Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn:
Dağdakı atlar,
Atlar göy otlar.
Göyçək arvadlar,
Bu balama qurban.
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir. Lakin aaba sistemi ilə qafiyələnən oxşamalar da var:
Çaydır, dənizdir,
Qoldur, kənizdir,
Balam hər nədir,
Mənə əzizdir.
Mən çalım, oyna,
Qurban boyuna
El-oba gəlsin,
Sənin toyuna.
Xarici keçidlər
- Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Arxivləşdirilib 2008-01-23 at the Wayback Machine
- Şifahi xalq ədəbiyyatı Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine
- Azərbaycan türklərinin xalq yaradıcılığı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.