Mehmanxana

Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt.[1][2]

Otel Llao LLao, Bariloche (Argentina)

Mehmanxanaların təsnifatlaşdırılması meyarları

Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir:

1. Komfort səviyyə;

2. Nömrə fondunun tutumu;

3. Mehmanxanaların funksional təyinatı;

4. Mehmanxananın yerləşdiyi yer;

5. Mehmanxananın işləmə müddəti;

6. Qonaqların yeməklə təminatı;

7. Qonaqların qalma müddəti;

8. Qiymətlərin səviyyəsi.

Otellərin təsnifatı

B – B pansion

Bu özəl sektora aid edilir, pansion hər hansı bir evin daxilində hazırlanır və eyni müəssisədə sahibkar da yaşayır. Pansiona bed və breakfast yəni yataq və səhər yeməyi daxildir. Ev kimi fəaliyyət göstərən pansionlara adətən 6 nəfərdən artıq qonaq qəbul edilmir. Həmçinin ulduz verilmir. Ev kimi şərait, eyni zamanda isti yemək istəyirsinizsə belə yerlərə müraciət edə bilərsiniz. Əgər ev sahibi xoşagələn biri deyilsə, sizi yalnız çay və soyuq yeməklə qarşılayaq, eyni zamanda pis xidmət göstərəcəkdir. Belə pansionlarda bəzən sutkalıq xidmət, mini bar, otaqlarda fen, bəzən hətta özəl duş və vanna otaqları da olur. Bəzi hallarda isə sizin vanna otağınız özəl olsa da, tualeti başqaları ilə birlikdə istifadə etməli olursunuz. Sonuncu mənfi cəhət isə pansionlar heç vaxt kurort mərkəzlərində yerləşmir.

Lakin bütün bu mənfi cəhətləri müsbətə çevirən əsas mərhələ qiymətlərin olduqca ucuz olmasıdır, hansı ki otaqların biri 20 – 30 dollara verilir. Türkiyə, Xorvatiya, hətta Qərbi Avropa ölkələrində pansionların qiymətləri belədir. Ev sahibləri daima müştəri qazanmaq üçün çalışırlar ki, yüksək səviyyəli və rahat xidmət təklif etsinlər. Lakin tur firmalar çox az hallarda pansionlarla çalışır, çünki ev sahibləri turistlərlə işləməyə üstünlük verirlər. Onlar tur firmalara komisyon ödəməkdən boyun qaçırırlar.

Qonaq evi

Ev sahibləri öz yerləşmə müəssisələrini genişləndirmək və böyütmək üçün özlərinə aid guest house (qonaq evləri) aça bilərlər. Bu kimi yerlər B–B- dən keyfiyyətcə yüksək olur. Amma adi otellərdən aşağı səviyyəyə malik olur. Qonaqlar üçün nəzərdə tutulmuş otaqların sayı 4 – 10 arasında dəyişir, eyni zamanda yalnız ev sahibi deyil, təyin edilmiş işçilər də burada fəaliyyət göstərir.

Son zamanlar bu kiçik qonaq evlərində ulduzlar meydana gəlməyə başlamışdır, amma xidmət olduğu kimi qalmışdır. Keyfiyyət və rahatlıq en– suite, yaxud da private kimi dəyərləndirilir. Qonaqlar üçün bir otaqlı nömrələr verilir. Səhər yeməyi isti yaxud soyuq olmalıdır, əlbəttə ki, isveç masası kimi formalaşmır. Adətə qonaq evlərinə sahib insanlar içki üçün lisenziya almır, bununla əlaqədar olaraq siz də gecələr bir rumka içə bilməyəcəksiniz. Qeyd edək ki, çox az hallarda təmiz Guest house– lara rast gəlmək olar.

Hostel

Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir və 2–20 arası şəxsin məskunlaşmasına imkan var. Buradakı yataqlar iki mərtəbəlidir. Bəzən otaqlarda qızlar və oğlanlar üçün ayrıca soyunma otaqları da mövcud olmur. Lakin Avropada gecələmə və səhər yeməyi adambaşına 10–15 dollara qədər qiymətləndirilir. Bu kimi faktlar da belə yerlərdə daha çox gənclərin məskunlaşmasına səbəb olur.

Lakin hostellərin olduqca sərt qaydaları vardır; məsələn otaqların təmizlənməsi zamanı oteldə qalmağa icazə verilmir, gecələr özünüz işığı yandıra bilməzsiniz, spirtli içkilərdənsiqaretdən istifadə qəti qadağandır. Hostellərdə adətən ümumi restoran olur, eyni zamanda internetə çıxışı olan kompütertelevizor da rast gəlinəndir. Çox az hallarda hostellər tarixi rayonlarda yerləşir, hətta bütün qalanı da əhatə edə bilər. Hostellər qonaqları cəlb etmək üçün ekskursiya proqramları təklif edirlər, hansı ki, ucuz qiymətə olur.

