Ozan

OzanAzərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu.

Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s.[1]

Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır.

Qarabağ mədəniyyətində ozan

Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».[2]

İstinadlar

  1. Aşıq Alı. Əsərləri. Bakı, "Avrasiya press", 2006, 192 səh.
  2. "QARABAĞ FOLKLOR MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ". 2011-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.