Oruc Məmmədov

Oruc Paşa oğlu MəmmədovAzərbaycan Respublikası Milli Məclisinin I çağırış[1] deputatı.

Oruc Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 avqust 1946(1946-08-07) (77 yaş)
Doğum yeri

Təltifləri Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı

Oruc Paşa oğlu Məmmədov 1946 cı il avqustun 7-də Qərbi Azərbaycanda Vedi rayonun Şirazlı kəndində anadan olmuşdur. 1953–1964 cü illərdə Ağdaş rayon Qalqəti kənd orta məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakultəsinə qəbul olunmuş və1970 ci ildə bitirmişdir.Ailəlidir üç övladı var.

İş Fəaliyyəti

1970-ci ildə Sabunçu Maşımqayırma Zavodunda nəzarətçi usta, 1972-ci ildə mexaniki yığma sexində rəis müavini,1974-cü ildə sex rəisi, 1975 ci ildə texniki şöbədə böyük mühəndis-texnoloq,1976-cı ildə 1 saylı mexanika yığma sexinin rəisi,1978–1983 cü ilə kimi istehsalat üzrə direktor müavini vəzifəsində işləmişdir. 1983-cü ildən isə Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Zavoda rəhbərlik etdiyi müddətdə onun genişlənməsi,ən müasir texnologiya əsasında istehsalın təşkilinə, yüksək dünya standartlarına uyğun neft-mədən avandanlıqlarına məhz Azərbaycanda buraxılmasına nail olmuşdur. Hazırda zavodun istehsal etdiyi 8 adda əsas avadanlıq milli sertifikat almış,ümumilikdə istehsal sahələri və layihələşdirmə üzrə dünya standartına İSO-9001 sertifikatınan layiq görülmüş,Amerika Neft İnstitunun sertifaktını almaq üçün hazırlıq işləri təşkil edilmişdir.Sabunçu rayonu ərazisinin abadlaşdırılması üçün yollara asfalt döşənməsi,uşaq bağçalrında,kitabxanalarda,məktəblərdə və digər dövlət müəssisə vı idarələrində təmir işlərinin aparılması və onlara bilavasitə köməklik göstərilməsi onun gündəlik qayğısıdır.

Uğurları

1990-cı ildə 29 saylı seçki dairəsindən ali qanunverici orqana üzv seçilmişdir. 1995-ci ildə Milli- Sənaye –İqtisadiyyat Komissiyasının üzvü olmuşdur. 1995-ci ilin aprel ayından Rusiya Federasyasının Keyfiyyət problemləri Akademiyasının müxbir üzvü seçilmişdir. 1995-ci ilin noyabr ayında 16 saylı Sabunçu seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 1996-cı ilin iyul ayında Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin və "Hümmət" mərkəzinin qərarı ilə "Hacı Zeynalabdin Tağıyev" Fəxri Diplomu ilə təltif edilmişdir. 1996-cı ilin noyabr ayından "Sabunçu Elmi-İstehsalat Birliyi"nin baş direktoru vəzifəsində çalışır.Bir neçə əhəmiyyətli səmərələşdirici elmi təklifi müəllifi, texniki elmlər namizədidir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.