Osmanlı-Polşa müharibəsi (1672-1676)

Osmanlı-Polşa müharibəsi (1672–1676) 17-ci əsrdə Osmanlı-Polşa müharibələrinin sonuncusu idi.

Osmanlı-Polşa müharibəsi (1672-1676)
Osmanlı-Polşa müharibələri
Tarix 1672-1676
Yeri Boğdan, Qalisiya, Ukrayna
Nəticəsi Osmanlıların qalibiyyəti, İzvança müqaviləsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası
Krım xanlığı
Doroşenko Kazakları

Reç Pospolita
Valaxiya Knyazlığı
Çanenko Kazakları

Komandan(lar)

Sultan IV Mehmed
Körpülü Fazil Əhməd Paşa
I Səlim Gəray
Petro Doroşenko

III Jan Sobieski
Maykl Kazimiez
Mikail Çanenko
Corc Dukas

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Səbəbləri

    III Jan Sobieski

    17-ci əsrin ortalarında Ukrayna adlı bir dövlət yox idi. Dnepr çayı ukraynalıları ikiyə bölmüşdü. Dnepr çayının sağ sahili (qərb sahili) Polşanın əlində idi. Sol sahili isə rusların əlində idi. Sağ sahili ukraynalıların Atamanı Petro Doroşenko Osmanlı sultanı IV Mehmed ilə razılaşdı və Osmanlı himayəsini qəbul etdi. Beləliklə, bütün Ukraynaya hakim olacağına ümid edirdi. Krım xanı I Səlim Gəray Doroşenko ilə birlikdə Polşaya hücum etdi. Ancaq Polşa kralı III Jan Sobieskiyə məğlub oldular və Osmanlı dövlətindən kömək istədilər.

    abidə Osmanlı-Polşa müharibəsi (1672–1676)

    Müharibənin irəliləməsi

    Körpülü Fazil Əhməd Paşa

    Sədrəzəm Körpülü Fazil Əhməd Paşanın komandanlığı altında 80 min Osmanlı əsgəri 1672-ci ildə Ukraynaya girdi. Kamenets-Podolskini tutdu və Lvovu mühasirəyə aldı. Böyük bir məğlubiyyətə uğrayan Polyaklar, 18 oktyabr 1672-ci il tarixində Buçaş müqaviləsinə razı oldular. Dnepr çayının sağ sahilini Osmanlılara buraxmağa və 22 min dukat qızıl ödəməyə razı oldular.

    Bu razılığa baxmayaraq, polyaklar məğlubiyyəti qəbul edə bilmirdi. Polşa kralı Maykl Koribut Visnioviecki öldü və məşhur Polşa komandiri III Jan Sobieski kral seçildi.

    1674-cü ildə Osmanlıların ruslarla müharibə şəraitində olmasını fürsət bilən Polyaklar yenidən Osmanlılara hücum etdilər. Ancaq yenə də tam bir uğur qazana bilmədilər. 27 oktyabr 1676-cı ildə İzvança müqaviləsi (Zuravno Müqaviləsi) bağlandı. Bu müqavilə əsasən Buçaş müqaviləsi ilə eyni idi. Ancaq Polşanın pul ödəmək öhdəliyi ləğv edilmişdi və Ukraynanın qərb sahilindəki bölgənin üçdə biri Polşaya qalırdı.

    Müharibədən sonra

    Bu müharibənin sonunda Osmanlı İmperiyası qərbdə ən geniş sərhədlərinə çatdı. Osmanlılar 1683-cü ildə hazırlanan Vyananın ikinci mühasirəsi (Vyana döyüşü) və Osmanlı-Müqəddəs İttifaq müharibəsində ağır məğlub oldu. Yalnız Polşa cəbhəsində Osmanlı orduları uğur qazandılar. 1699-cu ildə Osmanlıların imzaladığı Karlovitsa müqaviləsi ilə böyük miqdarda torpaq itirdi və bir daha heç bir zaman əvvəlki qüvvəsinə çata bilmədi.

    Polşa Avstriyanın köməyi ilə PodolyeUkraynanı geri alsa da gücdən düşdü, hətta 1710-cu illərdə İsveçRusiyanın işğalına məruz qaldı. Nəhayət 1772, 1793 və 1795-ci illərin bölünmələri ilə Rusiya, Prussiya, Avstriya arasında paylaşılaraq, 1806–1815-ci illər arasında Fransız rəhbərliyi altında qurulan Varşava Hersoqluğu və 1815–1846-cı illər arası Krakov Respublikası dövrləri istisna olmaqla, 1918-ci ilə qədər müstəqilliyini itirdi.

    Mənbə

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.