Global Media Group

"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan[1] media-holdinq.

Rəsmi loqosu

Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

"Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.[2]

GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir[3]

2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi.

Каспий/Kaspi

"Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur.

Baku.ws

"BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır. Təsisçisi Orxan Məmmədovdur.

Oxu.Az

"Oxu. Az" xəbər saytı 2013-cü ildən fəaliyyətdədir. Sayt dünyada və ölkədə baş verən xəbərləri təqdim edir. Sayt sutka ərzində iki dildə — Azərbaycan və rus dillərində xəbərlər, analitik məqalələr, fotoreportajlar və videoçarxlar hazırlayır. Yarandığı ilk illərdə "Garant Holdinq"in media-qrupu olan "Garant Media Holdinq"in tərkibində olub.

2022-ci ilin martında Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "Oxu.az" saytının bu ölkənin ərazisində yayılmasına blok qoyub. "Oxu.az" saytının baş redaktoru Ülvi Səfərov Amerikanın Səsinə müsahibəsində bunun səbəbini saytın yaydığı xəbərlərin Rusiyanın maraqlarına cavab verməməsi ilə izah edib.[4]

Report İA

"Report" İA Azərbaycanın ən böyük informasiya agentliklərindəndir. "Report" 2014-cü ildən üç dildə ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə baş verən hadisələr barədə məlumatları çatdırır. Agentliyin Türkiyə, ABŞ, Rusiya, Fransa və Ukraynada büroları var.

Baku TV

"Baku TV" 18 fevral 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. Dünyada və ölkədə baş verən xəbərləri tamaşaçılarına çatdırır. Azərbaycanın bütün bölgələri ilə yanaşı, kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna büroları fəaliyyət göstərir. Təsisçisi Orxan Məmmədov, rəhbəri Ramin Cəfərovdur.

Media.az

"Media.az" saytı 1 mart 2018-ci ildən fəaliyyət göstərir. Azərbaycanın xəbər portallarından biri olaraq xəbərləri ancaq rus dilində təqdim edir. Baş redaktoru Cəmilə Ələkbərovadır.

Haber Global

"Haber Global" telekanalı 2018-ci ilin sentyabrından Türkiyənin ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərir. Telekanalın xəbər buraxılışları və proqramları ilə Türkiyənin xəbər portallarından olan "haberglobal.com.tr" rəsmi saytı vasitəsilə də tanış olmaq mümkündür. Kanalın rəhbəri Elnur Abdullayev[5], baş direktoru isə Məmməd Gülməmmədovdur.[6]

Global Analytics

2020-ci ilin mayında yaradılmış "Global Analytics İnformasiya Mərkəzi" İctimai Birliyi ("Global Analytics") KİV-lərin monitorinqi ilə məşğul olur. Mərkəz müxtəlif KİV-lərdə ayrı-ayrı dillərdə Azərbaycanla bağlı analitik materialları izləyir.

Global Management

"Global Management" MMC 2020-ci ildən autsorsinq sahəsində işləyir. Fəaliyyətinin əsas istiqamətləri maliyyə, idarəetmə, mühasibatlıq, marketinq, informasiya texnologiyaları, insan resursları və digər sahələrdir. MMC-nin fəaliyyəti beynəlxalq təcrübə və biznes proseslərinin analizlərinə əsaslanır. Rəsmi saytı management.azdır.

"Global Management" MMC-nin İdarə Heyətinin sədri Rövşən Nizamovdur.[7]

Caliber. Az

"Caliber.az" analiz-informasiya portalı 2021-ci ilin martından fəaliyyət göstərir.[8] "Global Media Group" media holdinqinin tərkib hissəsidir.[9] Portal rus, ingilis və erməni dillərində fəaliyyət göstərir.

PhotoStock

"PhotoStock" layihəsi 2021-ci ilin mayından fəaliyyət göstərir. Portal müxtəlif mövzularda, yüksək keyfiyyətli, geniş sahə üzrə fotoşəkillər təklif edir. Fotobank istifadəçilərinə yalnız eksklüziv fotolar təqdim edir. Portal daha əvvəl "Global Photo Stock" adını daşıyıb.[10] 2022-ci ilin iyulunda "photostock.az" rəsmi saytı fəaliyyətə başlayıb.[11][12]

Tut.az

"Tut.az" alış-veriş saytı (TUT. AZ Məhdud Məsuliyyətli Cəmiyyət) da bu holdinqə daxildir.[13] Direktoru Mustafayev Anar Əmir oğludur.[14]

Digər

Tərkibinə "big.az", "sonxeber.az" xəbər saytlarının daxil olduğu "Big Group" media-qrupunun, "Qaynarinfo", "Ölkə.az"[15] və başqa bir sıra reytinqli Azərbaycan xəbər saytlarının səhmlərinin 51%-nin GMG-yə aid olduğu iddia edilir.

Həmçinin bax

İstinadlar

  1. "After three-month blockade, RSF urges Azerbaijan and Russian peacekeepers to let reporters visit Nagorno-Karabakh | RSF". rsf.org (ingilis). 2023-03-10. 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11. […] Azerbaijan’s state-owned Global Media Group […]
  2. ""Global Media Group" üç ISO sertifikatı aldı". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  3. ""Global Media Group"un altı əməkdaşı prezident tərəfindən təltif olundu – SİYAHI". Oxu.Az (az.). 2020-07-22. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  4. Tapdıq Fərhadoğlu. "Baş redaktor: Saytımızın bloklanmasının səbəbi xəbərləri Rusiyanın istədiyi tərzdə çatdırmamağımızdır". Amerikanın səsi (az.). 2022-03-28. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  5. "Elnur Abdullayev kimdir? Kaç yaşında, nereli, mesleği ne? Elnur Abdullayev hayatı!". Haberler (türk). 2023-06-05. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  6. "Məmməd Gülməmmədova ağır itki üz verdi – FOTO". kaspi.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  7. ""Global Management"in rəhbəri: "Uğurlu yol düzgün idarəetmədən keçir"". Report İnformasiya Agentliyi (az.). 2022-12-27. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  8. "О Нас | Caliber.Az". caliber.az (rus). 2023-11-12. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  9. "Caliber.Az-ın bir yaşı tamam olur! Baş redaktor Timur Hüseynov sayt və jurnalistikadakı problemlər barədə, son xeberler". Sonxeber.az (az.). 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  10. ""Formula-1"in dəyişdirdiyi Bakı yolları – Photostock.az-ın FOTOREPORTAJI". Oxu.Az (az.). 2022-06-06. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  11. "New address for exclusive photos in Azerbaijan – PhotoStock launched". Report News Agency (ingilis). 2022-07-04. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  12. "Azərbaycanda eksklüziv fotoların yeni ünvanı - "PhotoStock" fəaliyyətə başladı". BAKU.WS – Azərbaycanın xəbər saytı (rus). 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  13. Author, AppAdvice Staff. "Tut.az – Pulsuz elanlar by Global Media Group MMC". AppAdvice (ingilis). 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  14. "Oferta müqaviləsi | Dəstək Tut.az Pulsuz Elanlar Saytı – Əmlak, Avto, İş, Geyim, Mebel". tut.az. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  15. "Türkiyəyə milyonlar yatıran "Global Media"nın azərbaycanlı sahibi kimdir?". muxalifet.az (ingilis). 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.

Xarici keçidlər

  • gmg.az — Global Media Group rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.