Ovid
Publi Ovidi Nazon (20 mart e.ə. 43[1][2][…], Sulmona[d], İtaliya[d][3] – 17[4][5], Konstansa[4][5][…]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi.
Ovid | |
---|---|
lat. Publius Ovidius Naso | |
Doğum tarixi | 20 mart e.ə. 43[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 17[4][5] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | latın dili |
Janr | faciə |
Tanınmış əsərləri | |
Ovid Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazon , özünün üç ən məşhur əsərlər toplusu : "Qəhrəman qadınlar" ("Heroidlər") , "Məhəbbət şeirləri" ("Amores") və "Metamorfozlar" əsərləri ilə məşhurdur. O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdiği "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəlifidir . Bundan əlavə , bir neçə qisahəcmli şeirlərin də müəlifidir . Onun "Medeya" adli bir faciəsi də olmuşdur.
Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adi Latin ədəbiyyatinin kanonik şairləri ilə bir sırada çəkilir. Ovidinin şeirlərinin çoxu Antik və Orta əsr dövrünə həsr olunmuşdur. Bu əsərlər," Klassik mifologiya " mənbəyi kimi Avropa incəsənətinə və ədəbiyyatina böyük təsir göstərmişdir.
Ovidi,digər Roma şairlərindən fərqli olaraq öz həyatı haqqında daha çox danışır . Özü haqqında ən geniş məlumati "Trista" əsərində vermişdir. Digər mənbə kimi isə Seneka və Quintilinin göstərilir.
Ovidi eradan əvvəl 43-cü ildə martin 20-də Romanin şərq əyaləti olan Sulmonia şəhərində , köhnə suvari nəslinə məxsus bir şəxsin ailəsində doğulmuşdu. Bu dövr , Roma siyəsətində əhəmiyyətli bir dövr olmuşdur. Ovidi təhsilini romada Ritorika sahəsində , müəllimləri Arellius Fuskos , Porius Latro və natiqlik sahəsində mükəmməl olan qardaşi tərəfindən almişdir. Atasi onu vəkil kimi görmək istəyidi. 20yaşinda qardaşinin erkən ölümündən sonra , Ovidi hüquqşünas olmaqdan əl çəkmiş , Afinaya , Kiçik Asiyaya , Sicilaya səhayətlər etmişdir. Beləliklə atasinin istəyini yerinə yetirmir . Onun ilk bədii qiraəti eradan əvvəl 25-ci ildə , 18 yaşində ərsəyə gəlmişdir. O , Trista əsərində Maser , Propersi ,Horatsi ilə dostluğunu qeyd etmişdir. Yaradiciliğinin erkən vaxtlarinda Ovidi çox məşhurlaşmişdi , lakin sonradan , eramizin 8-ci ilində İmperator Avqust tərəfindən sürgün edilmişdir. Üç dəfə ailə həyati qurmuşdur . Bir qizi var . Ovidi Tomidə sürgündə olarkən , sonuncu həyat yoldaşi ona çox kömək etmişdir. Şair 10 il sürgündə yaşamiş , Tomi şəhərində (hazirda Konstansa adlanir) da ölmuş , oradaca dəfn edilmişdir.
Ədəbi uğuru
Ovidi yaradıcılığının ilk 25 ilini elegiyalara və məhəbbət şeirlərinə həsr etmişdir. Yaradiciğinin erkən dövrüundə yazdiği əsərlərin xronologiyasi əlimizdə deyildir. Onlarin tarixi alimlər tərəfindən deyilmişdir. Onun günümüzə qədər gəlib çatmiş əsəri "Qəhreman qadinlar" ("Heroidlər") silsiləsidir. Bu, mifoloji məhəbbət elegiyasinin ən yaxşi nümunəsi hesab olunur . Çox gümanki , əsər 19-cu ildə nəşr olunmuşdur. Orada 14 şeir toplanmişdir.
Məhəbbət elegiyalarindan ibarət beş kitab yazmişdir. Dövrümüzə gəlib çatmiş "Məhəbbət şeirləri" ("Amores") müəllifin özünün hazirladiği üç kitabin müxtəsər variantidir. Bu şeirlər əsasən , qədim Beotiya şairəsi Korinnaya həsr olunmuşdur. Eradan əvvəl 16–15ci illərdə çap olunduğu güman edilir. Digər nəşrinin isə eradan əvvəl 8–3cü illərdə çap olunduğu deyilir. Aradaki vaxt ərzində isə Ovidinin "Medeya" faciəsini yazdiği güman edilir. Lakin bu əsər günümüzə qədər gəlib çatmamişdir.
