Otaku

"Otaku" (yap. おたく/オタク) — Yapon termini, obsesif maraqları olan insanlara, adətən anime və manqa həvəskarlarına deyilir. Terminin müasir istifadəsi 1983-cü ildə Akio Nakamorinin "Manga Burikko" inşasından gəlmişdir.[1][2]

Etimologiya

Otaku başqa şəxsin evi və ya ailəsi üçün (お宅, otaku) yapon terminindən törəmişdir.

İfadəsi

Müasir yapon jarqonununda, otaku termini "kompüter qurdu" və ya "nerd"-ə əsasən ekvivalent olsa da, Qərbdən fərqli olaraq, daha alçaldıcı şəkildə istifadə olunur. Lakin, bu termin hər hansı bir mövzu, hobbi və ya əyləncə şəklininin hər hansı bir azarkeşinə də aid ola bilər.

Submədəniyyət

Morikava Kayçiro otaku submədəniyyətini aydın yapon məktəb sisteminin və cəmiyyətin bir məhsulu kimi müəyyən edir. Yapon məktəblərinin sinif strukturu kasta sistemi kimi fəaliyyət göstərsə də, klublar sosial iyerarxiya istisna deyl. Bu klublarda şagirdin maraqları, otaku maraqlarına iaşə olmaq üçün qeydə alınır və maarifləndirilir. Yapon cəmiyyətinin şaquli strukturu onların şəxsi müvəffəqiyyət dəyərini müəyyən edir. 1980-ci illərinin sonlarına qədər, atletik və cəlbedici olmayan kişilər alimlərə diqqətlənib, onların sosial daimi qaldırmaq üçün evlənib və yaxşı bir işə təmin etməyi ümidlənirdilər. Sosial yöndə, xüsusi ilə yetişkinlikdə uğur qazanmayanlar, həyat tərzini öz maraqlarının mərkəzinə yönəldib, otaku submədəniyyətinin yaradılması inkişaf etdirirdi.

Məkanları

Tokionun Akihabara rayonunda, anime personajları və ya qarson kimi özünü aparan qarson qızları yerləşən meyd kafelərində, otakular üçün cazibədar məkandır. Akihabara da həm də onlarla anime, manga, retro video oyunları, heykəlciklər, kart oyunları və digər koleksiyonlar ixtisaslaşan mağazalar mövcuddur. Digər məşhur yer — Otome Road, Tokionun İkebukuro rayonunda yerləşir. Naqoya Şəhər Universitetinin tələbələri Naqoyaya daha otaku cəlb etmək üçün, otaku mədəniyyətinə aid gizli turist məkanlarının inkişaf yolları layihəsini başlamışlar.

Subnövləri

Otakuların müxtəlif növləri üçün xüsusi terminlər, yaoinin qadın pərəstişkarları olan və homoseksual kişi münasibətləri diqqətlənən, öz-özünü istehza edən və alçaldıcı Fujoşi (腐女子, "çürük qız"), yapon termini daxildir. Reki-joYaponiya tarixi ilə maraqlanana qadın otakularıdır. Bəzi terminlər məkanlara aiddir — Akiba-kei, jarqon termini ilə "Akihabara-stili", yəni Akihabara mədəniyyəti ilə tanış olanlar. Digər terminlərdən Votagei ya otagei (ヲタ芸 ya オタ芸), Akiba-keiyə daxil olan təzahürat növünü; İtaşa (痛車, "ağrılı avtomobil"), bədii personajlarla, xüsusilə bishōjo oyunun və ya eroge personajları ilə bəzədilmiş vasitələri təsvir edən termini qeyd etmək olar.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.