Otto Henri (Pfals kürfürstü)
Otto Henri (alm. Ottheinrich; 10 aprel 1502, Amberq, Yuxarı Pfalts[1] – 12 fevral 1559[2], Heydelberq[1]) — Vittelsbax sülaləsindən alman zadəgan. 1505–1559-cu illərdə Pfals-Noyburq hersoqu, 1556-cı ildən 1559-cu ilədək Pfals kürfürstü olmuşdur.[3][4]
Otto Henri | |
---|---|
alm. Ottheinrich von der Pfalz | |
1505 – 1557 | |
Əvvəlki | Titul yaradıldı |
Sonrakı | Volfqanq |
1556 – 1559 | |
Əvvəlki | II Fridrix |
Sonrakı | III Fridrix |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1502 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1559[2] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəsm kolleksioneri[d] |
Atası | Ruprext |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə Pfals kürfürstü haqqındadır. Pfals-Sulzbax hersoqu üçün Otto Henri (Pfals-Sulzbax hersoqu) səhifəsinə baxın. |
Həyatı
O, 10 aprel 1502-ci ildə, Amberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Otto Henri 2 yaşı olanda atasını itirdi, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.
1541-ci ildə Otto Henri lüteranlığı qəbul etdi və onun Noyburq qəsrindəki saray ibadətgahı, islahatçı ilahiyyatçı Andreas Osiander tərəfindən 25 aprel 1543-cü ildə təqdis edilən ilk yeni tikilmiş protestant kilsəsinə çevrildi. Otto Henri Noyburq qəsrinin təkmilləşdirilməsi işləriylə məşğul olmuş, incəsənətə himayədarlıq etmişdi və bir sıra müharibələrdə iştirak etmişdi. Saraydakı xərclərin çox olması səbəbindən böyük borc yükünün altında əzilən Ottonun 1556-cı ildə Pfalsı miras alana qədər iflas olmuşdu.
Ottonun protestant liqasını dəstəkləməsi və Şmalkalden ittifaqına daxil olması 1546-cı ilin sentyabrında Noyburqun Müqəddəs Roma İmperatoru V Karlın qoşunları tərəfindən işğal edilməsi ilə nəticələndi. Ancaq 1552-ci ildəki Passau sülhündən sorna hersoq Noyburqa qayıda bildi. 1556-cı ildən kürfürst olaraq o, yenidən Reformasiyanı dəstəkləməyə başladı.
Ailəsi
Otto Henri 1529-cu il oktyabrın 16-da paytaxtı Noyburq an der Donau şəhərində Bavariya hersoqu IV Albertin qızı Bavariyalı Süzanna (1502–43) ilə evləndi. Otto, Brandenburq-Bayroyt markqrafı Kasimirdən sonra onun ikinci əri idi. Onların öz övladları olmasa da Kazimirin uşaqları Otto Henrinin sarayında böyüdülər. Süzanna bu evlilikdən 14 il sonra 1543-cü ildə vəfat etdi. Otto Henri özü də 1559-cu ildə Heydelberqdə vəfat etdi və Müqəddəs Ruh kilsəsində basdırıldı.[4]
İstinadlar
- Deutsche Nationalbibliothek Record #118738712 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Otto Heinrich (Otto) // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Andreas Edel (1999), "Ottheinrich Arxivləşdirilib 2023-08-07 at the Wayback Machine", Neue Deutsche Biographie (almanca), cild. 19, Berlin: Duncker & Humblot, səh. 655–656
- Schreiber, KH. "Otto Heinrich". Genealogie Mittelalter (alman). self. 2010-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-22.