Pınara

Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri.

Pınara
Pınara
36°29′20″ şm. e. 29°15′30″ ş. u.
Ölkə  Türkiyə
Vilayət Muğla
Salınma tarixi məlum deyil
Banisi məlum deyil
İlk xatırlanma Troya müharibəsi
Digər adı Pinalə
Dağılma tarixi IX əsr
Dağılma səbəbi Zəlzələlər
Milli tərkibi türklər
Müasir yeri Minarə kəndi, Muğla, Türkiyə Türkiyə
Pınara xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponim

Pınaradakı qaya məzarı

Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır.

Tarixi

Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir. Lakin, 141-ci ildə və 240-cı ildə baş vermiş zəlzələlər nəticəsində şəhər böyük zərər görmüş və IX əsrdə tərk edilmişdir. 1957-ci ildə baş verən zəlzələ nəticəsində dağdakı qayalar aşağı sürüşmüşdür.[1][2]

Həmçinin bax

Xarici keçidlər

Türkiyə Vikipediyası: Pınara

İstinadlar

  1. Pınara (Minareköy) Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine T.C. KÜLTÜR VE TURİZM BAKANLIĞI KÜLTÜR VARLIKLARI VE MÜZELER GENEL MÜDÜRLÜĞÜ
  2. Fəthiyə və ətrafındakı antik şəhərlər Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine infethiye.net
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.