Ovriştə

Ovriştə

İnqradientlər

  • Toyuq əti – 270 q
  • Ərimiş yağ – 30 q
  • Zoğal qurusu – 100 q
  • Baş soğan – 50 q
  • Şəkər – 5 q
  • İstiot - 0,1 q
  • Duz.

Hazırlanma üsulu

Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.