Lodge

Şəhər otelidir, adətən yol kənarlarında və avtomobil yollarının üzərində yerləşir. Qonaqlar burada bir ən uzağı iki gecə qalırlar. Onlara lazım olan təmiz yataq və duşa burada rast gəlmək mümkündür. Adətən qalmaq üçün səhər yeməyi daxil edilmir, otaqların qapısı isə restorana doğru açılır, istənilən şəxs büdcəsinə uyğun olaraq xörək sifariş edə bilər.

Nömrələr sadədir, vanna otağında artıq sabunlara rast gələcəksiniz, köhnə iki – üç kanalı göstərən televizor, ümumi kondisioner bu otellərdə rast gəlinir. Bütün bunlara baxmayaraq otaqlar səliqəli və təmiz olur, hətta rahatlıq da var.

Bu otaqların alınması zamanı siz bir otağı bütövlükdə də məbləğini ödəyərək əldə edə bilərsiniz. Lakin lodclarda xüsusi özünüz üçün aldığınız şəxsi otaqlar olduqca bahadır, lakin ailəvi və dörd kravatdan ibarət olan otaqların qiyməti qismən aşağıdır.

İnn

Əvvəllər bəzi otaqlar belə adlandırılırdı, həmin yerlərdə barlar var idi, müştərilər çoxlu alkoqolul içkilər qəbul etdikdən sonra burada gecələməyə üstünlük verirdilər, çünki onların evlərinə getməyə halı qalmırdı. Artıq bu kimi otellərdə köklü dəyişikliklər olmuşdur, məsələn Holiday İnn bunun əsas göstəricisidir. Restoran və bar inn böyük kütlə üçün açılmışdır, burada istənilən qədər siqaret çəkmək və pivələnmək olar. Lakin maraqlısı ondadır ki, bu yerlərin otaqları da keyfiyyətli olur, ev kimi rahat və xidmət yüksəkdir, səhər yeməkləri isti və dadlıdır. Avropalılar xüsusən də gənclər bəlkə də bu səbəbdən xüsusi gecələri burada keçirməyə üstünlük verirlər.

Small Hotel

Əgər sizin müəssisənizin əvvəlində hotel sözü istifadə edilibsə, burada sözsüz ki, ulduz verilmə prinsipi həyata keçiriləcəkdir. Small sözü (balaca) oteldə 20–dən artıq olmayan nömrənin nümayişidir. Burada səhər yeməyini yemək üçün gözəl otaq olur, həmçinin çox da böyük olmayan qonaq otağı, eyni zamanda individual hazırlanmış nömrələr diqqət cəlb edir.

Əlbəttə ki, belə yerdə tennis salonunun və hovuzun olmasını düşünməyin. Lakin belə balaca otellərdə ulduzların verilməsi də yüksək səviyyədə aparılmır və yüksək ulduzlar verilmir. İnfrastrukturun çatışmazlığı ulduzun da az olmasına səbəb olur. Həmçinin keyfiyyət və interyer də bu baxımdan əhəmiyyətlidir. Qiymətə səhər yeməyi daxil edilir, lakin otelin restoranında nahar etmək, hətta içmək də mümkündür. Balaca otellər Qərbi Avropa ölkələrinə aid edilir, daha çox romantik ərazilərdə istifadəyə verilir, hətta tarixi yerlərdə və qalalarda olur.

Resort Hotel

Ümumiyyətlə resort sözü (hərfi tərcüməsi kurort deməkdir) böyük otellər üçün spesifikdir və güclü idman, əyləncə infrastrukturuna malikdir. Bu tanınmış ad daha çox Avropa ölkələrində 4 və 5 ulduzlu otellərə aid edilir, hətta Asiyada 3 ulduzlu otellər də resort adlana bilər. Həmçinin sahil zonasında yerləşir, hətta kurort ətrafına aid edilir.

Əlbəttə ki, belə otellərdə aktiv həyat tərzi keçirən insanlar məskunlaşır, həmçinin yüksək səviyyəli əyləncə axtarırlar. Buna görə də resort otellərdə hovuzlar olur, bəzilərində isə bir neçə hovuzun olması da mümkündür. Bununla yanaşı sauna, mini klub, trinajor zalı yaxud fitnes mərkəzi, tennis kortu, şəxsi diskoteka, uşaqlar üçün nəzərdə tutulmuş mini klub bura aid edilir. Həmçinin otelin yerləşdiyi ərazidən asılı olaraq oteldə qolf sahəsi, dayvinq məktəbi, sörfinq mərkəzi də görmək olar. Bütün bunlar sağlam və əyləncəli şəkildə keçirilən istirahətə müsbət təsir göstərir. Qiymətə səhər yeməyi və nahar, hətta all pansion, yaxud all inclusive də daxil edilir.

