Osmanlı imperiyasının bayraqları
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar.[1]
Osmanlı imperiyasının bayraqları | |
---|---|
Təfərrüatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir.
Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır.
Erkən dövrdə bayraqdakı ulduzun guşə sayı müəyyən deyildir. 5 guşəli ulduz xaricində fərqli ulduzlar da istifadə edilmişdir.[2] Məsələn, Koltonun 1862-ci il tarixli "Delineation of Flags of All Nations" kitabına bayraq 8 guşəli ulduzla göstərilmişdir. Steenbergenin eyni il yayımlanan "Vlaggen van alle Natien" kitabında 6 guşəli ulduzdan istifadə edilmişdir. İmperiyanın irəlidəki illərində ay və ulduzlu bayrağın istifadəsi (beş guşəli ulduzla) fotolarla sənədləşdirildi. Bundan əlavə, Osmanlı imperiyasının irəli dövrdəki bayrağının ay-ulduz olaraq adlandırımasının dövlət qeydləri vardır.
Dövlət bayraqları (1326–1922)
- 1326-1383
- 1383-1453
- 1453-1517
- 1499-1517
- 1517-1793
- 1517-1793
- 1793-1844
- 1844-1936
- II Əbdülməcidin şəxsi xilafət bayrağı
Savaş bayraqları
- Peloponnes döyüşü zamanı venesiyalılar tərəfindən Koronda 1685-ci ildə tutulan bayraq
- Osmanlı hərbi bayraqları, 1812-ci il
- Osmanlı döyüş bayrağı. Bu həmçinin Rumeli vilayəti bayrağı kimi də istifadə olunub.
- Osmanlı donanması bayraqlarından biri
- Osmanlı donanması bayrağı
- Osmanlı donanması Admiralının (Kapudan-ı Dərya) şəxsi bayrağı.
- Donanma bayrağı
- Donanma bayrağı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı bu bayraq əsasında düzəldilmişdir.
Şəxsi bayraqlar
- Osmanlı sultanın şəxsi bayrağı (19, 20-ci əsr),(Tuğra, sultanlara görə dəyişir.)
- Osmanlı sultanın şəxsi dəniz bayrağı
- II Əbdülməcidin şəxsi xilafət bayrağı. (1922-1924)
İstinadlar
- "Standard of the Caliph". 7 fevral 2015 tarixində arxivləşdirilib.
- "Ottoman Empire: Sultan's standard". 4 iyun 2012 tarixində arxivləşdirilib.