Osmanlı–Avstriya müharibəsi (1593–1606)

1593-1606-cı il Osmanlı-Avstriya müharibəsi və ya 13 illik müharibə Valaxiya,TransilvaniyaMoldaviya uğrunda Habsburq monarxiyası ilə Osmanlı imperiyası arasındakı müharibə.[3]

Osmanlı-Avstriya müharibəsi (1593-1606)
Osmanlı-Avstriya döyüşləri
Xaçova döyüşü
Xaçova döyüşü
Tarix 29 iyul 1593-cü il — 11 noyabr 1606-ci il
(13 il,3 ay,1 həftə,6 gün)
Yeri Balkan yarımadası
Səbəbi Avstriyanın Osmanlıya verməli olduğu vergini ödəməməsi
Nəticəsi Jitvatorok müqaviləsi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası
Krım xanlığı

Müqəddəs Roma İmperiyası
Avstriya hersoqluğu
Bohemiya krallığı
Saksoniya
Bavariya
Savoyya hersoqluğu
Macarıstan krallığı
Transilvaniya knyazlığı
Valaxiya knyazlığı
Moldoviya knyazlığı
Papa dövləti
Venesiya Respublikası
Səfəvilər İmperiyası

Komandan(lar)

III Murad
III Mehmed
I Əhməd
Qoca Sənan Paşa
Kürəkən İbrahim Paşa
Təkəli Lələ Mehmed Paşa
Tiryaki Həsən Paşa
Telli Həsən Paşa

II Rudolf
hersoq III Maksimilan
hersoq II Ferdinand
Corc Basta
hersoq I Vinçentso Qonzaqa
Sigmund Batori


Cəsur Mixay

Tərəflərin qüvvəsi

160,000–180,000[1][2]

95,000[1][2]

İtkilər

Bilinmir,ağır

Bilinmir,ağır

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    1593-cü ildən 1606-cı ilədək aparılmış bu müharibə,Avropada bəzən 1591–92-ci illərdə Osmanlılar tərəfindən Bixaçın ələ keçirilməsinə görə On beş illik müharibə də adlanır.

    Avropadakı Osmanlı müharibələri sırasında,Osmanlı-Venesiya müharibəsi (1570-73) ilə Girit müharibəsi (1645-69) arasında ən böyük güc sınağı hesab olunan müharibə oldu. Osmanlı-Habsburqlar müharibələri sırasında,novbəti böyük müharibə 1663-1664-cü illərdəki Osmanlı-Avstriya müharibəsi idi. Ümumiyyətlə,münaqişə çox sayda güc itkisinə səbəb döyüş və mühasirədən ibarət idi,lakin hər iki tərəf üçün çox az nəticə əldə edildi.

    Müharibənin səbəbləri

    Osmanlı İmperiyasının Səfəvilər üzərində qələbəsindən sonra qərbdə bəzi məsələlər istiqamətində proseslər baş verdi. Avstriya illik vergilərini gecikdirir və sərhəd zonalarda ixtişaşlar törədirdi. Buna görə Bosniya əyalətinin valisi Telli Həsən Paşa Avstriyaya bir səfər təşkil etdi. 1000 əsir,12 top və bir çox qənimətlə geri qayıtdı. Ancaq bu,Avstriya ilə münasibətlərini daha da pisləşdirdi. Beləliklə, Avstriya hücumlara başladı. Daha sonra Telli Həsən Paşanın komandanlığı altındakı Osmanlı ordusunu Sisak-Moslavina adlanan yerdə pusquya düşərək,demək olar ki,tamamilə darmadağın edildilər (Sisak döyüşü).[4] Bunun nəticəsində Osmanlı divanında müharibəyə qərar verildi. Ancaq demək olar ki,bütün Avropa ölkələri Avstriyanı dəstəklədi.

