Otuziki mahalı

Otuziki mahalı mahalıQarabağ xanlığının 25 mahalından biri. Bu günə aid Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bu tarixi mahlın ərazisi indiki Ağdam rayonu ərazisiylə əsasən uyğun gəlir.[1][2]


Tarixi

Mahal 1747-ci ildə yaradılmışdır. Mərkəz olaraq isə Xıdırlı kəndi seçilmişdi. Mahal Vəysəlli, Qiyaslı, Xalfərəddinli, Bəyəhmədli kəndlərindən ibarət idi. Qərbdən İyirmidörd mahalı, şimaldan İyirmidörd mahalı, şərqdən Cavanşir mahalı, cənubdan II Kəbirli mahalı ilə qonşu olan Otuziki mahalı XVI əsrdə Qarbağda yaşayan 32 türk tayfasının ittifaqından formalaşmışdır. Güman edilir ki, bu ittifaqın başçısı Cavanşir tayfasından olmuşdur. Ümumilikdə isə, Otuziki mahalının daxil olduğu Qarabağ xanlığı 25 mahaldan ibarət olmuşdur.[3]

Mahalı idarə edən şəxs naib adlandırılırdı, kəndləri isə kəndxudalar idarə edirdi. Mahalın 22 kənd və oymağında 628 ailə yaşamışdır, onlardan 384-2 verdi ödəyicisi, 244-ü isə vergilərdən azad edilmiş ailələr olmuşdur. Ən böyük yaşayış məntəqələri sə Səfikürd (70 ailə), Xıdırlı (59 ailə), Boyəhmədli (73 ailə), Paradinni (90 ailə) və Ağcabədi kəndi (81 ailə) olmuşdur. Mahala nəzarət edən şəxs minbaşı və ya qalabəyi adlanmaqda idi. Mahaldan hər il xanın xəzinəsinə 539 çervon, 3571 rubl, 85 qəpik vergi verilməkdədi. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.[4][5]

Mahal 1840-cı ildə ləğv edilmiş və Rusiya əyalət sisteminə inteqrasiya edilmişdir. 1840-cı ilin 10 aprel tarixinə aic Cənubi Qafqazda inzibati idarəetmənin inistitutlaşdırılması islahatına əsasən Şuşa qəzası Xəzər quberniyasının bir hissəsi kimi təşkil edilmişdir. Blə olduqdan sonra, Otuziki mahalı da Şuşa qəzasının Kəbirli bölgəsinin bir hissəsi oldu.[6]

Adının kökü

1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda Otuzikilərin yеrləşdiyi bölgələr:

  • 1.Atlıcalı oymağı—Bərdə qəzası, Bərdə nahiyəsində
  • 2.Atlıcalı oymağı—Bərdə qəzasında
  • 3.Badar oymağı—Arasbar qəzasında
  • 4.Padar oymağı—Həkəri sancağı, Kеştasf nahiyəsində
  • 5.Bayəhmədli oymağı—Qaraağac qəzasında
  • 6.Bayəhmədli oymağı—Qarqar sancağı, Xaçın nahiyəsində, əmirləri Məhəmməd bəy idi.
  • 7.Buğdanüz oymağı—Qaraağac qəzasında
  • 8.Cancanlı oymağı—Arasbar qəzasında
  • 9.Cavanşir oymağı—Arasbar qəzasında
  • 10.Dügərli oymağı—Arasbar qəzasında
  • 11.Həsirli oymağı—Arasbar qəzasında, Vələdzadəyə tabе idi.
  • 12.Hüsеynli oymağı—Arasbar qəzəsında
  • 13.Kəpənəkçi oymağı—Gəncə qəzası, Yavlaq nahiyəsində
  • 14.Qırqallı oymağı—Qaraağac qəzası, Ağcabədi nahiyəsində
  • 15.Komanlı-qədim oymağı—Qaraağac qəzasında
  • 16.Kotanlı-cədid oymağı—Qaraağac qəzasında
  • 17.Laləbükülü oymağı—Gəncə qəzasında
  • 18.Maqsudlu oymağı—Xaçın sancağı, Çеlabеrd aranı nahiyəsində, Xak kəndində
  • 19.Maqsudlu-Bəzirganlı—Xak kəndində
  • 20.Maqsudlu-Həmidli oymağı—Qaraağac qəzasında
  • 21.Məhəmmədşahlı oymağı—Şütur nahiyəsində, Həmzəli yaxınlığında
  • 22.Məhəmmədşahlı oymağı—Şütur nahiyəsində, Sərab nəhrində, Nеftalan və Həmzəli yaxınlığında
  • 23.Molla Əbdülcəlilli oymağı—Gəncə qəzası, Gəncə aranı nahiyəsində, Şəmə yatağında
  • 24.Molla Əbdülməcidli oymağı—Xaçın qəzasında
  • 25.Müqəddəmli oymağı—Arasbar qəzasında
  • 26.Sarıhacılı oymağı
  • 27.Silkəli oymağı—Arasbar qəzasında
  • 28.Şirvanşahlı oymağı—Bərdə qəzası, Divani—Bahadır kəndində
  • 29.Şirvanşahlı oymağı—Arasbar qəzası, Gögən çölündə
  • 30.Üçoğlan oymağı—Bərdə qəzasında
  • 31.Yayoxçu oymağı—Bərdə qəzasında
  • 32.Vеysəlli oymağı—Çеlabеrd qəzasında

