Orucov Qardaşları Mətbəə Nəşriyyatı

Orucov Qardaşları Mətbəə Nəşriyyatı — 1906–17-ci illərdə Bakıda Oruc, Qənbər və Abuzər Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat.

Fəaliyyəti

Oruc, Qəmbər və Abuzər Orucov qardaşları XIX əsrin sonlarında Bərdənin Alpout kəndində anadan olublar. Bərdədə olan mülklərini sataraq Bakıya köçüblər. 1906-cı ilin payızında mətbəə açmaq üçün Varşavadan çap maşını gətiriblər. Nəşriyyatın kitab çapından başqa kitab və yazı ləvazimatı satan mağazaları da olub. Nəşriyyat İstiqlaliyyət küçəsində Tağıyevə məxsus binada yerləşirdi.

Bu nəşriyyatda qardaşlar tərəfindən Azərbaycan, rus, avropa və şərq xalqları ədəbiyyatına aid bir çox kitablar çap edilib.

12–13 il (1905–1918) fəaliyyət göstərən mətbəə bu illərdə elmin müxtəlif sahələrinə aid və müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir. Azərbaycan yazıcılarından A. Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü. Hacıbəyov və başqa klassiklərin onlarla əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Orucov qardaşları Azərbaycan ədəbiyyatı nümunələrinin nəşrinə geniş yer verirdi. Dünya və rus ədəbiyyatından tərcümə olunmuş kitablar da nəşriyyatın planında mühüm yer tuturdu. Bunlardan L.N.Tolstoy, M. Tven, D.Defo, J. Molyer və başqa ədiblərin əsərlərini nümunə göstərmək olar. Alman,ingilis,fransız və başqa dillərdən kitablar tərcümə edib, Azərbaycan oxucusuna catdırmaq nəşriyyatın böyük xidmətlərindəndir. Mətbəədə cap olunan kitab sərvəti arasında uşaq ədəbiyyatı nü¬munələri və dərsliklər mühüm yer tuturdu. 1905-ci il inqila-bından sonra maarif sahəsinə diqqətin artması nəticəsində dərs vəsaitlərinə ehtiyac da coxalmışdı. Orucov qardaşlarının nəşriyyatı Azərbaycan məktəbləri ücün ana dili, tarix, ədəbiyyat, hesab və s. fənlərə aid dərsliklər nəşr edirdilər. Azərbaycan kitabının nəşri və təbliğində böyük rol oynamış mətbəə-nəşriyyat təkcə bədii ədəbiyyat deyil, həm də siyasi, elmi, dini, hüquqi, tədrisə dair kitabların capına və yayılmasına da böyük qayğı ilə yanaşırdı. Orucov qardaşlarının nəşr etdikləri kitabların satışı ilə məşğul olan xüsusi mağazaları və Qafqazın iri yaşayış məntəqələrində xüsusi vəkilləri vardı. Bundan əlavə vaxtaşırı, xüsu¬silə 10-cu illərdə cap olunmuş kitabların elanları dövri mətbuatda verilirdi.

Bakıda 1900-cü ildə 16, 1908-ci ildə isə 30 mətbəə fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində milli ziyalılar icərisində mətbuat təşkilatçıları və redaktorlarının bütöv bir nəsli yetişmişdi.

XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən onlarla mətbəələr arasında Oruc, Qənbər və Abuzər Orucov qardaşlarının elektrik mətbəəsi çap etdiyi məhsulunun rəngarəngliyi və müxtəlifliyi digərlərindən seçilirdi. Bu mətbəənin çap avadanlığının yüksək səviyyədə olmas

sının nəşriyyat işinin səmərəliliyi və intensivliyini artırır, başqa poliqrafik müəssisələrdən fərqlənirdi. Digər milli təsisatlarımız kimi Orucov qardaşlarının nəşriyyatı da birinci rus inqilabının məhsuludur. Məlumdur ki, Birinci rus inqilabı zamanı mətbuat azadlığı əldə edilmiş, senzura demək olar ki, aradan qaldırılmış, bir sıra qəzet və jurnallar azad surətdə çap olunmağa başlamışdır. Belə bir imkandan istifadə edən Orucov qardaşları ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə etdikləri vəsait hesabına çox xeyirxah addım ataraq, mətbəə avadanlığı almış və geniş nəşriyyat fəaliyyətinə başlamışlar. Orucov qardaşlarının mətbəəsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdir. Cihazların əksəriyyəti Almaniyadan gətirilmişdi. Bakıda Azərbaycanlılara məxsus ən iri çap bazası və texniki avadanlığı olan bu mətbəə əsasında sonralar Orucov qardaşlarının nəşriyyatı yaradılmışdı. Yaradılan bu nəşriyyat Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab edilir.