    Müharibənin gedişatı

    1593-cü il

    19 iyulda İstanbuldan hərəkətə keçən sədrəzəm Qoca Sənan Paşa,səfər mövsümü baxımından 4 sentyabrın sonlarında Belqrada gəldi. Müqəddəs Roma İmperiyasında Yanıqqala ətrafında təxminən 20.000 nəfərlik ordu toplanmışdı. Buda bəylərbəyi Həsən Paşanın əsgərləri orduya qoşulduqdan sonra Türk ordusu sərhəd bölgəsinə yürüdü və 10 oktyabrda Vespremi mühasirəyə aldı. 3 gün dayana bilən qala qarnizonu 13 oktyabrda təslim oldu. Sonra 19 oktyabrda Palota mühasirəyə alındı ​​və 21 oktyabrda bu qala da təslim oldu. Türk qoşunlarının Vyanaya çatma məsafəsi 200 kilometrə yaxın idi.

    Əsirlərdən Yanıqqala yaxınlığındakı Alman ordusunun Sekeşfexervara yürüş edəcəyi eşidilsə də,noyabr ayının yaxınlaşması səbəbi ilə qışlağa çəkilib,sonrakı yazda əməliyyatı davam etdirmək fikri hakim idi.

    Türk ordusunun hər hansı bir döyüşə girmədən qışlamaq üçün Budaya geri çəkilməsinə görə,sərbəst qalan Alman ordusu gözlənildiyi üzrə Sekeşfexervara doğru irəlilədi. Bu ordunu qarşılamaq üçün,düşüncəsiz bir şəkildə bölgəyə gedən Buda bəylərbəyi Həsən Paşa,say və texnika baxımından,qarşı tərəfdən zəif olmasına baxmayaraq hücuma keçdi və 4 noyabrdakı döyüşdə ağır məğlubiyyətə uğradı.

    Bu müharibəylə Sisak döyüşündəki məğlubiyyətindən sonra eyni ildə,türk qoşunlarına ikinci böyük məğlubiyyəti yaşadan Alman ordusu, Slovakiya bölgəsindəki Osmanlı qalalarına yürüş etdi və noyabr ayında Fülek,Kekko,Dvin,Somosko,Devam,Boyak,Seçen,Dregeli və Hajnatskayı aldı. Avstriya hersoqu Mattiasın komandanlığındakı ordu isə Novqorodu tutdu.

    1594-cü il

    Sədrəzəm Qoca Sənan Paşa,Vesprem və Palota asanlıqla alındıqdan sonra İstanbula bir zəfərnamə göndərdi,lakin sonrakı itkilər nəticəsində ordu möhkəmlənməli idi. Bu möhkəmləndirmə gözlənilsə də,Alman ordusu mövsümün əvvəlində hərəkətə keçdi. 4 mayda Avstriya hersoqluğunun komandanlığı altında olan korpus Eszterqomu,Ştiriya ordusunun komandiri Toyfenbaxın rəhbərliyindəki birliklər Hatvanı mühasirəyə aldı. Ancaq Rumeli bəylərbəyi Mehmet Paşa və Buda bəylərbəyi Həsən Paşanın komandanlığı altında əyalət əsgərləri Hatvana kömək etməyə gəldilər və qala mühafizi olan Aslan bəyin xarici bağlantılarının köməyi ilə Toyfenbax qoşunlarını,mühasirəni aradan qaldıraraq geri çəkilməyə məcbur etdilər. Eszterqom qarşısında məğlubiyyətə uğrayan Avstriya qoşunları,Qoca Sənan Paşanın komandanlığı altındakı Türk ordusunun yaxınlaşdığını eşitdikləri halda, geri çəkildilərsə də,1 iyunda qalada Türk birliklərinin hücumu ilə ağır itkilər verdilər.

