Pülük
Sünnət - lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük - lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq - lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində - lat. glandulae preputiales (Tysoni - BNA) ifraz olunur; ancaq tərkibində penis başını və pülüyün daxili qatını örtmüş epitel hüceyrələrin söküntüləri vardır. Pülüyün azad kənarı kiçik girdə bir dəlik - lat. ostium preputii vasitəsilə penis zirvəsini əhatə etmişdir. böyüklərdə bu dəlik açıq olduğundan penis zirvəsi xaricdən görünür; uşaqlarda isə örtülü olur, hətta pülük penis başını örtdükdən sonra bir az da aşağı sallanır. Yaşa dolduqda və təkrak koitus nəticəsində pülük genəlir. Sünnət olanlarda lat. glans penis tamamilə açıq qalır. Bəzən lat. ostium preputii o qədər dar olur ki, penis başı xaricə çıxa bilmir, bu hadisəyə fimoz - lat. phimosis deyilir. Bu halda pülüyü əməliyyat edib (lat. circumcisio) penis başını azad etmək lazım gəlir. penis başının yuxarı səthi aşağı səthindən uzun olduğu üçün, pülük də yuxarıda aşağıdan uzun olur və aşağı tərəfdən yüyən - lat. frenulum preputii vasitəsilə penis başının aşağı səthi ilə bitişir. Pülüyün əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən penis başını örtərək onu sürtünmədən mühafizə edir və digər tərəfdən ehtiyat dəri vəzifəsini görür. Ereksiya zamanında penis öz şəklini və həcmini dəyişib artıq dərəcədə uzanarkən pülük gərginləşir və nəticədə onun daxili təbəqəsi xaricə çevrilərək uzanmış penisi örtür. Penis və pülüyün belə mütəhərrik olması koitus zamanı penisin firiksiyasına (qadın cinsiyyət üzvü - uşaqlıq yolunda hərəkətinə) imkan verir.
Bu məqalə Kişi sünnəti məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.