Ozu qəsri
Ozu qəsri (大洲城, Ōzu-jō) və ya Cizoqatake qəsri (地蔵ヶ嶽城, Jizō-ga-take-jō) — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin donjonu (天守, tenşu) məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir.
Ozu qəsri | |
---|---|
yap. 大洲城 | |
33°30′36″ şm. e. 132°32′24″ ş. u. | |
Ölkə | Yaponiya |
Şəhər | Ozu, Ehime prefekturası |
Memar | Utsunomiya Toyofusa |
Tikilmə tarixi |
İnşası: 1331 Bərpası: 2004 |
Rəsmi sayt | ozucastle.jp |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur. Yaquralarda və donjonda qəsrin tarixindən bəhs edən kiçik muzey açılmışdır.[1]
Qalereya
İstinadlar
- Turnbull, Steven. Japanese Castles 1540-1640 (Fortress). Osprey Publishing. 2003. ISBN 978-1-84176-429-0.
- Motoo, Hinago. Japanese Castles. Tokyo: Kodansha. 1986. 200 pages. ISBN 0-87011-766-1.
Xarici keçidlər
- Ozu qəsrinin profili Arxivləşdirilib 2008-07-05 at the Wayback Machine (ing.)