    6 mayda Belqraddan hərəkətə keçən Qoca Sənan Paşanın komandanlığı altındakı Türk ordusu,Estergomun qarşısına gəldikdən sonra Tata və Sent Marton qalalarını mühasirəyə aldı. 7 avqustda mühasirəyə alınan 12.000 əsgərdən ibarət qarnizona sahib olan Yanıqqala,27 sentyabrda təslim oldu. Avstriya hersoqu Mattiasın komandirliyindəki 50.000-dən çox əsgər qüvvəsi olan Alman ordusunun məğlubiyyətə uğradılaraq,onların qaladan geri çəkilməyə məcbur buraxılması bu mühüm müvəffəqiyyətdə pay sahibi idi. Paytaxt Vyanadan 120 kilometrlik məsafədə olan bu önəmli yerin,Osmanlı İmperiyasının əlinə keçməsi Müqəddəs Roma İmperiyasında səs-küyə səbəb oldu.

    16-22 oktyabr tarixlərində Komarnonun mühasirəsinə baxmayaraq,onu ala bilməyən Türk ordusu mühasirəni dayandırdıqdan sonra qışlamaq üçün Budaya çəkildi.

    Transilvaniya,Valaxiya,Moldoviya knyazlıqlarının üsyanları

    Türk ordusu 1594-cü ildə əməliyyatdan müvəffəqiyyətlə döndükdən sonra,Osmanlı İmperiyası bu dəfə Rumıniyanı meydana gətirən üç vassal dövlətin (Valaxiya, MoldaviyaTransilvaniya) qiyamı ilə sarsıldı. Transilvaniya voyvodası Müqəddəs Roma İmperatoru II Rudolfu hamisi olaraq qəbul edərkən, Moldoviya voyvodası Aron Rudolfu hamisi olaraq tanımayaraq üsyan etdi,üzərinə göndərilən Maraş bəylərbəyi Mustafa Paşanın komandanlığı altındakı birlikləri dəf etdi. Valaxiya voyvodası,Mixailin qiyamı daha dağıdıcı oldu. 1594-cü ilin noyabr ayında Buxarestdə Türk tacirlərini edam edən və oradakı təxminən 2000 nəfərlik Türk qarnizonunu məhv edən Mixail,daha sonra Curcunu yandırdığı kimi və 1 yanvar 1595-ci ildə mühasirəyə aldığı Breila qalasını da 16 yanvarda ələ keçirdi. Dobrucaya girərək,Silistranı ələ keçirmək istəyən,4000 Valaxiya əsgərini qılıncdan keçirən Mixaili,Silistra bəyi dayandıra bilmişdi.

    1595-96-cı illər və Osmanlı dövlətində taxt dəyişikliyi

    1595-ci ildə Osmanlı İmparatorluğuna qarşı Papa VIII Klement tərəfindən (Papa VIII Klementin Müqəddəs İttifaqı) xristian Avropa güclərinin ittifaqı təşkil edildi; Müqəddəs Roma İmperatoru,II Rudolf və Transilvanya hersoqu Siqmund Batori tərəfindən Praqada bir ittifaq müqaviləsi imzalandı. Moldaviya knyazı Aron Tiran və Valaxiya knyazı Cəsur Mixay eyni ildə ittifaqa qatıldı. İspan Habsburqları,Macarıstandakı əməliyyatların komandanlığını öz üzərinə götürən İspaniya Flandriya Ordusunun baş komandanı Karl fon Mansfeldin başçılığı ilə Hollandiyadan 6000 təcrübəli piyada və 2000 süvari ordu göndərdi.[5]

    Habsburq monarxiyası,Osmanlı İmperiyası tərəfindən idarə olunan Macarıstan krallığının mərkəzi ərazilərini geri almaq istəyərkən Osmanlıların müharibə məqsədi Vyananı ələ keçirmək idi. Dunay xəttinə nəzarət və orada yerləşən qalalara sahib olmaq çox vacib idi. Müharibə əsasən Kral Macarıstanda (əksərən günümüzün qərbi Macarıstanı və Cənubi Slovakiyası),Transdunay,Xorvatiya krallığı və Slavoniyada, Osmanlı İmperiyasında (Rumeli - indiki BolqarıstanSerbiya) və Valaxiyada (indiki Cənubi Rumıniyada) aparıldı.

