Turşəngkimilər

Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi.[3]

Turşəngkimilər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Dəstə:
Oxalidales
Fəsilə:
Turşəngkimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29061
NCBI  4033
EOL  4286
FW  55738

Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir. Ginesey sinkarp olub, 3-5 meyvə yarpağından əmələ gəlmişdir və sütuncuq şəklindədir. Yumurtalıq üst vəziyyətdə olub, 3-5 yuvacıqlıdır. Yuvacıqlarda iki intequmentli rüşüym borusu yerləşir. Plasentanın mərkəzi künclüdür. Meyvəsi qutucuqdur. Toxumlar endospermlidir. Onlarda , adətən, kökyumrusu, soğanaq və kökümsovlara rast gəlinir. Yarpaqları müxtəlif qıcıqların təsirindən hərəkətə gəlmək qabiliyyətinə malikdir. Fəsilənin 8 cinsi, 950 növü məlumdur. Onların 800 növü turşəng cinsinə daxildir. Bu cinsin nümayəndələri tropik,subtropik ərazilərdə, xüsusən də Cənubi Amerika və Cənubi Afrikada geniş yayılmışdır. Fəsilənin Azərbaycan florasında 2 növünə adi turşəng (Oxalis acetosella) və buynuzcuqlu turşəngə (O.corniculata) rast gəlinir.

Azərbaycanın mülayim iqlimli rayonlarında isə turşəng (Oxalis) cinsinin bəzi növlərinə rast gəlinir. Qeyd olunan növlərdən ən çox iynəyarpaq meşələrdə örtük əmələ gətirən adi turşəngi (O.acetosella) göstərmək olar. Bitkinin üçər yarpaqları turş dada malikdir. Turşəng yayın əvvəllərində çiçəkləyir. Çiçəkləri ağ rənglidir. Digər növlərdə çiçəklər, adətən, sarı, çəhrayı və ya bənövşəyi olur. Tropik turşənglər arasında ağac formalara da rast gəlinir. Tropik ölkələrdə daaha çox averoa (Averrhoa) cinsinin nümayəndələri becərilir. Onların yarpaqları lələkvarıdır, meyvələri isə olduqca lətli və turş olub, adətən , budaqlardan asılmış vəziyyətdə qalır. Azərbaycanda turşəng cinsinin nümayəndələri dekorativ bitki kimi əkilib becərilir. Yarpaqlarından salat hazırlanmasında və xalq təbabətində istiafdə olunur.[3]

Cinsləri

  • Averrhoa
  • Biophytum
  • Eichleria
  • Turşəng (Oxalis)

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.