Osmanlı-İran müharibəsi (1821-1823)

Osmanlı-İran müharibəsi (1821–1823) — Osmanlı dövləti ilə İranda hakimiyyətdə olan Qacarlar arasında baş vermiş müharibədir.[1]

Osmanlı-İran müharibəsi (1821-1823)
Qacar süvarisi
Qacar süvarisi
Tarix 1821-1823
Yeri Şərqi Anadoluİraq
Səbəbi Sərhəd münaqişələri
Nəticəsi Müharibədən əvvəlki sərhədlər dəyişmədi
Münaqişə tərəfləri

Qacarlar dövləti

Osmanlı dövləti

Komandan(lar)

Abbas Mirzə

II Mahmud

    Səbəb

    Müharibəyə yol açacaq əsas səbəblərdən biri Qacarlara qarşı üsyan etmiş Cənubi Azərbaycandan olan tayfa başçılarının Osmanlı imperiyasında sığınacaq tapması idi.[2]

    Həmçinin Birinci Rusiya-İran müharibəsində məğlub olaraq, böyük torpaqlar itirən Qacarlar bu itirilmiş torpaqları Osmanlıdan alacaqları ərazilər hesabına doldurmaq istəyirdilər.

    Müharibə

    Qacarlar tərəfindən sərhəd pozuntularınnı və hücumların sayının artmasından sonra Osmanlı sultanı II Mahmud Qacarlara müharibə elan etdi (1820). Qacar qoşunu BağdadŞəhrizor bölgələrinə hücum etdilər. Ümumiyyətlə müharibə İraqAnadolu bölgəsində getmişdir.

    Osmanlıdan narazı olan Şərqi Anadoluda yaşayan tayfaların da Qacarların lehinə üsyan qaldırmasından sonra Qacar ordusu Şərqi BəyazitBitlisi tutdu. Vəliəhd şahzadə Abbas Mirzənin başçılıq etdiyi Qacar ordusu iki istiqamətdə ƏrzurumDiyarbəkirə yönəldi, lakin yolda Qacar ordusunda vəba xəstəliyi yayıldı.[2] Ordunun ağır itkilər verməsindən sonra Fətəli şah Qacar sülh istədi.

    Nəticə

    Qacarların sülh istəməsindən sonra ağır vəziyyətdə olan Osmanlı sülh təklifini dərhal qəbul etdi. İmzalanan Ərzurum sülh müqaviləsinə görə Qacarlar tutduqları torpaqları Osmanlı dövlətinə geri verərək geri çəkildilər. Həmçinin də Qacarlar dövləti ərazisindən gələn ziyarətçilrə İslam dininin müqəddəs ziyarətgahlarına girişinə Osmanlı dövləti tərəfindən qarantiya verildi.[2]

    Həmçinin bax

    İstinadlar

    1. Sicker, 2001. səh. 118
    2. Tucker, 2010. səh. 1140
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.