    Habsburq qoşunları 1596-cı ildə Hatvan qalasına girdi

    1595-ci ildə Mansfeldin rəhbərliyi ilə xristianlar,Dunay çayı üzərindəki strateji qalalar olan Esterqon və Vişeqradı ələ keçirdilər,lakin açar qala hesab olunan Buda qalasını bir o qədər mühasirədə saxlamadılar. Osmanlılar Əyri qalasının mühasirəsini başlatdı və 1596-cı ildə qalanı fəth etdilər.

    Balkanlarda, 1595-ci ildə NeapolSiciliyadan olan Villafranka markizi,Pedro de Toledonun rəhbərlik etdiyi İspan donanmaları,İtalyan sahillərinə edilən basqınlara cavab olaraq Osmanlı İmperatorluğunu Rumeli əyalətindəki Patrasdan qovdular.[6] Basqın o qədər güclü idi ki,Sultan III Murad İstanbul xristianlarının intiqam almaq üçün məhv edilməsini müzakirə etdiyi bütün evlənməmiş yunanların,nəhayət şəhərdən çıxarılması barədə qərar verdi.[7] Sonrakı illərdə İspan donanmaları Levant sularına basqını davam etdirdi,lakin xristianlarla Osmanlılar arasındakı genişmiqyaslı dəniz müharibəsinin bir cavab tədbiri olmadı.[8] Bunun əvəzində,Alonso de Contreras kimi Osmanlı yelkənlərinə hücum etməyi özünə missiya edən piratlar var idi.[6][8]

    Müharibənin şərq cəbhəsində,Valaxiya şahzadəsi olan Cəsur Mixay,Moldaviyanın müttəfiqləri,Yassı ve Moldoviyanın digər bölgələrində Osmanlı ordularını məğlub edərkən,1594-cü ilin payızında Curcu,Breila,Harşova və Silistra da daxil olmaqla Aşağı Dunay yaxınlığındakı bir neçə qalanı fəth edərək Osmanlılara qarşı ittifaq yaratdı.[9] Mixay,Niğbolu(bolq. Никопол, , Nikopol),Ribnik ve Çiliya qalalarını alaraq,[10] hətta Ədirnəyə qədər irəliləyərək Osmanlı İmperatorluğunun daxilinə hücumlarını davam etdirdi.[11] Onun döyüş qüvvələri Osmanlının paytaxtı İstanbuldan cəmi 24 kilometrlik (15 mil) məsafədə idi.

    1600-cü ildə baş qaldıran Valloniya muzdlu əsgərlərinin edamı

    Ancaq Dunay çayından geri dönmək məcburiyyətində qaldı,Osmanlılar da öz növbəsində ələ keçirdikləri mülkləri geri almaqla yanaşı həm də Valaxiyanı birdəfəlik fəth etməyi hədəfləyən kütləvi əks hücuma (100.000 güclü) cəhd etdilər. Basqın əvvəlcə uğurlu alındı və Keluqerenidəki (23 avqust,1595) şiddətli müqavimətə rəğmən yalnız Curcunu deyil,Buxarest və Tarqovişteni də ələ keçirməyə müvəffəq oldu. Bu qələbədən sonra Osmanlı komandanlığı arxayınlaşaraq geri çəkilən Valaxiya ordusunu təqib etməyi dayandırdı, bunun əvəzinə Tarqovişte və Buxaresti möhkəmləndirməyə yönəldilər. Mixay müttəfiqlərindən gələn kömək üçün təxminən iki ay gözləməli idi,lakin əks hücumu Osmanlılara sürpriz oldu və ardıcıl üç döyüş sahəsindəki Tarqovişte (18 oktyabr),Buxarest (22 oktyabr) və Curcu (26 oktyabr) meydanlarında Osmanlı müdafiəsini keçməyi bacardı. Xüsusilə Curcu döyüşü dağınıq şəkildə Dunaydan geri çəkilməli olan Osmanlı qüvvələri üçün böyük zərbə oldu.[12]

    Valaxiya ilə Osmanlı arasındakı müharibə,1599-cu ilin sonlarına qədər davam etdi,Mixay müttəfiqlərinin zəif dəstəyi səbəbiylə müharibəni davam etdirə bilmədi.

