göyçay qəzasında Pərdilim, Lənkaran qəzasında isə Pərdililar adlı kəndlər qeydə alınmışdır. Pərdili oykonimi "tir istehsal edilən yer”, Pərdililər oykonimi isə "Pərdili kəndindən gələnlər” mənasındadır. Sonralar Pərdililər kəndinin adı Pərdili kimi sabitləşmişdir.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1045 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.