Orxan Aydın Hacıyev
Orxan Aydın Hacıyev (1 oktyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən 3x3 basketbolçu. Orxan Aydın Hacıyev, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Orxan Aydın Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Orxan Aydın Hacıyev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Boyu | 203 sm |
Çəkisi | 105 kq |
İdman növü | 3x3 basketbol |
Karyera illəri | 2005–h. h. |
Karyerası
Orxan Aydın Hacıyev, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Qətər yığmasını 13:9 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.Hazırda Türkiyə klubu Gaziantepdə karyerasını davam etdirir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.