Osmanlı imperiyası kapitulyasiyaları
Osmanlı imperiyası kapitulyasiyaları (türk. Osmanlı İmparatorluğu kapitülasyonları) ― Osmanlı imperiyasında əcnəbilərə verilən Osmanlı iqtisadi, məhkəmə, inzibati və s. hüquq və imtiyazlarıdır. Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat. capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir.
Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyaların əksəriyyəti hər iki tərəf üçün etibarlı olsa da, iqtisadiyyatı güclü olan tərəf kapitulyasiyalardan faydalanır, zəif iqtisadiyyatı olanlar isə zərər görürlər.[1]
Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyalara misal olaraq Osmanlı şəhərlərində təşkilat qurma hüququ, əcnəbilər arasındakı mübahisələrdə konsulluqlara yurisdiksiyanın verilməsi, Osmanlı torpaqlarında səyahət, nəqliyyat və satış azadlığı və Osmanlı sularında gəmi üzmə (işlətmə) hüququ verilmişdir.
Osmanlı vətəndaşları da Avropa dövlətlərində avropalının Osmanlı ölkəsində sahib olduğu eyni hüquqlara sahib idi. Lakin, Osmanlı iqtisadiyyatı böyük ölçüdə kənd təsərrüfatına söykənirdi və Avropa ölkələrində ticarət etmək üçün hər hansı bir seqmentə sahib deyildi. Bundan əlavə, Avropa dövlətləri Osmanlıya mal ixrac edərkən gömrük vergisi ödəməsə də, Osmanlı mallarını idxal edərkən onlardan gömrük vergisi alınırdı. Yəni bu müqavilələr Osmanlıya heç bir üstünlük gətirmirdi.[2]
Tarixi
İlk dövrlər kapitulyasiyalar hər bir xristian dövləti ilə ayrı-ayrılıqda bağlanırdı. İlk kapitulyasiya müqaviləsi 1453-cü ildə Genuya Respublikası ilə Osmanlı imperiyası arasında imzalanmışdır.
Təxminən 1535-ci ildə Sultan Süleyman Qanuni Fransa ilə kapitulyasiyaya imza atmışdır.
Fransa, XII Lüdovik dövründə 1500-cü ildə Qahirədə Məmlük sultanı ilə kapitulyasiya imzalamışdı.[3][4] Türklər Osmanlı-məmlük müharibəsindən sonra Misiri fəth etdikdən sonra, fransızlarla bağladıqları kapitulyasiyanı dəstəklədilər və fəaliyyətlərini bütün imperiya boyunca genişləndirdilər.[5]
Kapitulyasiyaların mərhələləri
Birinci mərhələ
İlk kapitulyasiyalar Macarıstan, Serbiya və Aralıq dənizi sahilindəki ərəb ölkələri tərəfindən verildi. Bu dövlətlərin məqsədi öz ölkələrinə ticarəti cəlb etmək idi.
XV–XVI əsrlərdə eyni səbəblərə görə Osmanlı imperiyası Venesiyaya, Genuya Respublikası və fransızlara kapitulyasiyalar vermişdir.
İkinci mərhələ
XV əsrdə Hindistana gedən dəniz yolunun kəşfi ilə, zamanla Avropanın merkantilist siyasətinin alətinə çevrildi. 1740-cı ildə I Mahmud və XV Lüdovik arasında imzalanan razılaşmaya əsasən kapitulyasiyalar dövlətlərarası ticarət müqaviləsinə çevrildi. Bu mərhələdə Osmanlı imperiyası yenə də özünü təmin edən bir iqtisadi vahid idi.
Üçüncü mərhələ
Bu mərhələ "qeyri-bərabər mübadilə" ilə başladı. XIX əsrdə baş verən sənaye inqilabı hər şeyi dəyişdirdi. Osmanlı imperiyası ilə Avropa arasında artıq keyfiyyət fərqi var idi. Osmanlı torpaqlarını Avropaya vahid bir bazar olaraq açan 16 avqust 1838-ci ildə imzalanan Balta-Liman konvensiyası, yalnız ticarət deyil, həm də kapitulyasiya müqaviləsi idi. İxrac qadağası və dövlət inhisarları ləğv edildi. Xarici tacirlər yerli tacirlər ilə eyni hüquqlara sahib idilər. Bundan sonra Osmanlılar artıq istehsal məhsulları istehsal edə bilməyəcək, parça əvəzinə iplik, xam pambıq və ya yun, hətta iplik əvəzinə pambıq qozası satacaq hala gəldilər.
