Osman Çingiz Çandar

Osman Çingiz Çandar (1948, Ankara) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Osman Çingiz Çandar
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cüildən
Seçki dairəsi2023Diyarbəkir
Şəxsi məlumatlar
Doğum tarixi 1948
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti hərbi müxbir[d], jurnalist

Həyatı

Osman Çingiz Çandar 1948-ci ildə Ankarada anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. 1970-1971-ci illərdə ODTÜ İnzibati Elmlər Bölməsində beynəlxalq əlaqələr üzrə assistent vəzifəsində çalışıb.[1]

1971-1973-cü illərdə SuriyaLivanda yaşayıb. FƏTH üzvü olub. 1976-2016-cı illərdə jurnalist olaraq çalışıb. Kitabları çap edilib, məqalələri dərc olunub. 1999-2000-ci illərdə Vaşinqtonda mütəxəssis olaraq çalışıb. İstanbul Bilgi Universitetində və İstanbul Kültür Universitetində müasir Yaxın Şərq tarixi və Yaxın Şərq siyasəti fənlərini tədris edib. 2018-ci ildən isə İsveç Beynəlxalq Münasibətlər İnstitutunda baş mütəxəssis vəzifələrində çalışıb.[1]

1991-1993-cü illərdə prezident Turqut Özalın müşaviri vəzifəsində çalışıb.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqının Uyğunlaşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə, ərəbcə, ingiliscəfransızca bilir. Evli və 1 uşaq atasıdır.[1]

İstinadlar

  1. TBMM. "Osman Cengiz ÇANDAR". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.