Ottavalar
Ottavalar (Odavalar) ya da Otavalar (özlərincə: Nishnaabe ya da Daavaa; ing. Ottava, Odava) Kanada ilə ABŞda yaşayan və Alqonkin dilləri qrupundan Ottava dilini danışan hindu Ojibva xalqıdır.
Tarixi
Ottavaların qədim torpaqları Huron gölünün şimali, cənubi və şərqi sahilləri olsa da günümüzdə bu torpaqların çox az qismində yaşayırlar. Bugün daha çox Kanadanın Ontario əyalətinin cənubu ilə ABŞ-nin Miçiqan ştatının şimalında yaşayan Ottavalar ata torpaqlarında qalarkən, ABŞ-nin Kanzas ilə Oklahoma ştatlarında yaşayanalar isə ağdərililər tərəfindən doğma torpaqlarından sürülən Ottavalardır. Avropalılarla ilk təması 1615-ci ildə olan ottavaların adları daha sonraları Kanadanın paytaxtı Ottava şəhərinə verilmişdir.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.