Oxçuoğlu
Oxçoğlu (erm. Ողջի, Voxçi) — hal-hazırda Ermənistanın Şirak mərzində (Şörəyel mahalı) kənd.
Tarixi Azərbaycan əraziləri | |
Oxçoğlu kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Şörəyel mahalı |
İndiki adı | Voxçi |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Oxçoğlu - Rusiya imperiyasının Qars vilayətinin Qars qəzasında, Sovet dövründə Ermənistan SSR-in Amasiya rayonunda, 1995-ci ildən indiyədək isə Ermənistanın Şirak mərzində kənd. Qərbi Arpaçayın sağ sahilində, Şirak mərzinin mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2] Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir[3]. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır[4]. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər[4], 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfər[5] azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (XII boy) adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan oxçuoğlu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Voxçi qoyulmuşdur.
Toponimləri
Napzar, Qoluqısa, Dostabaxan, Qaraçayır, Dəyirmanüstü, I Keş dərəsi, II Keş dərəsi, Qaraqoyunlu bulağı, Zaza.
Ordu yeri, Ocaqqulu tapı, Güllübulaq dərəsi, Bacoğlu dərəsi, Şoraxlar, Xamlar, Aran dərəsi, İncə dərə, Dəvəölən, Alaxançaloğlu yeri, Bostanüstü, Qoca Əhmədin yeri, Qula dərəsi, Qulaüstü, Qərəmməd dərəsi, Ağbulaq, Quyulu Qala, Çamırrı. Şəhərin qaşı, Qımılı yolu, Dələver yolu.
Əhalisi
Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir[6].
Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914 - cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır[7]. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər[7], 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfər[8] azərbaycanlı yaşamışdır. 1989 - cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
- Məmmədtağı Cəfərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor.
- Nəcəf Nəcəfov - Azərbaycan Respublikasının pedaqoq-alimi,əməkdar müəllim,Filologiya üzrə fəlsəfə doktoru,dosent.
- Elxan Cəfərov - Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Mənbə
- 1. İbrahim Bayramov. Qərbi Azrbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 2002.
- 2. Д.Д.Ратрев. Алфавитный указатель к пятиворотной карт Кафказскогого края. Тифлис. Типография К.Козловою 1913.
- 3. Z.Qorqodyan.1801-1931-ci illərdə Sovet Ermənistanının əhalisi. İrəvan. “Melkonyan fond”, 1932.
- 4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik, 1995.
- 5. Vəlili (Baharlı). Azərbaycan coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat. Bakı. Azərnəşr, 1993.
- 6. ASE III .Bakı,1979.
- 7. Elxan Cəfərov, "Oxçoğlu deyilən Gümrüyə yaxın", Bakı: 2012.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 197
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20 (erm.)
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 104-105 (erm.)
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995, s.381
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20-21, 104-105
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.381