Ortonektidlər
Ortonektidlər (lat. Orthonectida) — heyvanlar aləminə aid heyvan tipi.
Ortonektidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Ranqsız: Spiralia Klad: Platytrochozoa Ranqsız: Tip: Ortonektidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ortonektidlərin 2 fəsiləsinin 5 cinsinə daxil olan 30-a yaxın növü məlumdur. Ortonektidlər dəniz onurğasızlarından kirpikli qurdlar, nemertinlər, polixetlər, ofiurlar və s.-lərinin endoparazitləridir. Bunlar kiçik bir qrupu təşkil edən kiçik orqanizmlərdir. Müxtəlif dəniz heyvanlarının bədən boşluğunda və yaxud cinsi vəzilərdə parazitlik edirlər. Orthonectida ayrıcinslidir. Dişi erkək fərdlərin bədəni uzunsovdur və xarici hissə kirpikli epiteldən, daxili hissə isə dişi və erkək cinsi hüceyrələr yığımından ibarətdir. Cinsi fərdlər sahibini tərk edib, suya çıxır və burada da mayalanma baş verir. Mayalanmış dişi fərdlərin daxilində yumurtalardan xırda kirpikli sürfələr inkişaf edir, sonuncular ana orqanizmi tərk edib, fəal sürətdə münasib sahibin bədəninə keçir. Bu zaman sürfənin xarici qat hüceyrələri məhv olur, bunlar daxili hüceyrə yığımları ilə toplanıb kiçik bir plazmodiyə çevrilir. Plazmodinin qidalanması sahibin toxumalarına daxil olan bir çox çıxıntılar vasitəsilə yerinə yetirilir. Plazmodilərdə nüvələrin sayı artır. Nüvələrin əksəriyyəti vegetativ xarakter daşıdır, lakin vəzilərinin ölçüsü artır və onların ətrafında daha möhkəm sitoplazma sahəsi ayrılır. Beləliklə əmələ gəlmiş hüceyrələr bölünməyə başlayır və plazmodida onlar erkəklərə, o birilərdə isə dişilərə çevrilir. Həm dişilərə, həm də erkəklərə başlanğıc verən hüceyrələr partenogenetik yumurtadır. Belə halda ortonektidlərin həyat dövrəsi hetoroqoniyadan, yeni tipik cinsi və partenogenetik nəslin bir-birinə növbələşməsindən ibarətdir. Bəzi müəlliflər qeyri-cinsi yolla cinsi nəslin əmələ gəlməsinə başlanğıc verən qeyr-cinsi, yaxud aqamet hüceyrələr kimi hesab edirlər. Nümayəndələri Rhopalura, Stoecharthrum.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521