Həmin dövrdə buraxılan mətbuatın əksər hissəsi Orucov qardaşlarının mətbəəsində çap olunurdu.Uşaq ədəbiyyatı nümunələri, dərsliklər və dini ədəbiyyat mühüm yer tuturdu. Milli kitab xəzinəmizin zənginləşdirilməsində və çap mədə-niyyətinin inkişafında bu mətbəənin xidmətləri əvəzsiz olmuşdur. XX əsrin əvvəllərində elm və mədəniyyət cəbhəsinə atilmiş yüzlərlə maarifci ziyalılardan olan Oruc,Qənbər və Abuzər Orucov qardaşları qədim tarixə malik olan Bərdənin Alpoud kəndində dün¬ya¬ya göz acmış, hər ücü uşaqlıq və gənclik illərini bu kənddə kecirmişlər. Qardaşların böyüyü Oruc Orucov Qori müəllimlər seminariyasını və Gəncə şəhərində sənət məktəbini bitirmişdir. 10-cu illərin mətbuatında publisist və ədəbi-tənqidi məqalələrlə cıxış etdiyini nəzərə alsaq, onun nəşriyyat və jurnalistika sahəsində kifayət qədər hazırlığa malik olduğunu demək mümkündür. O biri qardaşların da rus, ərəb və fars dillərini bilmələri, mətbəə-nəşriyyatın işində fəal calışmaları ailə ənənələrinə uyğun olaraq xüsusi təhsil almalarından, bilik və bacarıqlarından xəbər verir. Abuzər Orucovun doğma nəvəsi, sənətşünaslıq namizədi Kübra Əliyeva yazır: "…Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peterburqda təhsil almışlar. Döv¬rün təhsilli, savadlı və hörmətli adamları olmuşlar. Rus, fars və ərəb dillərini gözəl bilib, ağıllı, tədbirli və əsrin əvvəllərində nəinki Azərbaycanda, bütün Qafqazda, Rusi¬yada sayılan şəxsiyyətlərdən olmuşlar. Mətbəənin bütün işlərini yalnız Abuzər Orucov aparırdı.Oruc Orucov isə ümumi rəhbərliyi, hökumətdəki işləri öz boynu¬na götürmüşdü. Cap olunan kitabların rayonlarda yerləşən mağazalardakı satışına isə Qənbər Orucov rəhbərlik edirdi."

Kifayət qədər savada malik olan Orucov qardaşları XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Xalqımızın maarifçi ziyalılar dəstəsinə mənsub olan Orucov qardaşları Məhəmməd Əmin Rəsulzadə, M.Ə.Sabir, N.Nərimanov, D.Bünyadzadə, R.Axundov, Ü.Hacıbəyov və b. görkəmli şəxslərlə dostluq və yaxınlıq edirdilər. Orucov qardaşlarının mətbəəsinin təşkilinə xalqımızın xeyirxah oğlu Hacı Zeynalabdin Tağıyev maddi kömək etmiş, hətta nəşriyyat üçün bina da ayırmışdı. Orucov qardaşları nəşriyyatı Azərbaycanın poliqrafiya tarixində daha cox texniki tərəqqiyə diqqət yetirən, bu sahədəki yeni-likləri tezliklə işə tətbiq etməklə məhsuldarlığı artırmağa çalışan poliqrafiya müəssisəsi olmuşdur. Burada əsas məqsəd kitabların tez və keyfiyyətli cıxmasına nail olmaq idi. Naşir qardaşlar İslamın meydana gəlməsi və yayilması, İslam mədəniyyəti və mənəvi dəyərləri haqqında xeyli əsərlər nəşr etmişlər. Orucov qardaşlarının fəaliyyətində gözə çarpan maraqlı cəhətlərdən biri də onların Azərbaycan biblioqrafiyası tarixində ilk dəfə kitab kataloqlarını, biblioqrafik vəsaitləri, müxtəlif mövzu¬lar¬da ədəbiyyat siyahılarını çap etmələridir.

