Osmanlı musiqisi
Adına bu gün daha çox "klassik türk musiqisi" və ya "türk sənət musiqisi" də deyilən bu musiqi növü Osmanlı dövlətinin qurulması, böyüməsi və güclənməsinə paralel olaraq zənginləşmiş, forma və estetikasını inkişaf etdirmiş və sənət musiqisi adını qazanmışdır. Bu musiqi din, eşq, ordu, savaş kimi bir çox mövzularda incilər vermiş və hər biri öz növlərini , formalarını yayılma dairəsini əmələ gətirmişdir.
Osmanlı musiqisi imperiyaya daxil edilən yeni ölkələrin müxtəlif musiqi mədəniyyətlərindən təsirlənmiş və eyni zamanda özü də onlara təsir etmişdir. Ancaq imperiyanın zəifləmə və tənəzzül dövrünə daxil olduğu 19-cu əsrin əvvəllərindən etibarən bu sənət musiqisində də tədricən bir inkişafdan qalma müşahidə olunmaqdadır. Əvvəllər zəngin məqam və üsullardan istifadə olunduğu halda sonradan tədricən bundan əl çəkilmiş və bu əyləncə musiqisinə çevrilmişdir. Günümüzə qədər davam edən bu prosesdə "mahnı" növü sanki bütün növlərin yerini tutmuş və yayıldıqca populyarlıq qazanmışdır.
19-cu əsrin ortalarına kimi notlaşdırılmaya çox önəm verilmədiyi üçün bu sahəyə daxil olan bir çox nümunə unudularaq yox olmuşdur. Hər hansı bir dövrdə notlara köçürülərək günümüzə qədər gəlib çıxan musiqilərin sayı 15-ci əsrdən18-ci əsrin sonlarına kimi bəstələnənlər 3000-ə yaxın, 19-cu əsrdə bu üsülla yaradılanlar isə təxminən 5000 mindirki, onların də birlikdə ümumi sayı 8 minə qədərdir.
Növ, üsul, forma, səsləndirmə yolları və məzmunları baxımından kökü çox qədim dövrlərə gedib çıxan, müəyyən qaydalar çərçivəsində yaranan bu musiqilərin sırasına 20-ci əsrin ilk rübündə yaradılan bir sıra əsərlər də daxil edilə bilər.
O tarixdən günümüzə qədər "Türk sənət musiqisi və ya Klassik türk musiqisi" başlığı altında yaradılan və gedərək populyar formalara çevrilən musiqi isə Osmanlı musiqisinin günümüzün normasına çevrilmiş qalığı sayıla bilər.
Osmanlı musiqisi bir sintezdir. Tarixin bir çox zənginliyini özündə birləşdirir. Türklərlə birlikdə yaşayan Bizans, rum, ərəb kimi azlıqlarla birlikdə formalaşdırılmış və Osmanlı saray məktəbində , Enderunda yüksəliş dövrünə daxil olmuşdur. Bu sistemdən istifadə edən heç bir ölkə Osmanlı dövründə mövcud sənət zirvəsinə çatmamışdır.
Osmanlı musiqisi "səs tonuna"na əsaslanan, "fəsil" nizamına uyğun yaradılmış və səsləndirilmişdir.