    Müharibənin dönüş nöqtəsi,1596-cı il 24-26 oktyabr tarixlərində Macarıstan ərazisində baş verən Xaçova döyüşü idi. 45-50.000 qoşundan ibarət birləşmiş Habsburq-Transilvaniya qüvvəsi Osmanlı ordusu tərəfindən məğlub edildi. Xristian əsgərləri döyüşdə qalib gəldiklərini düşünərək Osmanlı düşərgəsini talan etmək üçün mübarizəni dayandırdıqda döyüşün gedişatı Osmanlıların lehinə çöndü. Bu qələbəyə baxmayaraq,Osmanlılar ilk dəfə Qərb hərbi texnikasının Osmanlı silahlarından üstünlüyünü dərk etdilər. Bu döyüş, Mohac döyüşündən sonra Mərkəzi Avropada böyük xristian ordusu ilə Osmanlı türk ordusu arasında ilk əhəmiyyətli hərbi qarşılaşma idi. Buna baxmayaraq, avstriyalılar Dyör və Komaromu 1598-ci ildə geri aldılar.

    16 yanvar 1595-ci ildə, III Murad öldü. 11 gündən sonra oğlu III Mehmed taxta çıxdı. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsində göstərdiyi şücaətlərinə görə olan Sərdar Fərhad Paşa, Qoca Yusif Paşanın yerinə sədrəzəm təyin edildi. 22 aprel 1595-ci ildə Sipahi üsyanını çətinliklə yatıran Fərhat Paşa,arxa cəbhənin möhkəmliyini təmin etmək üçün,1 mayda İstanbuldan ordusu ilə yola çıxaraq,Valaxiya yürüdü. Lakin saray ixtişaşlarına qurban gedərək geri çağrılaraq qovuldu və edam edildi.

    Əyri qalasının fəthi və Xaçova müharibəsi

    Vəziyyətin mənfiyə doğru getdiyini görən Sultan III Mehmed dövlət adamlarını toplayıb "Cəddimiz, dövlətimizin qurucusu Osman Qazi həzrətlərindən, böyük babamız Qanuni Sultan Süleymana qədər bütün sultanlar əsgərlərinin önündə səfərə çıxmışdır. Babamız Sultan II. Səlimlə cənnəti məkan atamız Sultan III. Murad bu ənənələri pozdular. Biz belə, ilk öncə səfəri paşalarımıza tapşırmaqla xəta etdik. Əsgər övladlarımız bizi başlarında görmək istəyir. Qərarımız budur ki, səfərə çıxmaq vaxtıdır. Hazırlıqlar tamamlansın. Kafirlərə həddini bildirmək gərəkdir !" dediyi, ona qarşı çıxan anası Safiyə Sultana "Validə, biz sultan oğlu sultanıq, işlətməyəcəkdiksə, Əyyub Sultanda bu qılıncı niyə qurşandıq? Qərarımız qərardır, səfərə çıxacağıq. Taxt-tac uğruna dövləti fəda edə bilmərik" şəklində cavab verməsi və bundan sonra 20 iyun tarixində hərəkətə keçərək mühasirəyə alınan Əyri qalasını (almanca Eqer qalası) 12 oktyabr 1596-cı il tarixində fəth etdiyi söylənilir.

