Oysxara

Oysxara (çeçen. Ойсхар) qəsəbə və ya kəndi[4][5] Çeçenistan Respublikasının Qudermes rayonunda yerləşir.

Oysxara
Ойсхар
43°15′50″ şm. e. 46°14′53″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1732
Mərkəzin hündürlüyü 123 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.242 nəf. (2020)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366211
Oysxara xəritədə
Oysxara
Oysxara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərkibindəki yeganə yaşayış yerini Oysxarskoye kənd yaşayış məntəqəsi təşkil edir.[6]

Coğrafiya

Kənd "R-217" (Qafqaz) federal magistral yolunda, Kaçkalıkski silsiləsinin şimal ətəyində, Qudermesin regional mərkəzindən 11 km cənub-şərqdə və Qroznı şəhərindən 48 km şərqdə yerləşir. Oysxara kəndinə ən yaxın yerləşən yaşayış məntəqələri: şimal-qərbdə Melçxi və Şuani kəndləri, şərqdə Yuxarı Noyber və Aşağı Noyber kəndləri, cənub-şərqdə Alleroy kəndi, cənubda Tsentaroy kəndi, cənub-qərbdə Baçi-Yurt və qərbdə İlasxan-Yurt kəndi.[7]

Tarix

İlk dəfə Oysxara kəndi Qızılyar komendantı, general-mayor D. F. Eropkinin 1732-ci il tarixli "Dağ sahiblərinin qeydiyyatı" adı altında tərtib etdiyi sənəddə xatırlandı. 1770–1773-cü illərdə Qafqazı gəzən təbiətşünas və səyyah I. A. Qildenştedt Oysxaranın bir çeçen kəndi olduğunu qeyd etdi.[8]

Kəndin tsontaroy taypının nümayəndələri olan çeçenlər tərəfindən qurulduğunu A. A. Süleymanov da sübut edir.[9] 1790-cı illərdə J. Reineggs, 800 ailədən ibarət olan Oysunqur sakinlərinin "qumuq-Tatar dilində danışdıqlarını" qeyd etdi.[10]

1820-ci ilin payızında general İ. V. Qurkov, çeçenləri qorxutmaq üçün çıxışları dayandırmaq üçün İstisu, Oysunqur və digər kəndləri tamamilə darmadağın etdi.[11]

28 yanvar 1928-ci ildə Qudermes rayonunun mərkəzi Oysunqur kəndindən Qudermes kəndinə köçürüldü.[12] 1944-cü ildə Çeçenlərin və İnquşların qovulmasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Oysunqur kəndi Novoqroznenski adlandırıldı və 1951-ci ilə qədər Qroznı vilayətinin Novoqroznenski rayonunun mərkəzi olmuşdur.[13][14]

1946-cı ildə kəndə şəhər tipli qəsəbə statusu verildi. 1989-cu ildə Novoqroznenski kəndi Oysxar adlandırıldı.[15] 2009-cu ilə qədər şəhər tipli qəsəbə statusundan məhrum olmuş və hazırda Oysxara qəsəbəsi və ya Oysxar kəndi olaraq qeyd edilmişdir.[16]

Əhali

2010-cu il Ümumrusiya Əhali Siyahısına görə kəndin əhali tərkibini 99,85 % çeçenlər və 0,15 % digərləri təşkil edir.[17]

İstinadlar

  1. http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. GEOnet Names Server. 2018.
  3. https://web.archive.org/web/20200822004543/https://rosstat.gov.ru/storage/mediabank/CcG8qBhP/mun_obr2020.rar.
  4. "Указ Президента Чеченской Республики «Об утверждении реестра административно-территориальных единиц Чеченской Республики» от 11 августа 2010 года N 167". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  5. "Закон Чеченской республики от 27 февраля 2009 года N 19-рз «Об образовании муниципального образования Гудермесский район и муниципальных образований, входящих в его состав, установлении их границ и наделении их соответствующим статусом муниципального района, городского и сельского поселения»". 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  6. "Гудермесский район-ОЙСХАРА". 2019-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  7. "Карта Чечни". 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  8. "Иоганн Антон Гильденштедт Путешествие по Кавказу. К политической географии и народоведению Кавказских гор". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  9. Топонимия Чечни,Грозный,2006
  10. A General, Historical, and Topographical Description of Mount Caucasus, Reineggs, стр 54
  11. "Страницы истории. «Гроза Кавказа», Бейбулат Таймиев — один из лидеров чеченского сопротивления в период Кавказской войны". 2017-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  12. "Вестник академии наук Чеченской Республики № 4 (33), 2016 Грозный 2016.- с 43" (PDF). 2017-06-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  13. "Краткая историческая справка об административно-территориальном делении Чечено-Ингушетии". 2018-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  14. Ведомости Верховного Совета РСФСР № 5 1958
  15. "Перепись 2002. Изменения в административно-территориальном устройстве субъектов Российской Федерации за 1989—2002 годы". 2007-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  16. "Устав Ойсхарского сельского поселения". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  17. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.