Otşəkilli gəndəlaş

Otşəkilli gəndəlaş (lat. Sambucus ebulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.

Otşəkilli gəndəlaş
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Növ:
Otşəkilli gəndəlaş
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  35321
NCBI  28503
EOL  488732

Botaniki xarakteristikası

Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında, ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti

Meşəli rayonların kəsilmiş meşələrində, meşə ətrafında, açıq yerlərdə, yarğanlarda, çay və balaca arx boyunca, bağlarda və bostanlarda rast gəlinir. Cəngəlliklər əmələ gətirir.

Təsərrüfat əhəmiyyəti

Meyvələri çaxırın boyanmasında, yetişmiş meyvələrindən mürəkkəb hazırlanmasında istifadə olunur. Tibbdə tətbiq edilir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 269.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.