Aravanokimilər
Aravanokimilər (lat. Osteoglossiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Aravanokimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Osteoglossomorpha Dəstə: Aravanokimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Yura dövründən məlumdur. Uzunluğu 10–12 sm-dən 4,6 m-ədək, çəkisi 200 kq-adək (arapayma) olur. Bədəni uzunsov, üzəri sikloid pulcuqlarla örtülüdür, başında sümük lövhələr olur; bel və anus üzgəcləri çox aralıdır. Üzmə qovuğu açıq tiplidir, göz-gözdür, havanın oksigenini uda bilir; bəzi növlərində də oksigeni udan qəlsəməüstü orqan var. Vaxtaşırı oksigenin çatışmadığı ot basmış su hövzələrində yaşayır. 4 fəsiləsi, 9 cinsi və 14 növü məlumdur. Braziliya, tropik Afrika və Avstraliya, Sumarta və Borneo adalarının şirin sularında məskunlaşmışdır. Yırtıcıdır. Bir çox aravanokimilər qiymətli ov balıqlarıdır, bəziləri akvariumlarda yetişdirilir.[3]
Təsnifatı
- Arapaimidae fəsiləsi
- Gymnarchidae fəsiləsi
- Mormirlər (Mormyridae) fəsiləsi
- Notopteridae fəsiləsi
- †Ostariostomidae fəsiləsi
- Osteoglossidae fəsiləsi
- Pantodontidae fəsiləsi
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 594. ISBN 978-9952-441-02-4.