Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi.
Osman Muxtari | |
---|---|
Doğum tarixi | 1074 |
Vəfat tarixi | 1149 |
Fəaliyyəti | şair |
Həyatı
Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir. Təəssüflər ol-sun ki, həmin poema tam şəkildə zəmanəmizə gəlib çatmamışdır, yalnız bəzi epizodlar bizə məlumdur. Muxtari həm Qəznəvilərin, həm də Səlcuqların sarayında şairlik etmişdir.
Səlcuqların hakimiyyətinin genişləndirilməsi ilə, Qəznəvilərin ərazisi son dərəcə azaldı. Artıq onlar əvvəlki kimi Yaxın Şərqin və Orta Asiyanın geniş ərazisində deyil, indiki Əfqanıstan, Pakistan və Hindistan ərazilərində olan məhdud cöğrafi ərazidə səlcuqların hima-yəsi ilə hökmranlıq edirdilər. Bununla belə, onların ədəbiyyata olan maraqları azalmamışdır.
Ədəbiyyat
- Muhtârî, Dîvân-ı Ĥakîm Muħtârî-yi Ġaznevî (nşr. Rükneddin Hümâyun Ferruh), Tehran, 1336 hş., s. 190–191, 500–501, ayrıca bk. tür.yer.;
- Yenə onun., Şehriyârnâme (nşr. Gulâm Hüseyin Begdilî), Tehran, 1358 hş., s. 1–16;
- Devletşah, Teźkire, s. 76;
- Emîn-i Ahmed-i Râzî, Heft İķlîm (nşr. Cevâd Fâzıl), [baskı yeri ve tarihi yok], I, 324–331;
- Lütfəli bəy Azər, Âteşkede-i Âźər, Tehran, 1337 hş., s. 118–121;
- Rzaqulu xan Hidayət, Mecmau’l-fuśaĥâ, Tehran, 1295, I, 598–607;
- Rieu, Catalogue of the Persian Manuscripts, II, 542–543;
- Storey, Persian Literature, V/2, s. 428–435;
- Rızâzâde-i Şafak, Târîħ-i Edebiyyât-ı Îrân, Tehran, 1324 hş., s. 255–256;
- Tebrîzî, Reyĥânetü’l-edeb, V, 261; Safâ, Edebiyyât, II, 501–508;
- Yenə onun., Ĥamâse-serâyî der Îrân, Tehran, 1363 hş., s. 311–315;
- Celâleddin Hümâî, Muħtârînâme: Muķaddime-i Dîvân-ı Oŝmân Muħtârî, Tehran, 1361 hş.;
- J. T. P. de Bruijn, Of Piety and Poetry: The Interaction of Religion and Literatur in the Life and Works of Hakim Sanai of Ghazne, Leiden 1983, bk. Fihrist;
- Qulamhüseyn Beqdeli, "Şehriyârnâme-i Muħtârî-yi Ġaznevî", Âyende, VI/1–2, Tehran, 1359 hş., s. 77–86;
- Julie S. Meisami, "Muқћtārī", EI² (İng.), VII, 535–536.