Əcnəbilərin imtiyazları müsəlman olmayan osmanlılara da verildi. Osmanlının borc məsəslələri, kapitulyasiyalarla birləşincə, Osmanlı öncə özü Düyun-u Umumiyəyə təslim olmuş və sonra xarici şirkətlərə (dəmir yollarının istismarı kimi) böyük imtiyazlar vermişdir. Nəhayət, Sevr müqaviləsi Osmanlı imperiyasının bütün maliyyələrini özündə cəmləşdirəcək Maliyyə Komissiyasının yaradılmasını nəzərdə tutan 232-ci maddəsini qeyd-şərtsiz qəbul etdi.
Kapitulyasiyaların ləğvi
Kapitulyasiyaların ləğvi, Türkiyə İstiqlal müharibəsindən əvvəl 1856-cı ildə alındı. Ancaq Osmanlıya verilən bu vəd heç vaxt yerinə yetirilmədi. 1911-ci ildə İttihad və Tərəqqi partiyası tərəfindən ləğv edilən kapitulyasiyalar, Sevr müqaviləsi ilə Osmanlı imperiyasının üzərinə bir yük olaraq qoyuldu.
Türk İstiqlal müharibəsi dövründə Sovet İttifaqı ilə 28 mart 1921-ci il tarixli sazişin 7-ci maddəsi ilə kapitulyasiyalar "etibarsız və ləğv edilmiş" sayıldı. Kapitulyasiyaların tamamilə ləğv edilməsi isə Lozanna müqaviləsi ilə gerçəkləşdirildi.
Kapitulyasiyaların siyahısı
Osmanlı imperiyası aşağıdakı ölkələrlə kapitulyasiya müqavilələri imzalamışdır:
- Genuya Respublikası (1453)
- Venesiya Respublikası (1454)
- Fransa krallığı (1535, 1673, 1740)
- İngiltərə krallığı (1579, 1675, 1809)
- Hollandiya (1579, 1680)
- Avstriya hersoqluğu (1615)
- Rusiya (1711, 1774)
- İsveç (1737)
- Sardiniya krallığı (1740, 1825)
- Danimarka (1746 və 1756)
- Prussiya krallığı (1761)
- İspaniya (1782)
- Amerika Birləşmiş Ştatları (1830)
- Belçika (1838)
- Hanza ittifaqı (1839)
- Portuqaliya krallığı (1843)
- Yunanıstan krallığı (1854 və ya 1855)
- Braziliya imperiyası (1858)
- Bavariya krallığı (1870)
İstinadlar
- İlber Ortaylı, Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu, Alkım Yayınevi, 9. Baskı mart 2006, ISBN 975992045-X
- İlber Ortaylı, Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu, Alkım Yayınevi, 9. Baskı mart 2006, ISBN 975992045-X Sayf. 65
- "Three years in Constantinople by Charles White p.139". 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- "Three years in Constantinople by Charles White p.147". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- Convention regarding the Abolition of the Capitulations in Egypt, Protocol, and Declaration by the Royal Egyptian Government Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine (Montreux, 8 may 1936) Art 1.
- The Capitulations and the Ottoman Legal System, Qadis Consuls and Beraths in the 18th Century (2005), ISSN 1384–1130, ISBN 90 04 14035, s.90
Həmçinin bax
Ədəbiyyat
- Hoyle, Mark S. W. (1991). Mixed courts of Egypt. London: Graham & Trotman. xxvii, 206p.
- F. Ahmad, "Ottoman perceptions of the capitulations 1800–1914," Journal of Islamic Studies, 11,1 (2000), 1–20.
- Maurits H. van den Boogert and Kate Fleet (eds.), ed. (2003). The Ottoman capitulations: text and context. Rome: Istituto per l’Oriente C. A. Nallino. pp. vii, [575]-727, 14p. of plates : ill., facsims.
- Boogert, Maurits H. van den (2005). The capitulations and the Ottoman legal system: qadis, consuls, and beraths in the 18th century. Leiden: Brill. xvi, 323p.
- Kütükoğlu M.. Ahidname. I (Islamansiklopedisi). 1988. 536–540. (türk.)
- Papp S. Ahdname (ahitname) (PDF) // Encyclopedia of the Ottoman Empire. Gabor Ágoston; Bruce Masters. New York, NY: Facts on File. 2009. ISSN 0-8160-6259-5 (#bad_issn).
- Theunissen H. P. A. Ottoman-venetian Diplomatics: The Ahd-names ; the Historical Background and the Development of a Category of Political-commercial Instruments Together with an Annotated Edition of a Corpus of Relevant Documents // Electronic journal of oriental studies : EJOS. № 2. 1998. ISSN 0928-6802.