    Əyri qalasının fəthindən sonra Osmanlı birlikləri irəliləyərək 15 oktyabr 1596-cı il günü Xaçovada böyük bir Avropa ordusu ilə qarşılaşdı. Bu ordu Avstriya, Almaniya, Transilvanya, Macarıstan, İtaliya, İspaniya, Fransa, Hollandiya, Belçika, Çexiya, Xorvat, Serb, Slovakpolyak hərbi dəstələrinin birləşməsindən ibarət idi. Bununla da 140 minlik Osmanlı qoşununun qarşısında 300 minlik bir xaçlı ordusu dayanmışdı. Bu xaçlı ordusuna Avstriya hersoqu III Maksimilyan rəhbərlik edirdi.

    Osmanlı cəbhəsində "ordunun mərkəzi ələ keçirilib və padşah qaçıb" dediqodusu yayıldı və buna görə də qorxuya düşən ordu dağılmağa başladı. Bunu görən xaçlı ordusu qalib gəldiyinə inanıb, döyüş meydanına səpələndilər. Bu vaxt Osmanlıların arxa cəbhəsində çalışan odunçular, çadırçılar, dəvəçilər və aşbazlar əllərinə aldıqları balta, odun parçaları, kürək, külüng, hətta qazan-qaşıqla xaçlı ordusunun üzərinə hücum çəkdilər. Gözlənilmədən edilən bu hücum əslində səpələnmiş xaçlı ordusunu zəiflətdi və bundan həvəslənən yeniçəri və sipahilər yenidən döyüşə qayıtdılar. Bu gözlənilməz zəfər tarixdə "Qazan-qaşıq Müharibəsi" olaraq qeydə alınır.[13][14][15]

    Xaçova müharibəsindən sonra Sultan III Mehmed İstanbula geri qayıtdı və Avstriya cəbhəsinə Cərrah Mehmed Paşanı təyin etdi. Tata qalasını ələ keçirən Mehmed Paşa Budinin (indiki Budapeşt) şimalında yerləşən Vaç ərazisində düşmən ordusuna məğlub oldu. Bir müddət sonra Avstriya birlikləri 1594-cü ildə fəth olunan Yanıqqalanı (Raab qalası) ələ keçirdi. Avstriya elçiləri ilə sülh danışıqları aparılsa da, bu danışıqlar bir nəticə vermədi.

    1597-ci il

    Sədrəzəm olaraq təyin olunan Satırcı Mehmed Paşa,9 iyunda İstanbuldan ayrılaraq 13 avqustda Belqrada gəldi. Bu vaxt,Şahzadə Maksimilianın komandanlığı altında olan 50.000 nəfərlik Alman ordusu,1594-cü ildə Osmanlıların əlinə keçmiş Yanıqqalanı mühasirəyə aldı. Türk ordusunun yaxınlaşdığı xəbəri ilə Alman ordusu mühasirəni dayandıraraq geri çəkildi. Əməliyyatları davam etdirən Türk ordusu,1594-cü ildə fəth edilməsinə baxmayaraq,1597-ci ildə əldən çıxan Tata qalasını mühasirəyə alaraq,12 oktyabrda geri aldı. Üsyan edən Transilvaniya kralı Timişoaranı mühasirəyə aldıqdan sonra Satırcı Mehmed Paşa bölgəni möhkəmlətmək üçün qüvvə göndərərək,özü ordunun başında Vaça doğru gedən Alman ordusunun üzərinə yürüdü. 1 noyabrda burada başlayan Vaç döyüşündə 3000 əsgər itirən Satırcı Mehmed Paşa,qışın yaxınlaşmasına görə Belqrada çəkildi.