Holiday Village

Holiday Village sözü tərcümədə istirahət üçün balaca kənd mənasını ifadə edir, deməli sizi ailəvi, rahat, sadə istirahət gözləyir. Village sözünə otellərdə rast gəlmək mümkündür, lakin aşağı ulduzlar verilir, bəzən isə HV–1 beş ulduzlu, HV–2 dörd ulduzlu olur. Sizə taxtadan hazırlanmış kotteclərdə belə qalmağı təklif edə bilərlər. Bu zaman sizin yeriniz kafeldən, vanna otağınız duş kabinəsindən ibarət olacaqdır. Eyni zamanda böyük olmayan, dörd, beş kanalı tutan televizor olacaqdır, nömrədə kreslo və böyük yataq olmayacaqdır. Lakin ərazi əyləncəli olacaqdır, güclü animasiya heyəti burada işləyir, maraqlı və ailəni cəzb edən istirahət sizə təklif edilir. Belə yerlərdə ən böyük diqqət uşaqlara həsr edilir, həmçinin mini klublar da fəaliyyət göstərir.

SPA

Bu sözdə iki sözün birləşməsi istifadə edilir; Resort – Spa, bu da artıq oteldə əla SPA mərkəzinin olmasını sübut edir. Məhz SPA yalnız gözəllik kabineti deyil, hansı ki, sizə güclü maskalar və manikur təklif edilir. SPA mərkəzlərində sizə müasir metodlardan istifadə, üz və dərinin mineral sularla müalicəsi daxildir. Hətta qədim ölkə adətlərinə aid edilən SPA mərkəzləri də vardır.

Qərbdə SPA otelləri dörd və beş ulduzlu olur, olduqca bahalıdır, Şərqdə xüsusən Tailandda beş ulduzlu otellərdin verdiyi xidmətləri üç ulduzlu otellərdə görə bilərsiniz. SPA – nın qiyməti adətən hazırlanmış paketə daxil edilmir, lakin bəzən altı günlük kursu bura daxil edirlər. Hətta həmin paketi almayaraq, əla xidmətdən və otelin digər təkliflərindən maksimum yararlana bilərsiniz. Bu kimi yerlər yüksək standartları sevən şəxslərə təklif edilir.

Self–Catering Apartments

Bu adi mənzillərdir, hansı ki, yataq otaqlarının yanında yemək otağı və mətbəx bölməsi də sizin iradənizə verilir. Həmin mətbəxdə ən azı soyuducu, mikrovalnovka, boşqablar da yer alır. Bahalı və rahat apartamentlərdə pilitə, rahat yemək stolu, yumşaq mebel, həmçinin paltar və qabyuyan maşın da yerləşdirilir. Bütün bunların olmasına baxmayaraq, çatışmayan cəhət xidmətdir, hansı ki, hərə yeməyini hazırlasın və sənin yerini yığsın.

Apartamenti müvəqqəti ev də adlandırmaq mümkündür, burada ailə ilə birlikdə yaşamaq olar, həmçinin məhzulları yaxındakı mağazalardan da almaq məsləhətlidir. Bütün bunlar restorankafelərə edilən maddi sərfiyyatı azaldır. Bizim bazarda apartamentlər hələ ki, geniş yayılmayıb. Çünki bizim insanlar ildə bir dəfə istirahət etməyə üstünlük verirlər, bu zaman da bütün xidmətləri göstərəcək heyət axtarırlar. Avropalılar isə durmadan səyahət edən insanlar olduğu üçün onlar belə yerlərə xüsusi əhəmiyyət verirlər.

Apartamentlər müxtəlif ölüçülərə malikdir; studio (1 otaqdır mətbəx bölməsi ilə birlikdə), bir, iki yaxud üç yataq otağından ibarət olması mümkündür. Apartamentlərdə nə qədər çox otaq olsa, o qədər çox əhalinin məskunlaşması olacaqdır, lakin çox otaqlı apartamentlərə az hallarda rast gəlinir.

Apart Hotel ( yaxud Serviced Apartments)

Eyni ölçülü mənzillərdir, bu kimi yerlər qonaq otaqlarının birləşmiş formasını özündə birləşdirir. Lakin bu nömrələrdə xadimələr vardır və otaqları yığışdırır. Eyni zamanda infrastrukturun müəyyən hissələri də daima təmizlənir. Bura hovuz, bar, restoran və başqaları daxildir. Belə yerlərdə qalmaq olduqca bahadır, lakin sizin edəcəyiniz işlər çox azdır. Adətən restoranlarda səhər yeməyini əvvəlcədən sifariş etmək və pulunu da ödəmək mümkündür. Bu xassə nahara da adi edilir. Apart komplekslərin çox hissəsi bu qaydalara uyğun istifadəyə verilir.

Beach Hotel

Beach sözü çimərlik mənasını ifadə edir və adından göründüyü kimi otelin dəniz kənarında yerləşdiyinin siqnallarını verir. Lakin yerləşmənin düzgün ulduzların verilməsi və xidmətin səviyyəsinə aidiyyatı yoxdur.

Garden Hotel

Garden sözünün mənası bağ deməkdir, deməli sizin oteliniz yaşıl ərazidə yerləşmişdir. Ən çox rast gəlinən bu tipli otellər dəniz kənarına yaxın ərazilərdədir. Ulduzların verilməsi müxtəlifdir.

İstinadlar

  1. "Mehmanxana". nedir.az. 2017-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2017.
  2. "Mehmanxana". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-22.

Mənbə

Qaralama məqalələr  Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.