Eradan əvvəl 8-ci ildə , ən həvəsli olduğu , "Metamorfozlar" əsərini yazdi. Epik poema sayilan bu əsər Hekzametr ölçüsündə ,15 kitabdan ibarətdir. O, "Metamorfozlar"i "fasiləsiz poema" kimi yaratmişdi. O, əsəri üçün yaxşi kompozisiya qurmuş , çoxsayli mifoloji – tarixi materiali təhkiyə obyektinə çevirmişdir. Metamorfoz (dəyişmə , çevrilmə) mövzulari qədim Roma və Yunan mifologiyasinda da mühüm yer tutur. "Metamorfozlarda müəllif şən və kədərli vəziyyətlərə müraciət edir , qəhrəmanlarin hərəkterindən istifadə edərək maraqli ,təsirli epizodlar yaradir . Ovidi "Metamorfozlar" əsərini yazarkən eyni vaxtda , alti kitabdan ibarət ,Roma təqvimindən bəhz edən "Fastlar" əsərini də yazmişdir. Bu əsərdə Roma bayramlarinin adət və mərasimlərini təsvirə çalişmiş , müxtəlif əsatir və rəvayətləri toplamişdir. Lakin əsərin kompozisiyasi , Ovidi Tomidə sürgündə olarkən məhv edilmiş , əsərin bir hissəsi orada unudulmuşdur.
Tomiyə sürgünu
Eramizin 8-ci ilində , Ovidi imperator Avqustun əmri ilə , Senatin və Roma məhkəməsinin müşiəti olmadan, Qara dəniz sahillərindəki Tomi şəhərinə sürgün edilir . Sürgün illərində kədər və qəmini göstərmək üçün , Ovidi şeirlər toplusu olan "Trista"("Kədərli elegiyalar") və "Pontdan Məktublar" ("Epsilitilae eks Ponto") əsərlərini yaratdi. Romadan uzaqda sürgündə olarkən ,Roma təqvimi haqqinda yazdiği "Fastlar" əsərindən əl çəkməsi üçün məcbur edilmişdi. Beləliklə ,yanvar ayindn iyun ayina qədər olan alti kitab əldə qalmişdir. Sürgün dövründə Ovidi keçmiş dostlarindan birini ifşa edən "İblis" poemasini yazmiş, onu xeyanətdə itdiham etmişdir. "Pontdan Məktublar" ("Epsilitilae eks Ponto") əsəri , şairin Romadaki dostlarina göndərmiş olduğu təsirli məktubləardan ibarətdir. İlk üç kitabi eramizin 13–14-cü ilində , dördüncü kitab isə 14–16-cı ildə nəşr olunmuşdur. Sürgün zamani yaradiciliği emosional və şəxsi olmuşdur. Ovidi məktublarinda , Tominin yerli əhalisi ilə dostluğundan bəhs edir və onlarin dillərində də bir əsər yazdiğini qeyd edir. O, üçüncü həyat yoldaşina çoxlu şeirlər həsr etmişdir.Bəziləri İmperator Avqusta , özünə, Romadaki dostlarina hısr olunmuşdur . O əsərlərində tənhaliğini qeyd edir.
Ölümü
Ovidi , eramızın 17-ci ilində Tomidə vəfat etmişdir. İddialara görə , şəhərin bir neçə kilometr yaxınlığında dəfn edilmişdir.
Əsərləri
Heroidlər (Qəhrəman qadınlar)
Məhəbbət elegiyasi sayilan bu əsər 21 beytlik şeirlər toplusudur. Bu silsiləni "Məktublar" da adlandirirlar. Məktublar öz sevgililərinə aşiq olan qadinlarin fərdi təəsüratlaridir. Onlar Penelopa , Filla , Brizenda , Fedra , Enona , Qusipila , Ferminova , Didona , Ariadnaya yazilmişdir. 15-ci məktub isə tarixi Sapfonu Fanona yazilmişdir.
Son vaxtlar məktublarin 21 deyil , 15 olduğu dəqiqləşdirilmişdir. Ehtimal olunurki 15 məktubdan sonuncusu Ovidi tərəfindən yazilmamişdir. Sonuncu məktub mifoloji qəhrəmana deyil , Sapfonan Fanona olan məktubdur. Sonuncu (16–21) məktublarda isə cavablar göstərilmişdir. Paris və Yelena , Hero və Leander və s. Sonuncu məktubların Ovidiyə məxsusluğu şübhə altındadır. Məktubların yazılışında o, Homerdən , qədim faciə motivlərindən faydalanmışdır. Obrazlarin yaradilmasinda deklamasiya üslubundan faydalanmış , mifoloji sürətlərdən istifadə etmişdir.
Məhəbbət şeirləri (Amores)
Bu əsər elegiya ölçülü 3 kitabdan ibarətdir. Bu şeirlər Korinnaya həsr olunuşdur və əsas mövzusu sevgi – məhəbbətdir. Birinci kitabda 15 şeir toplanmışdır. İlk şeir Ovidinin bu epik poemani yazmaqda niyyətini göstərir. 4-cü şeir didaktik məzmunludur. 5-cidə "günorta görüşü" təsvir olunmuşdur. Sonraki şeirlərdə Korinnanin sevgisini hədiyyələrə satmasindan danışılır. Sonuncu şeirdə isə sevgi şeirlərindən bəhs olunur. Kitabin ikinci hissəsi isə 19 parçadan ibarətdir. Üçüncü kitab isə 15 hissədən ibarətdir. Ən sonuncu hissədə Ovidi erotik düşüncələdən uzaqlaşdiğını qeyd edir. Tənqidçilər poemada özünə inamsizliğin olduğunu qeyd edirlər.