    Kanija müdafiəsi

    1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi.[16] Qalanın idarəsi Tiryaki Həsən Paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası,Macar krallığı,Xorvat krallığı,İspaniya imperiyası,Papa dövlətiMalta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlaqəsini kəsdilər.[17]

    Avstriyalılar 35-100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı. Bunu görən Avstriya komandiri hersoq II Ferdinand Osmanlıların topu olmadığını sanıb, hücuma atıldı. Türklər qəfildən toplarını işə salaraq avstriyalıları ağır itkiyə məruz qoydular. Ağır itki verən II Ferdinand daha sərt hücumlara keçdi. Həsən Paşa bunlara tab gətirsə də, müdafiənin yalnız silahla olmayacağını anlamış və psixoloji üsullara da əl atmışdı. İlk öncə qaladan kənarda ölən əsgərlərin ciblərinə yalançı informasiyalarla dolu qurama məktublar qoydurdu. Həmin məktublarda osmanlıların qalada kifayət qədər ərzaq və silaha malik olması, habelə Belqraddakı sultan ordusunun yaxınlarda köməyə çatacağı barədə yayındırıcı məlumatlar vardı.[17]

    Ferdinand bu yalan məlumatları eşidən kimi qəzəblənərək daha şiddətli hücuma başladı. Həsən paşa isə dezinformativ məktubların özlərinə xeyir əvəzinə zərər gətirməsini sanaraq, digər psixoloji vasitədən istifadə edir. Əsgərlərinə dayanmadan şən mahnılar çaldıraraq düşmən nəzərində guya türklərin arxayınlıqla hər günü bayram etməsi barədə ab-hava yaratdı. Ferdinand bu üsula da aldanmış, hər yerdə avaz-avaz bağıraraq qalaya hərtərəfli hücum edilməsini əmr edirdi. Lakin osmanlılar təslim olmağı düşünmədən, hələ də uğurla müdafiə olunurdu. Mühasirənin 2-ci ayı başladıqda qaladakı təchizatın azalması Həsən Paşanı xeyli narahat etmişdi. Bu dəfə onun yardımına yüzbaşı Əhməd Ağa yetişir. O, bir neçə lazımi məhsullar olacağı təqdirdə barıt hazırlaya biləcəyini söyləmiş və təminat hazır olduqdan sonra bunu bacarmışdı da. Osmanlılar 2-3 həftə bu barıtın hesabına müdafiə olundu. Lakin bu barıt da qurtarır, ərzaq azalır, üstəlik, qarşıdan sərt qış gəlirdi. Bu şəraitdə qalanın müdafiəsi qeyri-mümkün idi. Həsən Paşanın ancaq bir şansı qalmışdı. Əgər bu da baş tutmasa, qala mütləq alınacaqdı. Gecə basqını ediləcəkdi! Axşam vaxtı bütün orduya xəbər verilərək, basqına hazırlıqlar görüldü. Mühasirənin 73-cü gecəsi, yəni 18 noyabr 1601-ci ildə Həsən paşanın ordusu xaçlılara qarşı əks-hücuma keçdi. Həsən Paşanın "dezinformativ məktublar" üsulu işə yarayıbmış; çünki II Ferdinand həmin məktublarda əks olunan köməkçi türk qoşunlarının yardıma yetişdiyini fikirləşərək, çoxlu sayda qoşunları ilə geri çəkildi. Xaçlılar geridə 47 böyük top, 14 min tüfəng, 60 min çadır və 15 min qazma kürək, xeyli ərzaq və Ferdinandın qzılı taxtı və otağını qoyub qaçmışdı. Həsən Paşa bu zəfərini qazandıqdan sonra bəylərbəyi ünvanı aldı.[18]

    Döyüşlər

    Buda mühasirəsi
    1595-ci ildə Esterqom mühasirəsi
    1597-ci ildə Papa şəhərinin geri alınması
    • Sisak döyüşü
    • Vesprem döyüşü
    • Tata döyüşü (1)
    • Sekeşfexervar döyüşü (1)
    • Romani döyüşü
    • Banat döyüşü
    • Dyör döyüşü (1)
    • Keluqereni döyüşü
    • Curcu döyüşü
    • Esterqom döyüşü
    • Brest döyüşü
    • Əyri qalasının fəthi
    • Xaçova döyüşü
    • 1596–1597-ci illər Serb qiyamı və ya 1596–1597-ci illərdəki Herseqovina qiyamı
    • Tata döyüşü(2)
    • Dyör döyüşü (2)

    Zitvatorok müqaviləsi

    Osmanlı İmperiyasıAvstriya hersoqluğu uzun sürən 15 illik müharibədən sonra yorğun idilər. 11 noyabr 1606-cı ildə Osmanlı sultanı I Əhməd və Avstriya adından Müqəddəs Roma imperiyasının imperatoru Matvey arasında imzalanan Zitvatorok müqaviləsi ilə barışıq əldə edildi.

