Osman Qazi körpüsü

Osman Qazi körpüsüİzmit körfəzi üzəridə, 5 magistralın bir hissəsi olaraq inşa edilən körpü. Körpü Dilova ilçəsinin sahilində yerləşən Dil burnu ilə Altınova ilçəsinin Hersek burnu arasında inşa edilmişdir. İki sahil arasında məsafə 1.550 metr, körpünün ümumi uzunluğu isə 2.682 metr təşkil edir. Türkiyənin dördüncü asma körpüsüdür. Körpü 1 iyul 2016-cı il tarixində açılışdır. Fateh Sultan Mehmet körpüsünü üstələyərək Türkiyənin ən uzun körpüsü və mərkəzi arasında uzunluğa görə dünyada altıncı ən uzun asma körpü olur.

Osman Qazi körpüsü
türk. Osmangazi Köprüsü
40°45′32″ şm. e. 29°31′00″ ş. u.
Keçid maşın üçün
Üslubu Asma körpü
Material dəmir-beton
Uzunluğu 2.682 metr
Eni 35,93
Hündürlüyü 234,425 m
Açılışı 30 iyun 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpünün uzunluğunun hazırda Dardanel boğazı üzərində qurulan Çanaqqala 1915 körpüsünün uzunluqda onu keçəcəyi gözlənilir.

Layihə

Qebze-Oxanqazi-İzmir avtomobil yolunun davamı çərçivəsində Osman Qazi körpüsü də daxil olmaqla 384 kilometr avtomobil yolu və 49 kilometr əlaqə yolu inşa edilir. Körfəzdən keçən körpüdən istifadə etməklə səyahət 2 saatdan 6 dəqiqəyə qədər azalacaq. Bütün layihə başa çatdıqda ortalama 8 saatlıq İstanbul-İzmir yolu 3,5 saata qədər azalacaq[1]. Səyahət vaxtının azalmasının əsas səbəbi, mövcud dövlət yolundan 95 kilometr daha qısa müddətdə tikiləcək yeni avtomobil yolunun əvəzinə körpü keçidindən istifadə etməklə zamanı 1.5 saat qənaət edilməsidir. Mövcud dövlət yolu bir çox şəhər mərkəzindən keçdiyinə görə, magistral sürət qaydaları tətbiq olunmur.

Layihə başa çatdıqda ildə 650 milyon dollar milli qənaət əldə ediləcəkdir. Körpünün dəyəri 1,2 milyard dollardır[2]. Bütün körpü və magistral yolun dəyəri 6.9 milyard dollardır və bütün bunları Otoyol A.Ş ödəyəcək[3].

Tikinti mərhələsi

21 mart 2015-ci ildə körpüdə əsas kabelləri daşıyan Catwalk adlı bələdçi kabellərindən biri qırılır. Qırılmış kabelin quraşdırılması mayın 31-dən iyunun 4-dək aparılmışdır. Kabelin qırılmasına görə özünü məsul bilən yapon mühəndis Kişi Ryoiçi qəzanı şərəf məsələsi kimi qiymətləndirmiş və intihar etmişdir[4][5]. Tikinti mərhələsində 8000 işçi çalışmışdır.

Açılış

30 iyun 2016-cı il tarixində körpü Türkiyənin motosiklet pilotu Kenan Sofuoğlu, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın da qatıldığı mərasimlə açılır[6].

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  2. http://www.brodag.dk/Synopsis/2014/11%20IZMIT.pdf Arxivləşdirilib 2016-09-27 at the Wayback Machine Köprü maliyeti (sayfa 4)
  3. "Arxivlənmiş surət". 2016-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  4. "Arxivlənmiş surət". 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  5. "Halat koptu mühendis intihar etti". 2016-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  6. "Arxivlənmiş surət". 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.