Otel otağı
Otel otağı | |
---|---|
Janr | Dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Fəxrəddin Manafov-Kərim Rasim Balayev-Sədiyar Muxtar Maniyev-Çopur Cabbar Akif Məhərrəmov-Əsgər A. Heydərova-Tamilla Ayan Mirqasımova-Rəna |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası "Ocaq" Studiyası |
İlk baxış tarixi | 1998 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1998 |
Texniki məlumatlar |
10 hissə 2590 metr 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı İstanbul, Türkiyə |
IMDb | ID1510821 |
Məzmun
Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır.
Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur.
- Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
- Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var.
- Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir.
Film haqqında
- Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
- Film bəstəkar Emin Sabitoğlunun kinoda son işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Anar
- Quruluşçu rejissor : Rasim Ocaqov
- Quruluşçu operator : Kənan Məmmədov
- Quruluşçu rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov
- Bəstəkar : Emin Sabitoğlu
- Səs operatoru : Akif Nuriyev
- Rejissor : Ramiz Əliyev
- Qrim rəssamı : Elbrus Vahidov
- Geyim rəssamı : Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi)
- Operator : Tərlan Babayev (T. Babayev kimi)
- Montaj edən : Gülşən Səlimova
- Rejissor assistenti : Nazim Cəbrayılov, A. Quliyev
- Çəkiliş texnikası üzrə mexanik : N. Ağayev
- İnzibatçı : Yusif Əlizadə, Məhəmməd Ağabəyov
- Çalır : Səyavuş Kəriminin rəhbərliyi ilə instrumental ansambl
- Redaktor : S. Ocaqova
- Filmin direktoru : Nadir Əliyev
- Musiqisindən istifadə edilən bəstəkar : Tomazo Albinoni
Rollarda
- Fəxrəddin Manafov-Kərim
- Rasim Balayev-Sədiyar
- Muxtar Maniyev-Çopur Cabbar
- Akif Məhərrəmov-Əsgər
- A. Heydərova-Tamilla
- Ayan Mirqasımova-Rəna
- Zemfira Nərimanova-Behicə xanım
- Vaqif İbrahimoğlu-Doğan bəy
- Kamal Xudaverdiyev-Erol bəy
- Mehriban Zəki-Lətifə
- Nataliya Aşumova-Nadejda
- Həmidə Ömərova-Rəfiqə
- Tofiq İsmayılov-Sərnişin
- Arif Qasımov-Balaca kişi
- Elxan Qasımov-Rauf
- Ramiz Əzizbəyli-Müğənni
- Elvin Abdullayev-Kərimin uşaqlığı
- R. Hacıyev-Portye
- Rafiq Əzimov-Türk alim
- Rafiq Əliyev (II)-Əcnəbi alim
- Möhsün Hüseynxanlı(Möhsün Hüseynov kimi)-Arif
- Cəmil Quliyev-Türk
- Fərman Abdullayev-Türk ofisiant
- N. İbrahimov
- N. Rüstəmov
- Əliqulu Səmədov-Elçi gələn qonaq
- Fərəc Fərəcov(Fərəc Fərəcullayev kimi)-Elçi gələn qonaq
- Aqil M. Quliyev-Tamillanın qohumu
Filmi səsləndirənlər
- Hacı İsmayılov-Sərnişin (Tofiq İsmayılov) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov-Əsgər (Akif Məhərrəmov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova-Tamilla (A. Heydərova) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli-Portye (R. Hacıyev) (titrlərdə yoxdur)
Sponsor
- "Azərkinovideo" İstehsalat Birliyi
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 366-367.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.