Orucov qardaşları çap etdikləri ədəbiyyatın təbliğində müxtəlif vasitələrdən bacarıqla istifadə edirdilər. Dövri mətbuat səhifələrində saysız-hesabsız elan, biblioqrafik məlumat, ədəbiyyat siyahıları, müxtəlif məzmunlu reklamlar, biblioqrafik xülasələr verirdilər. Kitab nəşri sahəsində mühüm uğurlar qazanan qardaşlar mətbəələrində bir sıra qəzet və jurnalların da nəşrinə nail olmuşlar. Bunlardan "Həqiqət", "İqbal, "Yeni İqbal", "Babayi əmir", "Kəlniyyat", "Günəş", "Tuti" və s. qeyd etmək olar. XX əsr Azərbaycan maarifçi burjua ziyalılarının qabaqcil dəstəsinə mənsub Orucov qardaşları demokratiya tərəfdarları idilər. Onlar Azərbaycanın dövlət müstəqilliyini hər şeydən üstün tutmuş və bunun uğrunda mübarizə aparmışlar. Orucov qardaşlarının mətbəəsi əsasən çar hökuməti illərində fəaliyyət göstərmiş, kitab nəşri sahəsində uğurlar qazanmışdır. Mətbəə 1918-ci ilə kimi müstəqil fəaliyyət göstərmiş, sonra isə döv¬lət əmlakına çevrilmişdir. Orucov qardaşları mətbəəsinin avadanlıqlarından 20-ci illərdə milli mətbəənin təşkilində geniş istifadə olundu.[1]

Mətbəə-nəşriyyatın o dövr üçün müasir və mükəmməl avadanlığı ("Mille" markalı özü şriftyığan maşın, "Frangental", "Aqzburq", "Amerikanka" çap dəzgahları, tikən və kəsən alətlər, sinkoqrafıya aparatları və s.) var idi. Nəşriyyatın avadanlığı Bakı Xalq Komissarları Soveti tərəfındən müsadirə edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci ilin sentyabrında Bakıya köçdükdən sonra nəşriyyat dövlət mülkiyyətinə keçirilmişdi. Bununla bağlı "Orucov qardaşları" mətbəə-nəşriyyatı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti qarşısında iddia qaldırmışdı. Hökumət "Orucov qardaşları"nın mətbəə avadanlığının dövlət nəşriyyatı üçün alınması barədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti qarşısında məsələ irəli sürür. Bu məsələ Parlamentin 1919-cu il martın 20-də keçirilən 25-ci iclasında müzakirə olunur. Plan-büdcə komissiyasının üzvü Məhəmməd Əmin Rəsulzadə məruzə ilə çıxış edərək, mətbəə texnikasının son nailiyyətləri ilə təchiz edilmiş "Orucov qardaşları" nəşriyyatının 1918-ci ilin martında, bolşevik-daşnak ağalığı zamanı talan olunduğunu göstərmişdir. Məruzəçi bildirmişdir ki, Cümhuriyyət hökuməti Bakıya köçdükdən sonra mətbəənin çoxlu avadanlığı hökumətin əlinə keçmişdir. Xalq Maarifi Nazirliyinin məlumatına görə, Orucov qardaşlarına məxsus çap makinaları, hürufatları və s. hazırda hökumət mətbəəsindədir. Orucov qardaşları ötən il mart soyqırımı hadisələrindən əvvəl mətbəəni iranlılara satmaq istəmiş və o vaxt iranlılar onlara yarım milyon rubl təklif etmişlər. Mütəxəssislərin hesablamasına görə, hökumət mətbəəsində olan Orucov qardaşları mətbəəsinə məxsus avadanlıq 468380 manat məbləğində dəyərləndirilmiş, həm plan-büdcə komis-siyası, həm də mətbəə sahibləri bu qiymətlə razılaşmışdır.

Parlament dövlət mətbəəsində Orucov qardaşlarına məxsus avadanlıq üçün onun sahiblərinin nümayəndəsi Abuzər Orucova dövlət xəzinəsindən 468380 manat pul ödəmək barədə Qanun qəbul etmişdir.[2]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.