Oturan Buğa

Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb.

Oturan Buğa
Tatanka İyoteke
1885
1885
Doğum tarixi
Doğum yeri Cənubi Dakota
Vəfat tarixi
Vəfat yeri Cənubi Dakota
Vəfat səbəbi Hindu polis tərəfindən güllələnmişdir
Uşaqları One Bull (övladlıq oğlu),Grou Foot (oğlu),Many Horses (qızı),Walks Looking (qızı)
Atası Jumping Bull
Anası Her-Holy-Door
Milliyyəti hindu
Fəaliyyəti Little Bighorn döyüşü, ABŞ-a müqavimət
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Little Bighorn döyüşü

Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü.

Təslim olması

4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı. 1881-ci ilin qışında Oturan Buğa və hələ də onun ətrafında olan bir qrup hindu federal əsgərlərə təslim oldular. 1881-ci ilin iyulunda o öz kiçik oğlu ilə birlikdə federal hökumətinin ofisinə gəldi. Bununla dost olmaq istədiyini göstərmək istədi və "qəbiləmin xatırlayacağı son əsir mən olmaq istəyirəm" dedi. O, Cənubi Dakotada Standinq Rokda hindular üçün düzəldilmiş düşərgədə əsir tutuldu. 1885-ci illərdə hindular ağların seçdiyi rəhbərlərlə idarə olunurdular. Oturan Buğa ömrünün sonlarına yaxın Standinq Rokda Grand Riverdə kiçik bir komada yaşadı. 2 arvadı ilə birlikdə yaşayırdı və xristianlığı qəbul etməmişdi. Amma yeni nəslin oxumağı və yazmağı bilməli olduğunu hesab edirdi və onları yaxınlıqdakı xristian məktəbinə göndərirdi.

Ölümü

1890-cı ilin payızında Oturan Buğaya "Ruh rəqsi" ilə bağlı xəbərlər gəldi. Ruh rəqsi mərasimləri ağların torpaqlarını tərk etmələri və hinduların əvvəlki həyatlarına qayıtmaları istəyinin ifadəsi idi. Federal hökumət üçün işləyən agentlər bu mərasimi onlara xəbər verdilər. Bu mərasimə hələ də sevilən,mistik gücə malik Oturan Buğa da lider olaraq qatıldı.Hökumət bura 43 Lakota polisini yollamışdı. 1890-cı ilin dekabrında Oturan Buğanın komasını top atəşinə tutdular. Onun tərəfdarları onu qorumağa çalışsalar da arxasından gələn Lakota əsgəri onu başından vurdu. Oturan Buğa Fort Yatesdə dəfn edildi. Məzarında nişan olaraq qranit mizraq var.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.