    Anlaşmaya görə Əyri,Esterqon,Kanija qalaları Osmanlılarda,Raab (Yanıqqala) və Komarom qalaları Avstriyalılarda qalacaqdı. Avstriya birdəfəlik 200.000 qızıl müharibə təzminatı ödəyəcəkdi. Osmanlı sultanı, Avstriya hersoquna, Roma imperatoru yəni Sezar (Kayzer) titulu ilə müraciət etməli və üç ildən bir biri-birilərinə hədiyyələr göndərəcəkdilər. Avstriyanın Şimali Macarıstan üçün ödədiyi illik 30.000 qızıl vergisi ləğv ediləcəkdi.

    Həmçinin bax

    İstinadlar

    1. Ervin Liptai: Magyarország hadtörténete I. 1984. ISBN 963-326-337-9
    2. Zsigmond Pach: Magyarország története 1526–1686, 1985. ISBN 963-05-0929-6
    3. Cathal J. Nolan. The age of wars of religion, 1000–1650: an encyclopedia of global warfare and civilization. Greenwood Publishing Group. 2006. səh. 846. 2020-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-23.
    4. "Türkiye Kültür ve Turizm Bakanlığı Sultan III. Murad Kronolojisi". 2011-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
    5. Mugnai, Bruno; Flaherty, Christopher (2014). Der Lange Türkenkrieg (1593-1606): The long Turkish War, Vol. 1 (Ebook). Soldiershop Publishing. ISBN 9788896519912, p. 67
    6. Braudel, Fernand (1995). The Mediterranean and the Mediterranean World in the Age of Philip II, Volume 2. Berkeley: University of California Press. ISBN 0520203305, p. 1229
    7. Hutton, William Holden (1900): Constantinople: the story of the old capital of the empire. London: J.M. Dent & Co, p. 172.
    8. Teneti, Alberto (1967). Piracy and the Decline of Venice, 1580-1615. Berkeley: University of California Press, p. 47
    9. Constantin C. Giurescu, Istoria Românilor. Bucharest: Editura All, 2007 (Romanian), p. 183.
    10. Coln, Emporungen so sich in Konigereich Ungarn, auch in Siebenburgen Moldau, in der der bergischen Walachay und anderen Oerten zugetragen haben, 1596
    11. Marco Venier, correspondence with the Doge of Venice, 16 July 1595
    12. Florin Constantiniu, "O istorie sinceră a poporului român", ISBN 973-8240-67-0. Bucharest: Editura Univers Enciclopedic, 2002 (Romanian), p. 128-129.
    13. Metin Hasırcı, Büyük Osmanlı tarihi Böl:1 Kıs.5
    14. Mustafa Müftüoğlu, Yalan söyleyen tarih utansın, 1. cilt Say. 64
    15. Midhat Sertoğlu, Osmanlı tarih lügatı, Say, 255
    16. Kanije Destanı
    17. Kenneth Meyer Setton, Venice, Austria, and the Turks in the Seventeenth Century, (American Philosophical Society, 1991), 16.
    18. Kanije Zaferi

    Mənbə

    • Finkel, Caroline. The Administration of Warfare: The Ottoman Military Campaigns in Hungary, 1593-1606. Vienna: VWGÖ. 1988. ISBN 3-85369-708-9.
    • The Serbs. Malden: Blackwell Publishing. 2004.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.