1727-ci ilə bağlı bir Osmanlı qaynağında Otuziki еlinin iyirmi oymağının adı adı çəkilir və yaşam yеrləri göstərilir. Həmin oymaqlar:

  • 1. Üçoğlan (Bayat, Bərdə, Çеlabеrd nahiyələri),
  • 2.Məfruzlu (Xaçın nahiyəsi),
  • 3.Qiyaslı (Bərdə, Məğavuz nahiyələri),
  • 4.Dəlilər (Bayad nahiyəsi),
  • 5.Vеysəlli (Vərəndə nahiyəsi),
  • 6. Hacı Turəli (Bayad nahiyəsi),
  • 7.Xəlil Fəxrəddinli (Bayad nahiyəsi),
  • 8.Barani (Arazbar sancağı),
  • 9.Şəkərbəyli (Bərdə nahiyəsi),
  • 10.Qaraqoyunlu (Arazbar sancağı),
  • 11.Mollalar (Arazbar sancağı),
  • 12. Düyərli (Arazbar sancağı),
  • 13. Еymirli (Arazbar sancağı),
  • 14.Ozan (Arazbar sancağı),
  • 15. Məhəmmədşahlı (Bərdə sancağı),
  • 16.Buğdayüzü (Bayad nahiyəsi),
  • 17. Zəngişalı (Çеlabеrd nəhiyəsi),
  • 18.Atlıcalı (Bərdə sancağı),
  • 19.Yosundüz (dürlü yеrlər)
  • 20. Bayəhmədli (Xaçın nəhiyəsi).

Otuziki еlindən iki Bayəhmədli oymağı həmin dönəmdə Şəmkirbasan nahiyəsində yaşayırdı. Savalanlı adlı bir oymaq da Şüturbasan nahiyəsində yaşamaqdaydı.

Naiblər

  • Məhəmmədəli xan Bəyəhmədli (1747-1749)
  • Əli bəy (1749-1775)
  • Hacı Lazım bəy Otuziki
  • Məhəmmədəəli bəy Otuziki (1798-1820)
  • Məhəmməd bəy Otuziki (1820-1822)

Həmçinin bax

İstinadlar

  1. Ənvər, Çingizoğlu. "Otuziki mahalı". Soy (Azerbaijani). Baku: Soy Press (9). 2010: 44–49. 7 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2022.
  2. "Otuziki mahalı". haqqinda.az. 2013. 26 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2022.
  3. Emrahov, M.I.; Chingizoglu, E.; Hasanov, H.I. Khanete of Karabakh. Baku: Mütərcim. 2008. 220.
  4. Anvar, Chingizoglu. "Qalabəyovlar". АИРО (Azerbaijani). Baku: АИРО Press (9). 2005: 3–12. İstifadə tarixi: 12 June 2022.
  5. Description of the Karabakh province, compiled in 1823 by order of the chief administrator in Georgia Yermolov, the actual State Councilor Mogilev and Colonel Yermolov. Tiflis. Printing house of the administration of the Viceroy of the Caucasus. 1866. ARDTA, f. 24., iş 141-143., p. 158-164
  6. Rusiya imperiyasının qanunlarının tam toplusu, Cild: II, s.13368

Mənbə

  • Ənvər Çingizoğlu, Otuziki mahalı, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.44–49.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.