Ars Amotoriya (Sevgi sənəti)
Əsər sevgi sənəti və sevgilini necə yoldan çıxartmaq haqqında 3 kitabdan ibarətdir. İlk kitab kişilərə ünvanlanır və qadinlari necə başdan çıxarılması yolları örgədilir. İkinci kitab da kişilərə ünvanlanır və qadinlari necə əldə saxlamaq haqqındadır. Üçüncü kitab isə qadinlara ünvanlanır , başdançixarmanın texnologiyalarindan bəhs olunur. Əsərdə Ovidi sevgili tapila biləcək yerləri təsvir edir. Teatr,arena kimi yerlər buna misal ola bilər. Ovidi sevdiyinə çoxlu hədiyyə verməmək , xarici görünüşə aldanmamaq kimi məsləhjətlər verir. Kitabin sonunda isə onun qadinlara məsləhəti və onun adini "Müəllim" kimi yaymaqlarini məsləhət görür.
Metamorfozlar
Ovidinin ən məşhur əsəridir. 15 kitabdan ibarət , Hekzametr ölçüsündə yazilmişdir. Metamorfoz (çevrilmə , dəyişmə) mövzulari qədim xalqlarin , o cümlədən yunan və romalılarin mifologiyasında mühüm yer tutur. Əsərdə 250dən çox mif haqqinda məlumat vardir. Birinci kitab dünyanin formalaşmasindan ,Yuli Sezarin ulduza "Çevrilməsinədək" olan miflər toplanmışdır. Digər kitablarda isə Muzalar haqqinda , Adonis,Kallistro ,Avropa haqqinda və s. miflər toplanmışdır. Son kitab Pifaqor tərəfindən fəlsəfi mühazirə, Sezar və ilahiləşdirmə haqqındadır. Poemanin sonunda o Avqustu tərifləyir .
Fastlar
Sürgün illərində yazdiği bu əsər Ovidinin bizə gəlib çatan ikinci sağ qalmiş əsəridir. "Fastlar"da müəllif Roma bayramlarinin adət və mərasimlərini təsvirə çalışmış , müxtlif əsatir və rəvayətləri qələmə almağa müvəffəq olmuşdur. Poema 6 kitabdan ibarətdir. Ovidi əsərdə Avqustun ideoloji görüşlərinə öz münasibətini bildirmişdir və onun adi ilə bağli olan bayramlar haqqinda məlumat vermişdir. Əsərdə Roman festival , mərasimlərinin mənşəyi açiqlanir , mifik hekayələr mövsümlərə uyğun astronomik və kənd təsərrüfatı məlumatlari verılmişdir. Ovidi elmi tədqiqatlarda birbaşa sorğudan istifadə edir və mütəmadi olaraq özünü kahin çağırır.
İbis
İbis 644 sətirdən ibarət elegiydır. Ovidi burda mifoloji hekayələrədən istifadə edərək , onu sürgünə göndərənlərə lənət oxuyur. O özünün zərərsiz olduğunu , düşmənlərinin onun qabiliyyətindən istifadə etdiklərini qeyd edir. Poemanin sonu onun ,tanrilardan düşmənlərinə qarşi lənətlərini daha təsirli etmələri üçün dua etməsi ilə bitir.
Kədərli elegiyalar (Trista)
Beş kitabdan ibarət şeirlər toplusudur. Əsərdə şairin Romadan Tomiyə səfəri təsvir olunur. Bu əsərdə o , həyatinin ən ağir məqamlarini qələmə almişdir. Ovidinin dostlarina , həyat yoldaşina , Avqusta həsr elediyi elegiyalar burda toplanmişdir.
Pondan məktublar (Epsitilie eks Ponto)
Sürgün illərində yazmişdir . 4 kitabdan ibarətdir. Əsərin əsas məzmunu Ovidinin dostlarina məktubu və məktublarda onu xilas etmələrini xahiş etməsidir. Əsərdə Ovidi atiq yerli xalqin dilini də örgəndiyini bildirir. Sonuncu hissəni isə düşmənlərinə həsr etmişdir.
İtmiş əsərləri
Ovidi , Amores əsərinin bir hissəsi bugünlərə gəlib çatmamişdir. Onun digər bir əsəri "Medeya" faciəsində itmiş əsərlərindəndir. Bunlardan başqa onun adlari bəlli olmayan əsərləri itmişdir.
Məşhur kəlamları
- Casta est quam nemo rogavit — Kəramətli o kəsdir ki, heç kimin zəhləsini tökmür.
- Fas est et ab hoste doceri — Öyrənmək hər zaman lazımdır, düşməndən belə
- Gutta cavat lapidem non vi, sed saepe cadendo — damla daşı gücü ilə deyil tez-tez damcılamaqla deşir.
İstinadlar
- OVIDIO Nasone, Publio.
- Castiglioni L., Battaglia S., autori vari OVIDIO Nasone, Publio // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935.
- Archivio Storico Ricordi. 1808.
- Любкер Ф. Ovidius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 964–967.
- Модестов В. Овидий (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXIа. С. 661–664.