Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur.[1] Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir.[1]
Orxan Çələbi | |
---|---|
Doğum tarixi | 1412 |
Vəfat tarixi | 29 may 1453 |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir.[2][3]
Ölümü
İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir.
Qeyd
Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə[4] qarışdırılmamalıdır.
İstinadlar
- "The Imperial House of Osman - 2". 16 iyun 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2002.
- Araştırmaları, Osmanlı. "Osmanlı Araştırmaları - İstanbul'un fethinde 600 Türk askeri, Fatih'e karşı savaştı". www.os-ar.com. 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
- Bilge., Umar. Bizans'ın son yüzyılları, 1261-1453. Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı. 2003-01-01. ISBN 9753330960. OCLC 255351080.
- "The Imperial House of Osman - 3". 2 Mayıs 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Mayıs 2006.