Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi.[1][2]
Osman ibn Əli | |
---|---|
Doğum tarixi | 647 |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 680 və ya 680 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Atası | Əli bin Əbu Talib |
Anası | Ümmül-Banu |
Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir.
Bioqrafiyası
O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır[3]. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir[4].
Osmanın anası Fatimə, Bənu Kilab qəbiləsindən olan Hizam ibn Xalid ibn Rəbiənin qızı idi. O, Əlinin daha üç oğlunun, yəni Abbas, Abdullah və Cəfərin anası olmuşdur. Bu səbəbdən Ümmül-Bənin adı ilə məşhurlaşmışdır[2].
Kərbəla döyüşündə
Kərbəla döyüşündə Havli ibn Yəzid əl-Əsbahi Osmanın alnına bir ox atır və o, atından yerə yıxılır. Sonra bir Bənu Darim qəbiləsindən olan bir şəxs tərəfindən başı kəsilir[1][2].
Osman ibn Əli Aşura günü şəhid olanda 21 yaşında idi. Onun məzarı Hüseyn ziyarətgahında Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsində yerləşir[1][2].
İstinadlar
- Majlisī. Bihar Al-anwar. 45. 37. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-09.
- Abu l-Faraj al-Isfahani. Maqatil al-talibiyyin. 89. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-09.
- Madinat Dimashq by ibn `Asakir 45/304
- al-Amali al-Ithneeniyyah 1/488